Hosgeldiniz.... AyMaRaLCaN Bilgi Paylasim Platformuna..... Cay Isterseniz ( Hayali Büfe ) Smile Sagda Büfemiz Var Buyurun Bir Bardak Alin Afiyetle Icin Seker Bitmis ise Lütfen Zile Tiklayin Servisimiz Yardimci Olacaktir..... ..Keyifli Seyirler Dilerim Smile Bye ...
Yazar ---- > Wink AyMaRaLCaN
Hosgeldiniz.... AyMaRaLCaN Bilgi Paylasim Platformuna..... Cay Isterseniz ( Hayali Büfe ) Smile Sagda Büfemiz Var Buyurun Bir Bardak Alin Afiyetle Icin Seker Bitmis ise Lütfen Zile Tiklayin Servisimiz Yardimci Olacaktir..... ..Keyifli Seyirler Dilerim Smile Bye ...
Yazar ---- > Wink AyMaRaLCaN
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.



 
AnasayfaGüncel KonularGaleriAramaLatest imagesKayıt OlGiriş yap
En son konular
»  Acilinden Kaciyorum ...Görüsmek Umudu Ile <---- Bye
Azərbaycan dili → Fel Icon_minitimeCuma Ara. 14, 2012 7:05 am tarafından AyMaRaLCaN

» Bir Sarkisin Sen
Azərbaycan dili → Fel Icon_minitimeCuma Ara. 14, 2012 7:03 am tarafından AyMaRaLCaN

» MerHaba MerHaba :)
Azərbaycan dili → Fel Icon_minitimeCuma Ara. 14, 2012 6:58 am tarafından AyMaRaLCaN

» Azerbaycan Yemekleri,Azerbaycan Yemek Kültürü,Azerbaycan Mutfağı
Azərbaycan dili → Fel Icon_minitimeCuma Ara. 14, 2012 6:49 am tarafından AyMaRaLCaN

» ORHAN AFACAN SIIRLERI Tas Atan Cocuklar
Azərbaycan dili → Fel Icon_minitimeCuma Kas. 30, 2012 7:48 am tarafından AyMaRaLCaN

» Aşık Mahzuni Şerif - Bu Mezarda Bir Garip Var
Azərbaycan dili → Fel Icon_minitimeCuma Kas. 30, 2012 3:51 am tarafından AyMaRaLCaN

» Aşık Mahzuni Şerif - Bizden Geriler (Gam Kasavet)
Azərbaycan dili → Fel Icon_minitimeCuma Kas. 30, 2012 3:49 am tarafından AyMaRaLCaN

» Aşık Mahzuni Şerif - Benim Hayatım
Azərbaycan dili → Fel Icon_minitimeCuma Kas. 30, 2012 3:48 am tarafından AyMaRaLCaN

» Aşık Mahzuni Şerif - Babasını (Bir Fakirin Hatırını)
Azərbaycan dili → Fel Icon_minitimeCuma Kas. 30, 2012 3:46 am tarafından AyMaRaLCaN

Tarıyıcı
 Kapı
 Indeks
 Üye Listesi
 Profil
 SSS
 Arama
Istatistikler
Toplam 7 kayıtlı kullanıcımız var
Son kaydolan kullanıcımız: AyBüke

Kullanıcılarımız toplam 28063 mesaj attılar bunda 19753 konu
Arama
 
 

Sonuç :
 
Rechercher çıkıntı araştırma
Similar topics
Sosyal yer imi
Sosyal yer imi reddit      

www.ay-maral-can.yetkin-forum.com

Sosyal bookmarking sitesinde adresi saklayın ve paylaşın
En bakılan konular
Acilinden Kaciyorum ...Görüsmek Umudu Ile <---- Bye
Türkmenistan (3) - Türkmen İsimleri
Sinezenler..Sözleri
Bir Sarkisin Sen
Azərbaycan dili → Bəzi sait səslərin tələffüzü
Radyo icin Tema Resimleri Resimler Resim
MerHaba MerHaba :)
ŞİİR DİNLETİSİ SUNU METNİ
Çok Güzel Kalp Resimler,i Güller ve Kalpler,
Azerbaycan Bayragi

 

 Azərbaycan dili → Fel

Aşağa gitmek 
YazarMesaj
AyMaRaLCaN
Admin
AyMaRaLCaN


Üyelik tarihi : 11/06/08

Mesaj Sayısı : 12267

Rep Gücü : 29249

Rep Puani : 235


Azərbaycan dili → Fel Empty
MesajKonu: Azərbaycan dili → Fel   Azərbaycan dili → Fel Icon_minitimeSalı Haz. 07, 2011 1:37 pm

Fel qrammatik mənasına görə hərəkət bildirən əsas nitq hissəsidir. fellər müxtəlif şəkil və zamanlarda işlədilən nə etmək? nə etdi? nə edəcək? və s. suallarından birinə cavab olur. felləri başqa nitq hissələrindən fərqləndirən digər qrammatik xüsusiyyətlər bunlardır
1 Şəxsə və kəmiyyətə görə dəyişir. Məsələn: Mən yazıram. və s
2. Təsdiq və inkarda olur. Məsələn: yazmaq — yazmamaq, gəlmək-gəlməmək və s.
3. Zaman bildirir (keçmiş, indiki, gələcək). Məsələn: yazdı, yazır, yazacaq va s.
4. Təsirli və təsirsiz olur. Məsələn: yazmaq (nəyi?), baxmaq (nəyə?) və s.
Fellər də isimlər kimi dilimizdə çoxluq təşkil edir.

Felin leksik mənaca növləri
Feillərin leksik mənaca aşağıdakı növləri var:
1. İş bildirən fellər: yonmaq, doğramaq, qazmaq, kəsmək, biçmək, tikmək və s.
2. Hərəkət bildirən fellər: qaçmaq, getmək, gəlmək, oynamaq, qalxmaq, enmək və s.
3. Nitq bildirən fellər: danışmaq, demək, çıxış etmək, pıçıldamaq, qulaq asmaq və s.
4 Təfəkkür bildirən fellər: xatırlamaq, düşünmək, yada salmaq, fikrə getmək, duymaq, hiss etmək və s.
5 Hal-vəziyyət bildirən feillər: ağlamaq, gülmək, sevinmək, ağarmaq, qızarmaq, utanmaq və s.
Bütün feillərdə hərəkətvardır, lakın onların bəzilərində iş və hərəkət, digərində isə təfəkkür, hal-vəziyyət və s. daha qabarıq şəkildə özünü göstərir.

Təsirli və təsirsiz fellər
Hərəkətin obyektə münasibətinə görə fellər təsirli və təsirsiz olur.
Özündən asılı olan sözlərin ismin təsirlik halında işlənməsini tələb edən fellərə təsirli fellər deyilir.
Təsirli fellərin birbaşa tələb etdiyi obyekt ismin təsirlikhalının suallarına cavab olur. Məsələn: Uşağı (kimi?) gördüm. Məktubu (nəyi?) yazır. Su (nə?) içirsən? və s.
Özündən asılı olan sözlərin ismin təsirlik halında deyil, başqa hallarda işlənməsini tələb edən fellər isə təsirsiz fellər adlanır.
Təsirsiz fellərlə əlaqədə olan sözlər ismin, əsasən, yönlük, yerlik və çıxışlıq hallarının suallarına cavab olur. Məsələn: Kitaba (nəyə?) baxıram. Kənddə (harada?) yaşayırıq. Evdən (haradan?) gəlirsən? və s.
Bəzi təsirsizfellər -dır4, -ır4 şəkilçilərinin köməyi ilə təsirlifellərə çevrilir. Məsələn: inanmaq (nəyə?) — inandırmaq (kimi?), çatmaq (haraya?) — çatdırmaq (nəyi?), gülmək (kimə?) -güldürmək (kimi?), qaçmaq haraya?) — qaçırmaq (kimi?), bişmək (harada?) — bişirmək (nəyi?), köçmək (haraya?) — köçürmək (kimi? nəyi?) və s.
-ıl4, -m4 şəkilçilərinin köməyi ilə bəzi təsirli fellər də təsirsiz fellərə çevrilir. Məsələn: açmaq (nəyi?) — açılmaq (harada?), çəkmək (nəyi?) — çəkilmək (haraya?), almaq (nəyi?) -alınmaq (haradan?), silmək (nəyi?) — silinmək (harada?) və s.

Təsdiq və inkar fellər
Fellər hərəkətin icra olunub — olunmaması baxımından iki cür olur: təsdiq fellər, inkar fellər.
Təsdiq fellər hərəkətin icra olunmasını bildirir. Təsdiq fellərin xüsusi şəkilçisi yoxdur. Məsələn: yaz, oxu, baxacaq, görmüşsən və s.
İnkar fellər hərəkətin icra edilmədiyinibildirir və vurğu qəbul etməyən –ma2 şəkilçisi ilə düzəlir. Məsələn: yazma. getmə, almadım, gəlmirəm, baxmayacaq, görməmişsən və s.
Felin lazım, bəzən də vacib şəklinininkarı –ma2 şəkilçisi ilə yox, deyil sözü ilə düzəlir: alası deyil, getməli deyil və i.
Indiki və qeyri-qəti gələcək zamanda işlənərkən –ma2 şəkilçisindəki samit düşür. Məsələn:
gəl+ir gəl+m+ir,
oxu+yur oxu+m+ur,
yaz+ar+am yaz+m+aram,
bax+ar+ıq bax+m+arıq,
gəl+ər gəl+m+əz,
oxu+yar+lar oxu+m+az+lar
Son iki nümunədən göründüyü kimi, qeyri-qəti gələcək zamanda üçüncü şəxsin təkində və cəmində -ar1 zaman şəkilçisinin tərkibindəki r samiti z samitinə keçir.
Qeyd: Felin inkar şəkilçisi –ma2 ilə isim düzəldən -ma2 şəkilçisi omonimdir.

alinti
Sayfa başına dön Aşağa gitmek
https://ay-maral-can.yetkin-forum.com
 
Azərbaycan dili → Fel
Sayfa başına dön 
1 sayfadaki 1 sayfası
 Similar topics
-

Bu forumun müsaadesi var:Bu forumdaki mesajlara cevap veremezsiniz
 :: Azerbaycan Özel-
Buraya geçin: