Hosgeldiniz.... AyMaRaLCaN Bilgi Paylasim Platformuna..... Cay Isterseniz ( Hayali Büfe ) Smile Sagda Büfemiz Var Buyurun Bir Bardak Alin Afiyetle Icin Seker Bitmis ise Lütfen Zile Tiklayin Servisimiz Yardimci Olacaktir..... ..Keyifli Seyirler Dilerim Smile Bye ...
Yazar ---- > Wink AyMaRaLCaN
Hosgeldiniz.... AyMaRaLCaN Bilgi Paylasim Platformuna..... Cay Isterseniz ( Hayali Büfe ) Smile Sagda Büfemiz Var Buyurun Bir Bardak Alin Afiyetle Icin Seker Bitmis ise Lütfen Zile Tiklayin Servisimiz Yardimci Olacaktir..... ..Keyifli Seyirler Dilerim Smile Bye ...
Yazar ---- > Wink AyMaRaLCaN
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.



 
AnasayfaGüncel KonularGaleriAramaLatest imagesKayıt OlGiriş yap
En son konular
»  Acilinden Kaciyorum ...Görüsmek Umudu Ile <---- Bye
Firudin Allahverdidən "Şər adlı" hekayə Icon_minitimeCuma Ara. 14, 2012 7:05 am tarafından AyMaRaLCaN

» Bir Sarkisin Sen
Firudin Allahverdidən "Şər adlı" hekayə Icon_minitimeCuma Ara. 14, 2012 7:03 am tarafından AyMaRaLCaN

» MerHaba MerHaba :)
Firudin Allahverdidən "Şər adlı" hekayə Icon_minitimeCuma Ara. 14, 2012 6:58 am tarafından AyMaRaLCaN

» Azerbaycan Yemekleri,Azerbaycan Yemek Kültürü,Azerbaycan Mutfağı
Firudin Allahverdidən "Şər adlı" hekayə Icon_minitimeCuma Ara. 14, 2012 6:49 am tarafından AyMaRaLCaN

» ORHAN AFACAN SIIRLERI Tas Atan Cocuklar
Firudin Allahverdidən "Şər adlı" hekayə Icon_minitimeCuma Kas. 30, 2012 7:48 am tarafından AyMaRaLCaN

» Aşık Mahzuni Şerif - Bu Mezarda Bir Garip Var
Firudin Allahverdidən "Şər adlı" hekayə Icon_minitimeCuma Kas. 30, 2012 3:51 am tarafından AyMaRaLCaN

» Aşık Mahzuni Şerif - Bizden Geriler (Gam Kasavet)
Firudin Allahverdidən "Şər adlı" hekayə Icon_minitimeCuma Kas. 30, 2012 3:49 am tarafından AyMaRaLCaN

» Aşık Mahzuni Şerif - Benim Hayatım
Firudin Allahverdidən "Şər adlı" hekayə Icon_minitimeCuma Kas. 30, 2012 3:48 am tarafından AyMaRaLCaN

» Aşık Mahzuni Şerif - Babasını (Bir Fakirin Hatırını)
Firudin Allahverdidən "Şər adlı" hekayə Icon_minitimeCuma Kas. 30, 2012 3:46 am tarafından AyMaRaLCaN

Tarıyıcı
 Kapı
 Indeks
 Üye Listesi
 Profil
 SSS
 Arama
Istatistikler
Toplam 7 kayıtlı kullanıcımız var
Son kaydolan kullanıcımız: AyBüke

Kullanıcılarımız toplam 28063 mesaj attılar bunda 19753 konu
Arama
 
 

Sonuç :
 
Rechercher çıkıntı araştırma
Similar topics
Sosyal yer imi
Sosyal yer imi reddit      

www.ay-maral-can.yetkin-forum.com

Sosyal bookmarking sitesinde adresi saklayın ve paylaşın
En bakılan konular
Acilinden Kaciyorum ...Görüsmek Umudu Ile <---- Bye
Türkmenistan (3) - Türkmen İsimleri
Sinezenler..Sözleri
Bir Sarkisin Sen
Azərbaycan dili → Bəzi sait səslərin tələffüzü
Radyo icin Tema Resimleri Resimler Resim
MerHaba MerHaba :)
ŞİİR DİNLETİSİ SUNU METNİ
Çok Güzel Kalp Resimler,i Güller ve Kalpler,
Azerbaycan Bayragi

 

 Firudin Allahverdidən "Şər adlı" hekayə

Aşağa gitmek 
YazarMesaj
AyMaRaLCaN
Admin
AyMaRaLCaN


Üyelik tarihi : 11/06/08

Mesaj Sayısı : 12267

Rep Gücü : 29249

Rep Puani : 235


Firudin Allahverdidən "Şər adlı" hekayə Empty
MesajKonu: Firudin Allahverdidən "Şər adlı" hekayə   Firudin Allahverdidən "Şər adlı" hekayə Icon_minitimePaz Haz. 12, 2011 2:58 pm

2010-cu ilin iyun ayının əvəllərində, gecə yarısı Xətai prospektində taksi ilə gedirdim. "Şərq bazarı"nın qarşısında, prospektin ortası ilə o tərəf-bu tərəfə keçən meyvə-tərəvəz dolu arabaların arasından bir təhər maşınını sivişdirib keçən sürücüm, digər kolleqaları kimi oxşar mövzuda söhbətə başladı.
- Ay qardaş, burada nə zaman bir qayda-qanun yaradılacaq axı? Buna bax, buna bax... özünü az qala maşının altına atacaqdı... əclaf! O gün gördüm birini maşın vurub xosumvay eləyib, bir istədim saxlayım... sonra lənət şeytana deyib, çıxıb getdim...
Üz-gözümü turşudub, sürücüdən niyə belə etdiyini soruşdum. Adam heç tövrünü də pozmadan, bir damcı belə təəccüblənmədən, söhbətinə davam etdi:
- Başa düşürəm e, qardaş, adamdı, yəqin buralarda ailəsinə çörək pulu qazanmaq üçün işləyirmiş, xəstəxanaya-zada da apara bilərdim... Amma bir bilsən niyə onu aparmadım, məni qınamazsan... Həmin hadisədən 10-15 gün əvvəl, elə bax buradaca, bax o svetofordan 4-5 metr qabaqda, düz gözümün qabağında bir "BMW" yaşlı arvadı vurub, qaçdı. Tez maşını saxladım, onun oğlu idi, nəyi idi, bilmirəm, yanındakı oğlana dedim ki, gətir arvadı qoy maşına, aparaq xəstəxanaya, yazıqdı. Oğlan arvadı qucağına alıb, maşına tərəf gətirəndə nə desə yaxşıdı?
- Nə?
- Dedi ki, buna bax e, qoca arvadı vurub, hələ bir deyir aparaq xəstəxanaya... Qardaş, nə başını ağrıdım, gördüm ki, bu adam "BMW" əvəzinə məni ilişdirmək istəyir, hirs vurdu təpəmə, dedim ə, köpəkoğlu, mən sənə yaxşılılq etmək istəyirəm, sən də mənə şər atıb, türməyə göndərmək istəyirsən? Tüpürdüm, çıxıb getdim... Bax, o gədənin şər atması mənə dərs oldu, o gün yerdə qalan adamı da aparmadım... İndi, özün deginən, bu xalqa yaxşılıq etməyə dəyər, ya yox?

***

Bilmirəm, sürücüyə şər atmaq istəyən o idi ya yox, amma mənim yadıma qonşu məhəllədəki Namizəd düşdü. Onun rayondan şəhərə, bazarda satmağa meyvə-tərəvəz gətirən xalasını da elə təxminən 10-15 gün əvvəl buralarda maşın vurub, aşırtmışdı. Xalasına kömək etməklə pul qazananan Namizəd də o an hadisə yerindəymiş. Detallarını bilmirdim, amma sağ qalmasından, xəstəxanaya çatdırılmasından xəbərim vardı. Xülasə, sizə bu Namizəddən danışım.
Namizədin ailəsi işğal olunmuş rayonlardan qaçqın kimi gəlib. İlk dəfə onunla tanışlığımız da yadımdadı; axır çərşənbə günündə məhəllədə tonqal qalamışdıq, yaxınlaşdı, salamlaşdı, utancaq oğlan idi, nə danışır-danışsın gülümsəyirdi (bu xasiyyəti indiyədək dəyişməyib). Dərslərini də pis oxumurdu-filan...
Məktəbi bitirib, hamı kimi universitetə, sonra da əsgərliyə getdi. Qayıdandan sonra da o qədər dəyişməmişdi, sadəcə bir qədər depressiv görünürdü hərdən.
Namizədin atası qəssab idi, işi də pis getmirdi, bir neçə ilə qəsəbənin ən varlı adamlarından olmuşdu. Bu kişinin var-dövləti artdıqca dövlət işçiləri ilə problemləri də çoxalmışdı, nə vaxt danışdırırdın söhbətinin əvvəli də, axırı da belə idi "biri gəlir, o birisi gedir, məni lap müflisləşdirəcəklər." Uzun sözün qısası, elə həmin ərəfələrdə bizim bu Namizədin cibindən narkotik vasitə aşkar olundu. Elə aşkar olunan gündən başlayaraq, təxminən 2 həftə ərzində atasının bütün malı-mülkü əldən çıxdı. Kişi qəssabxananı bağladı, ailəsinin gündəlik xərclərini ödəmək üçün taksi sürməyə başladı. Tez-tez işlətdiyi "biri gəlir, o birisi gedir" frazası da leksikonundan yığışdı, artıq onu heç kim narahat etmirdi; o, varlı deyildi.
Baxmayaraq ki, bütün qəsəbə onu günahsız hesab edirdi və onun üzərinə şər atılması hamımıza gün kimi aydın idi, Namizədin xarakteri kökündən dəyişməyə başladı; onun ətrafdakılara aqressiyası gün-gündən artırdı...

***

İndi bütün bunları sürücüyə danışmaq, Namizədin ona şər atmasının kökündə hansı səbəblərin durmasını anlatmaq istədim, amma eyni enerjini sərf etməklə bloqa yazmağın, daha çox adama oxutmağın xeyirli ola biləcəyini qərara aldım...
Hadisələrə çox safcasına qiymət verməyi üstün tutan sürücüm isə davam edirdi:
- Qardaş, bunlara Stalin lazımdı e, hamısını güllələsin. İnan inandığımıza, mən bu xalqın hamısının qanını içərəm, uf da demərəm...

Alinti
Sayfa başına dön Aşağa gitmek
https://ay-maral-can.yetkin-forum.com
 
Firudin Allahverdidən "Şər adlı" hekayə
Sayfa başına dön 
1 sayfadaki 1 sayfası
 Similar topics
-

Bu forumun müsaadesi var:Bu forumdaki mesajlara cevap veremezsiniz
 :: Azerbaycan Ədəbiyyati-
Buraya geçin: