Azərbaycan, səndən uzaq olsamda mən, bir an olsun
Unutmadım! unutdumsa, qoy heyatım talan olsun
Haram olsun mənə əgər, səndən başqa, bir diyara
Aşiq olsam, vətən desəm, ana desəm mən avara
Gələrmi heç dilim mənim qürbət elə vətən deyim?
Desəm əgər, yaşamayım, cavan yaşda kəfən geyim
Gül qoxulu xoş havanı, ürək açan mənzərəni
Yada salıb hey açıram, bağlayıram pəncərəni
Buraların insanları bir başqadır! Mədəniyyət
Dediyimiz saf ünsürə vərən yoxdur əhəmiyyət
Çox heyif ki, aramızda bu qeder yol, məsafə var
Əlim çatmır, ünüm yetmir, məni üzür bu intizar
O gün gəlsin, dilim desin, gözüm görsün, azaddır Xan
Sənsiz mənim, dilim laldır, gözüm kordur, Azərbaycan
alinti