Hosgeldiniz.... AyMaRaLCaN Bilgi Paylasim Platformuna..... Cay Isterseniz ( Hayali Büfe ) Smile Sagda Büfemiz Var Buyurun Bir Bardak Alin Afiyetle Icin Seker Bitmis ise Lütfen Zile Tiklayin Servisimiz Yardimci Olacaktir..... ..Keyifli Seyirler Dilerim Smile Bye ...
Yazar ---- > Wink AyMaRaLCaN
Hosgeldiniz.... AyMaRaLCaN Bilgi Paylasim Platformuna..... Cay Isterseniz ( Hayali Büfe ) Smile Sagda Büfemiz Var Buyurun Bir Bardak Alin Afiyetle Icin Seker Bitmis ise Lütfen Zile Tiklayin Servisimiz Yardimci Olacaktir..... ..Keyifli Seyirler Dilerim Smile Bye ...
Yazar ---- > Wink AyMaRaLCaN
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.



 
AnasayfaGüncel KonularGaleriAramaLatest imagesKayıt OlGiriş yap
En son konular
»  Acilinden Kaciyorum ...Görüsmek Umudu Ile <---- Bye
Bəxtiyar Vahabzadə şerləri... Icon_minitimeCuma Ara. 14, 2012 7:05 am tarafından AyMaRaLCaN

» Bir Sarkisin Sen
Bəxtiyar Vahabzadə şerləri... Icon_minitimeCuma Ara. 14, 2012 7:03 am tarafından AyMaRaLCaN

» MerHaba MerHaba :)
Bəxtiyar Vahabzadə şerləri... Icon_minitimeCuma Ara. 14, 2012 6:58 am tarafından AyMaRaLCaN

» Azerbaycan Yemekleri,Azerbaycan Yemek Kültürü,Azerbaycan Mutfağı
Bəxtiyar Vahabzadə şerləri... Icon_minitimeCuma Ara. 14, 2012 6:49 am tarafından AyMaRaLCaN

» ORHAN AFACAN SIIRLERI Tas Atan Cocuklar
Bəxtiyar Vahabzadə şerləri... Icon_minitimeCuma Kas. 30, 2012 7:48 am tarafından AyMaRaLCaN

» Aşık Mahzuni Şerif - Bu Mezarda Bir Garip Var
Bəxtiyar Vahabzadə şerləri... Icon_minitimeCuma Kas. 30, 2012 3:51 am tarafından AyMaRaLCaN

» Aşık Mahzuni Şerif - Bizden Geriler (Gam Kasavet)
Bəxtiyar Vahabzadə şerləri... Icon_minitimeCuma Kas. 30, 2012 3:49 am tarafından AyMaRaLCaN

» Aşık Mahzuni Şerif - Benim Hayatım
Bəxtiyar Vahabzadə şerləri... Icon_minitimeCuma Kas. 30, 2012 3:48 am tarafından AyMaRaLCaN

» Aşık Mahzuni Şerif - Babasını (Bir Fakirin Hatırını)
Bəxtiyar Vahabzadə şerləri... Icon_minitimeCuma Kas. 30, 2012 3:46 am tarafından AyMaRaLCaN

Tarıyıcı
 Kapı
 Indeks
 Üye Listesi
 Profil
 SSS
 Arama
Istatistikler
Toplam 7 kayıtlı kullanıcımız var
Son kaydolan kullanıcımız: AyBüke

Kullanıcılarımız toplam 28063 mesaj attılar bunda 19753 konu
Arama
 
 

Sonuç :
 
Rechercher çıkıntı araştırma
Sosyal yer imi
Sosyal yer imi reddit      

www.ay-maral-can.yetkin-forum.com

Sosyal bookmarking sitesinde adresi saklayın ve paylaşın
En bakılan konular
Acilinden Kaciyorum ...Görüsmek Umudu Ile <---- Bye
Türkmenistan (3) - Türkmen İsimleri
Sinezenler..Sözleri
Bir Sarkisin Sen
Azərbaycan dili → Bəzi sait səslərin tələffüzü
Radyo icin Tema Resimleri Resimler Resim
MerHaba MerHaba :)
ŞİİR DİNLETİSİ SUNU METNİ
Çok Güzel Kalp Resimler,i Güller ve Kalpler,
Azerbaycan Bayragi

 

 Bəxtiyar Vahabzadə şerləri...

Aşağa gitmek 
YazarMesaj
AyMaRaLCaN
Admin
AyMaRaLCaN


Üyelik tarihi : 11/06/08

Mesaj Sayısı : 12267

Rep Gücü : 29249

Rep Puani : 235


Bəxtiyar Vahabzadə şerləri... Empty
MesajKonu: Bəxtiyar Vahabzadə şerləri...   Bəxtiyar Vahabzadə şerləri... Icon_minitimePaz Haz. 12, 2011 2:25 pm

Qorxu kölgəsinə sığınmış bu gün
Sədaqət, diyanət, məhəbbət, Allah.
Yalan hakim olub, böhtan gözətçi,
Çürüyür zindanda həqiqət, Allah.



Əyri əyriliyi yeridir daşa,
Keçib əyrilikdə hamıdan başa.
Doğru həsrət qalıb isti bir aşa,
Görən hara gedir bu millət, Allah.



Həftələr dəyişdi, günlər dəyişdi,
Tərəflər dəyişdi, yönlər dəyişdi.
Qiblələr dəyişdi, dinlər dəyişdi,
İtə ot verilir, ata ət, Allah.



Ünvanı dəyişib rəzalətin də,
Qaymaq da satılır şor qiymətində.
İndi sədaqətin səltanətində,
Əyləşib hökm edir xəyanət, Allah.



Ha çığır, ha bağır, yalan ayılmaz,
Yaxşını yamandan ayıran olmaz.
Satsan, üzünə də baxan tapılmaz,
Necə ucuzlaşıb ləyaqət, Allah.



Yalanlar həqiqət qiyafəsində,
Yeklər cövlan edir şeş xanəsində.
Oğrular, əyrilər zəmanəsində,
Əyrilik sayılır, fərasət, Allah.
Sayfa başına dön Aşağa gitmek
https://ay-maral-can.yetkin-forum.com
AyMaRaLCaN
Admin
AyMaRaLCaN


Üyelik tarihi : 11/06/08

Mesaj Sayısı : 12267

Rep Gücü : 29249

Rep Puani : 235


Bəxtiyar Vahabzadə şerləri... Empty
MesajKonu: Dünyanın    Bəxtiyar Vahabzadə şerləri... Icon_minitimePaz Haz. 12, 2011 2:25 pm

Baş çıxarmaq həm çətindir, həm asan
İblisindən, mələyindən dünyanın.
Adəm satdı bir buğdaya cənnəti,
Tora düşdü kələyindən dünyanın.



Nə gözəldir, ürək geniş, söz açıq,
Yaşamadım bir sevdamı yarımçıq.
Əzab adlı dəyirmandan narın çıx,
Keçəcəksən ələyindən dünyanın.



Arzum üçün mələyən bir cüyürdüm,
O təpədən bu təpəyə yüyürdüm.
Niyə qorxum kəfənindən?
Nə gördüm
Beşiyindən, bələyindən dünyanın?



Ey Bəxtiyar, zaman ömrü əridər,
Ölümümüz axan vaxta borc ödər.
Arxasınca palaz kimi sürüdər
Bərk yapışsan ətəyindən dünyanın.
Sayfa başına dön Aşağa gitmek
https://ay-maral-can.yetkin-forum.com
AyMaRaLCaN
Admin
AyMaRaLCaN


Üyelik tarihi : 11/06/08

Mesaj Sayısı : 12267

Rep Gücü : 29249

Rep Puani : 235


Bəxtiyar Vahabzadə şerləri... Empty
MesajKonu: Deyilmi?...   Bəxtiyar Vahabzadə şerləri... Icon_minitimePaz Haz. 12, 2011 2:26 pm

Ömür başdan-başa, beşikdən-qəbrə
Həyat sevinci, qəmi deyilmi ?
Ölüm bir ömürlük iztirabların-
Ağrının, acının cəmi deyilmi ?

Mənəvi dünyaya qalxıb ucalmaq
Qanadlı duyğuya qismətdir ancaq.
Beləysə, ömürdən, gündən kam almaq
Hər kəsin arzusu, kamı deyilmi ?



Keçir məqamlar da gündə yüz əldən
Hansı gizli əldir pozan, düzəldən.
Sənin güvəndiyin dənya əzəldən
Əkilən, biçilən zəmi deyilmi ?



Ayaqlar altında yer oldu tapdaq,
Sirrini, məğzini bilmədik ancaq.
Tapdıq etdiyimiz bu qara torpaq
Əbədi mənzilin damı deyilmi ?



Damımız üstündə gəzər, hey gəzər,
Hərə ürəyincə bir mənzil bəzər.
Torpağı sormaqdan etmədik həzər,
Bu da ağlımızın kəmi deyilmi ?



Ötəri mənzildə qədər hökm edər,
Kimimiz bal içər, kimimiz zəhər:
Əbədi mənzildə hamı - bir nəfər,
Bir nəfər özü də hamı deyilmi ?
...
Sayfa başına dön Aşağa gitmek
https://ay-maral-can.yetkin-forum.com
AyMaRaLCaN
Admin
AyMaRaLCaN


Üyelik tarihi : 11/06/08

Mesaj Sayısı : 12267

Rep Gücü : 29249

Rep Puani : 235


Bəxtiyar Vahabzadə şerləri... Empty
MesajKonu: Ağıl başqa, ürək başqa   Bəxtiyar Vahabzadə şerləri... Icon_minitimePaz Haz. 12, 2011 2:27 pm

Bir-birinə bənzəsə də,
Yel başqadır, külək başqa.
Ətri də xoş, rəngi də xoş
Gül başqadır, çiçək başqa.
Hər diki yoxuş bilmə, gəl,
Hər meyi meyxoş bilmə, gəl.
Hər uçanı quş bilmə, gəl
Quş başqadır, böcək başqa.

~ ~ ~ ~ ~ ~ ~ ~ ~

Hər dərdinə ortaq mənəm,
Hər ağrını tən bölənəm,
Sən çəkənsən, mən gələnəm
Gəmi başqa, yedək başqa.

~ ~ ~ ~ ~ ~ ~ ~ ~

Haqqın yolu-öz yolumdur,
Əyilməyən düz yolumdur,
Xeyirlə şər sağ - solumdur
Şeytan başqa, mələk başqa.

~ ~ ~ ~ ~ ~ ~ ~ ~

Bir diləyə mən calandım,
Gah qazandım, gah talandım,
Ömrüm boyu haçalandım
Ağıl başqa, ürək başqa.

~ ~ ~ ~ ~ ~ ~ ~ ~

Dilək oldu mənim adım,
Pərvazlandı qol-qanadım,
Ҫatmadı səbrim, inadım
Әməl başqa, dilək başqa.
Sayfa başına dön Aşağa gitmek
https://ay-maral-can.yetkin-forum.com
AyMaRaLCaN
Admin
AyMaRaLCaN


Üyelik tarihi : 11/06/08

Mesaj Sayısı : 12267

Rep Gücü : 29249

Rep Puani : 235


Bəxtiyar Vahabzadə şerləri... Empty
MesajKonu: Təklik   Bəxtiyar Vahabzadə şerləri... Icon_minitimePaz Haz. 12, 2011 2:28 pm

Xəyal gah dağdadır gah da aranda
Gah göyə yüksəlir, gah enir insan.
Otaqda 1 saat tək oturanda,
100 ilin dərdiylə yüklənir insan.



Elə bil divarlar gəlir üstünə
Qulağın səslənir, qəlbin döyünür.
Alışıb yanırsan sən öz tüstünə,
Nidalar gözündə suala dönür.



İnsanı tez yorar düşüncələr də,
Verib nəfəsini dərd udar insan.
Özündən başqası olmayan yerdə,
İnsan olduğunu unudar insan...



Bir günəş bəs edər, pərişan olma,
Sənin yüz Kür qədər göz yaşın olsa.
Min dərd hücum etsə, könül, sıxılma,
Bir nəfər dərd bilən sirdaşın olsa.



Dünyaya gəlmədik biz əbəs yerə,
İnsanıq insan da bizə gərəkdir.
Bağatək qınına çəkilənlərə
Ürək nə gərəkdir, dil nə gərəkdir.



Çay çaya qovuşmaz sular daşmasa,
Ulduzun ulduzla ünsiyyəti var.
Göydə buludlar da qoşalaşmasa
Nə ildırım çaxar nə yağış yağar.



Yol tapa bilərmi saz ürəklərə,
Mizrab asta-asta telə dəyməsə?
Çıxarmı qönçədən tək bircə kərə,
Bülbülün nəfəsi gülə dəyməsə?



Öz el-obasını tərk etdiyindən
Tək-tənha dolanır bayquş bu gün də.
Kolların dibində tək bitdiyindən,
Boynu bükük olur bənövşənin də.



Od vurmasa qabda su daşa bilməz,
Quş da tək qanadla dağ aşa bilməz.
Kösöyün ikisi çöldə də yanar,
Biri ocaqda da alışa bilməz.



Qəlbimdə min sözüm, min söhbətim var,
Mən deyim, siz deyin, dil yorulmasın.
Yığılın, yığılın başıma dostlar,
Mənim bir günüm də sizsiz olmasın.



Dostların qəlbidir yurdum, məskənim,
Ürəkdə bir nisgil gərək olmasın.
Sağlığım bir yana, a dostlar, mənim;
Soyuq məzarım da heç tək olmasın
Sayfa başına dön Aşağa gitmek
https://ay-maral-can.yetkin-forum.com
AyMaRaLCaN
Admin
AyMaRaLCaN


Üyelik tarihi : 11/06/08

Mesaj Sayısı : 12267

Rep Gücü : 29249

Rep Puani : 235


Bəxtiyar Vahabzadə şerləri... Empty
MesajKonu: Yaman darımışam...   Bəxtiyar Vahabzadə şerləri... Icon_minitimePaz Haz. 12, 2011 2:29 pm

Yaman darıxmısam səninçün,yaman!
Mən əsir düşmüşəm öz istəyimə.
Nifrəti gizlətmək asandan asan
Sevgini gizlətmək mahalmış,demə!

~~~~~~~~~~~~~~~~~~

Haraylar yüksəlir könüldən yenə,
Bu necə haraydı,bu necə haydı?
Öhdəmdən gələrdim...Gözüm üzünə
Qulağım səsinə darıxmasaydı...

~~~~~~~~~~~~~~~~~~

Yaman darıxmışam...Bu nədir yenə
Ağlım sağa baxır,ürəyim sola.
Ürəyim dönübdür göy göyərçinə
Qonub sən gedəli sən gələn yola.

~~~~~~~~~~~~~~~~~~

Yaman darıxmışam...Hər axşamçağı
Arzumu günəşin telinə sardım.
Mənimlə olsaydı,mən darıxmağı
Zamana ən uzun ölçü sanardım...

~~~~~~~~~~~~~~~~~~

Yuxuma gəlmişdin...Qısıldıq küncə
Danışdıq...Yel əsdi...Dağıldı dərd-qəm.
Kölgəyə dönmüşdüm,səni görüncə
Sənin işığında yox oldu kölgəm...
Sayfa başına dön Aşağa gitmek
https://ay-maral-can.yetkin-forum.com
AyMaRaLCaN
Admin
AyMaRaLCaN


Üyelik tarihi : 11/06/08

Mesaj Sayısı : 12267

Rep Gücü : 29249

Rep Puani : 235


Bəxtiyar Vahabzadə şerləri... Empty
MesajKonu: Bəxtiyar Vahabzadə şerləri...   Bəxtiyar Vahabzadə şerləri... Icon_minitimePaz Haz. 12, 2011 2:30 pm

Yuxuma gəlmişdin...Qısıldıq küncə
Danışdıq...Yel əsdi...Dağıldı dərd-qəm.
Kölgəyə dönmüşdüm,səni görüncə
Sənin işığında yox oldu kölgəm...

çox xoşuma geldi bu bende Allah rehmet elesin şairimize
sayılıb seçilen şairlerimizdendir
yerri gelsene Mirze Elekber Sabir seyfeside aç sen
sende onun satirik tenqidi ve.s şerlerinden qoy mende de HOPHOPNAME var mende ordan
Sayfa başına dön Aşağa gitmek
https://ay-maral-can.yetkin-forum.com
AyMaRaLCaN
Admin
AyMaRaLCaN


Üyelik tarihi : 11/06/08

Mesaj Sayısı : 12267

Rep Gücü : 29249

Rep Puani : 235


Bəxtiyar Vahabzadə şerləri... Empty
MesajKonu: Bəxtiyar Vahabzadə şerləri...   Bəxtiyar Vahabzadə şerləri... Icon_minitimePaz Haz. 12, 2011 2:31 pm

Bu şirin sevdaya düşəndən bəri
Neçə yol ayrıldıq bir-birimizdən
Ayrılıq günləri hicran günləri
Uzandı...
Ömrünə ömür aldı bizdən
Biz ki,öyrəşmişik hicrana artıq.
Cövrü yadda qalır,qəm unudulur.
Sevən könüllərçün,gülüm,uzaqlıq
Ən böyük,ən gözəl yaxınlıq olur.

Yağış dayandımı,
Qalın buluddan
Sıyrılıb yenidən təzə gün doğur.
Hər uzun ayrılıq,hər qısa hicran
Səni mənim üçün təzədən doğur.
Ayrılıq dəmləri düşürkən yada
Təzədən sevirəm,təzədən səni.
Elə bilirəm ki,bu gen dünyada
İlk dəfə görürəm,gülüm,mən səni.

Ayrılıq günləri düzülür səfə,
Hər gün gözləyirik,hər gün bir günü,
Ayrı bir adamsan,gülüm,hər dəfə
Vüsalın əvvəli hicranın sonu.
Teleqraf kağızı...kiçik bir varaq.
Alışan könlümə su səpir yenə
Səndən ayrıldığım on gündür,ancaq
Milyon illərdir ki,həsrətəm sənə.

On gündə əzabla neçə-neçə min,
Dəqiqə,saniyə yola saldıq biz.
Bu uzun anların,dəqiqələrin
Hansını yaşadıq bir-birimizsiz,
Sənin də yerinə danışıram mən,
Qoy olsun,qəlbimiz ayrı deyildir!
Biz iki olsaq da vüsal günləri
Ayrılıq günləri bir oluruq,bir!

Həsrət,ürəyimdə qaladan möhkəm,
Hicran çöplərindən bir yuva qurmuş.
Sənin yanında da sənə həsrətəm,
Həsrət ayrılıqdan uzun olurmuş...
Görüş qışdan sonra gələn bahardır,
Ayrılıq,görüşlə bitir...tez olur.
Ehh!Ona nə var ki,müddəti vardır,
Həsrətsə ölçüsüz,müddətsiz olur.

Bil,yaman gündə də,yaxşı gündə də
İstərəm qovuşam,mən yetəm sənə.
Gözüm gözlərinə dikiləndə də
Həsrətəm,həsrətəm,həsrətəm sənə!!!
Sayfa başına dön Aşağa gitmek
https://ay-maral-can.yetkin-forum.com
AyMaRaLCaN
Admin
AyMaRaLCaN


Üyelik tarihi : 11/06/08

Mesaj Sayısı : 12267

Rep Gücü : 29249

Rep Puani : 235


Bəxtiyar Vahabzadə şerləri... Empty
MesajKonu: Basqasìnìn yasìnda...   Bəxtiyar Vahabzadə şerləri... Icon_minitimePaz Haz. 12, 2011 2:32 pm

Derindir,qorxuludur sakit axan lal sular;
Bir kelmenin icinde bezen nece söz yatir.
Adi gözle görünmez orda yatan duygular;
Cözelesen,görersen kül altinda köz yatìr.
***
Icimi göstermedim cahil tutan güzgüye
Üzde gülüb,içimde müskülüme agladim;
Milletimin derdini ünvanlayib özgeye
Basqasìnìn yasìnda öz ölüme agladim...
Sayfa başına dön Aşağa gitmek
https://ay-maral-can.yetkin-forum.com
AyMaRaLCaN
Admin
AyMaRaLCaN


Üyelik tarihi : 11/06/08

Mesaj Sayısı : 12267

Rep Gücü : 29249

Rep Puani : 235


Bəxtiyar Vahabzadə şerləri... Empty
MesajKonu: UNUTMAQ ISTEREM!!    Bəxtiyar Vahabzadə şerləri... Icon_minitimePaz Haz. 12, 2011 2:33 pm

UNUTMAQ ISTEREM!!
Ozum ozumden,
Bir daha ayrilib hacalanmayim.
Geceler yatiram bir fikirle men;
Seni dushunmeyim seni anmayim!....

Bu ele qaygiki,bu ele qem ki,
Azdirar yuz illik yolundan seni,
Seher de, axsham da duhsunurem ki,
Gerek dushunmeyim hehc zaman seni.

Unudar fikirde,xeyalda tekce
Unutmaz urekde seven-seveni.
Men ozum-ozume unut dedikce,
Ozumu unudub tapiram seni....

<>-deyirem,ancaq ne fayda,
Yadimdan cixmamish dushursen yada!
Eshqimin Odunu sondure bilmir,
Qezebim sel kimi ashib dashsada
Sayfa başına dön Aşağa gitmek
https://ay-maral-can.yetkin-forum.com
AyMaRaLCaN
Admin
AyMaRaLCaN


Üyelik tarihi : 11/06/08

Mesaj Sayısı : 12267

Rep Gücü : 29249

Rep Puani : 235


Bəxtiyar Vahabzadə şerləri... Empty
MesajKonu: Heyif   Bəxtiyar Vahabzadə şerləri... Icon_minitimePaz Haz. 12, 2011 2:34 pm

Heyif

Heyif o gozlere o baxislara
Ozge birisine baxacaq hemen
Heyif o ilahi qovsi qaslara
Sinacaq kederli dusuncelerden

Heyif o alovlu oten caglara
Ucan yad budaga tez qonacaqdir
Heyif gule benzer o dodaqlara
Ozge bir dodaga toxunacaqdir

Gulum heyif sene yaziqlar mene
Qoruya bilmedim mehebbetimi
Ozum bile-bile verirem yene
Ozge birisine seadetimi


alinti
Sayfa başına dön Aşağa gitmek
https://ay-maral-can.yetkin-forum.com
AyMaRaLCaN
Admin
AyMaRaLCaN


Üyelik tarihi : 11/06/08

Mesaj Sayısı : 12267

Rep Gücü : 29249

Rep Puani : 235


Bəxtiyar Vahabzadə şerləri... Empty
MesajKonu: Bəxtiyar Bavabzadədən *Sən hardan biləsən* (1979-cu il) şeri   Bəxtiyar Vahabzadə şerləri... Icon_minitimePaz Haz. 12, 2011 2:35 pm

Sən hardan biləsən nə çəkirəm mən.
Payızam...
Ey ömrün ilk baharlısı,
Sən hardan biləsən, nədən biləsən
Yoxdur bu dünyada səndən varlısı…

...Duman tək dağlara çəkilən mənəm,
Budaqlar üstündə quş tək dinən sən.
Payızda yarpağı tökülən mənəm,
Ömrün yaz çağında çiçəklənən sən.

İllərim xərclənmiş, ömür gödəlmiş,
Sənin yol gedəsi çox illərin var.
Mənim ürəyimdə baş-başa gəlmiş
Kövrək duyğulardan nə xəbərin var.

Deyirsən, ocağın közü mənəm, mən,
Sənsə tüstülənən xatirələrsən.
Ancaq xatirəmi?
Səhvin var sənin,
Dağdan xəbərsizdi arandakılar.
Bir də... unutma ki, tüstülənənin
Təzədən tutuşub alışması var.

Sən hardan biləsən, sevda anları
Qənimət payıdır tükənən ömrün.
Sısqa bir bulağın son damcıları
Daha şirin olur təşnələr üçün.

Sən hardan biləsən, axşam şöləsi
Niyə aynaları alovlandırır.
...Sən hardan biləsən bülbülün səsi
Niyə son baharda ürək yandırır.

Artır zaman-zaman vaxtın qiyməti,
Arzu min həvəsdə, ürək təlaşda.
Sən hardan biləsən, gözün ləzzəti
Qəlbin ağrısına dönür bu yaşda.

Sevgi yaş tanımır... Qəlbini yandır!
Yanaraq yaşasan, yaş düşməz yada.
Sevən doxsanında hələ cavandır,
Sevməyən qocadır otuzunda da.

Ürək alışırsa, günahkarmı yaş?
Sevəni qınama, sevəcək sevən!
Yaş ilə ürəyi deyil, a qardaş,
Boş ilə dolunu çəkiyə qoy sən!

Bir ömrü illərlə ölçmək düz deyil,
Ömürlə illəri ölçəsən gərək.
Hissinlə, qəlbinlə dinlə nə deyir,
Bu duyan, bu yanan, alışan ürək...
Yaşarkən həyatı sevirəm...Nə qəm
Ölərkən ölümlə sevişəcəyəm...

alinti
Sayfa başına dön Aşağa gitmek
https://ay-maral-can.yetkin-forum.com
 
Bəxtiyar Vahabzadə şerləri...
Sayfa başına dön 
1 sayfadaki 1 sayfası

Bu forumun müsaadesi var:Bu forumdaki mesajlara cevap veremezsiniz
 :: Azeri Şeirləri-
Buraya geçin: