Hosgeldiniz.... AyMaRaLCaN Bilgi Paylasim Platformuna..... Cay Isterseniz ( Hayali Büfe ) Smile Sagda Büfemiz Var Buyurun Bir Bardak Alin Afiyetle Icin Seker Bitmis ise Lütfen Zile Tiklayin Servisimiz Yardimci Olacaktir..... ..Keyifli Seyirler Dilerim Smile Bye ...
Yazar ---- > Wink AyMaRaLCaN
Hosgeldiniz.... AyMaRaLCaN Bilgi Paylasim Platformuna..... Cay Isterseniz ( Hayali Büfe ) Smile Sagda Büfemiz Var Buyurun Bir Bardak Alin Afiyetle Icin Seker Bitmis ise Lütfen Zile Tiklayin Servisimiz Yardimci Olacaktir..... ..Keyifli Seyirler Dilerim Smile Bye ...
Yazar ---- > Wink AyMaRaLCaN
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.



 
AnasayfaGüncel KonularGaleriAramaLatest imagesKayıt OlGiriş yap
En son konular
»  Acilinden Kaciyorum ...Görüsmek Umudu Ile <---- Bye
Azerbaycan Önemli günler Icon_minitimeCuma Ara. 14, 2012 7:05 am tarafından AyMaRaLCaN

» Bir Sarkisin Sen
Azerbaycan Önemli günler Icon_minitimeCuma Ara. 14, 2012 7:03 am tarafından AyMaRaLCaN

» MerHaba MerHaba :)
Azerbaycan Önemli günler Icon_minitimeCuma Ara. 14, 2012 6:58 am tarafından AyMaRaLCaN

» Azerbaycan Yemekleri,Azerbaycan Yemek Kültürü,Azerbaycan Mutfağı
Azerbaycan Önemli günler Icon_minitimeCuma Ara. 14, 2012 6:49 am tarafından AyMaRaLCaN

» ORHAN AFACAN SIIRLERI Tas Atan Cocuklar
Azerbaycan Önemli günler Icon_minitimeCuma Kas. 30, 2012 7:48 am tarafından AyMaRaLCaN

» Aşık Mahzuni Şerif - Bu Mezarda Bir Garip Var
Azerbaycan Önemli günler Icon_minitimeCuma Kas. 30, 2012 3:51 am tarafından AyMaRaLCaN

» Aşık Mahzuni Şerif - Bizden Geriler (Gam Kasavet)
Azerbaycan Önemli günler Icon_minitimeCuma Kas. 30, 2012 3:49 am tarafından AyMaRaLCaN

» Aşık Mahzuni Şerif - Benim Hayatım
Azerbaycan Önemli günler Icon_minitimeCuma Kas. 30, 2012 3:48 am tarafından AyMaRaLCaN

» Aşık Mahzuni Şerif - Babasını (Bir Fakirin Hatırını)
Azerbaycan Önemli günler Icon_minitimeCuma Kas. 30, 2012 3:46 am tarafından AyMaRaLCaN

Tarıyıcı
 Kapı
 Indeks
 Üye Listesi
 Profil
 SSS
 Arama
Istatistikler
Toplam 7 kayıtlı kullanıcımız var
Son kaydolan kullanıcımız: AyBüke

Kullanıcılarımız toplam 28063 mesaj attılar bunda 19753 konu
Arama
 
 

Sonuç :
 
Rechercher çıkıntı araştırma
Similar topics
    Sosyal yer imi
    Sosyal yer imi reddit      

    www.ay-maral-can.yetkin-forum.com

    Sosyal bookmarking sitesinde adresi saklayın ve paylaşın
    En bakılan konular
    Acilinden Kaciyorum ...Görüsmek Umudu Ile <---- Bye
    Türkmenistan (3) - Türkmen İsimleri
    Sinezenler..Sözleri
    Bir Sarkisin Sen
    Azərbaycan dili → Bəzi sait səslərin tələffüzü
    Radyo icin Tema Resimleri Resimler Resim
    MerHaba MerHaba :)
    ŞİİR DİNLETİSİ SUNU METNİ
    Çok Güzel Kalp Resimler,i Güller ve Kalpler,
    Azerbaycan Bayragi

     

     Azerbaycan Önemli günler

    Aşağa gitmek 
    YazarMesaj
    AyMaRaLCaN
    Admin
    AyMaRaLCaN


    Üyelik tarihi : 11/06/08

    Mesaj Sayısı : 12267

    Rep Gücü : 29249

    Rep Puani : 235


    Azerbaycan Önemli günler Empty
    MesajKonu: Azerbaycan Önemli günler   Azerbaycan Önemli günler Icon_minitimePerş. Kas. 24, 2011 12:48 pm



    Yeni il bayramı - 1-2 yanvar

    Beynəlxalq qadınlar günü - 8 mart

    Novruz bayramı - 20-24 mart

    Faşizm üzərində qələbə günü - 9 may

    Respublika günü - 28 may

    Milli qurtuluş günü - 15 iyun

    Silahlı qüvvələr günü - 26 iyun

    Dövlət müstəqilliyi günü - 18 oktyabr

    Dövlət bayrağı günü - 9 noyabr

    Azərbaycanın Konstitusiya günü - 12 noyabr

    Milli dirçəliş günü - 17 noyabr

    Dünya Azərbaycanlılarının Həmrəylik günü - 31 dekabr

    Qurban bayramı - 2 gün

    Ramazan bayramı - 2 gün
    Sayfa başına dön Aşağa gitmek
    https://ay-maral-can.yetkin-forum.com
    AyMaRaLCaN
    Admin
    AyMaRaLCaN


    Üyelik tarihi : 11/06/08

    Mesaj Sayısı : 12267

    Rep Gücü : 29249

    Rep Puani : 235


    Azerbaycan Önemli günler Empty
    MesajKonu: Geri: Azerbaycan Önemli günler   Azerbaycan Önemli günler Icon_minitimePerş. Kas. 24, 2011 12:49 pm

    axır çərşənbə ve falları

    axır çərşənbə fallarında, qulaq falı hamınıza mə`lumdur, niyyət tutub qapıya yaxınlaşırsınız və eşitdiyiniz ilk söz və ya cümləni yozursunuz. Bunu qapıya qulaq asaraq etməkdən çəkinənlər, müəyyən mühitdə, evdə və ya həyətdə (sözsüz ki, azərbaycanlıların içində, çünki həmin gün bizimkilərin bayramdan xəbəri olduğu üçün xoş danışırlar) eşidəcəyi ilk sözü də yoza bilərlər.

    Corab falı, . Gülürsüz yəqin, bunlar öz təcrübəmin materialları deyil, bir kitabdan oxuduqlarımdır. Axşam yatanda bütün axşam ərzində əyninizdə olan corablardan birini çıxardıb digərini ayağınızda saxlasanız, yuxunuza qismətiniz gələcək.
    Duzlu kökə falı: Yatmamışdan çox duzlu xəmirdən (unla duzun nisbəti eyni olur) hazırlanmış kökə yeyib, amma su içmədən yatmaq lazımdır, deyirlər ki, axşam sizə qismətiniz yuxuda su verəcək.
    Üzük falı: Gənc qızlar üzüklərini bir qaba, kasaya atırlar və üzərini bir yaylıqla örtürlər, bir nəfər rəhbər seçilərək ordan bir-bir üzükləri çəkir və əvvəlcədən sıra ilə hazırlanmış bayram bayatılarını oxuyur. Bayatı mə`nasına görə yozulur. Bunu "Dəli Kür" filmindən çox güman ki, xatırlayırsınız. Yeri gəlmişkən, həmin filmdə novruz bayramının çox gözəl təsviri verilib və bəlkə də indi unudulmaqda olan adətlərimiz yer alır.
    Açar falı: Axşam yatanda evin açarını balışınızın altına qoyub niyyət edirsiniz, ürəyinizin açarının sahibi yuxunuza gələcək.
    Ayaqqabı falı: İl ərzində evdəki nişanlı və ya gəlin gedəcək qızların xeyir işinin olacağını tə`yin etmək üçün, gəlin qız evin içində giriş qapısına arxasını çevirərək başmaqlarından və ya ayaqqabısından birini çıxardaraq başının üzərindən fırladaraq atır. Ayaqqabının düşdüyü vəziyyətə görə bu il xeyir işin olacağı və ya olmayacağı müəyyən edilir. Ayaqqabı evdən çıxan istiqamətdə düşərsə, "bu il xeyir iş olacaq", deyərlər.

    Hələlik bu qədər bəsinizidir? Siz də yazın baxım sizlər hansı adətləri, hansı sınamaları bilirsiniz. Amma baxınaaa, nəticələri unutmayın və bizlərə də yazın.


    Sadə fallar
    Ilin-ayın axırında (Novruz bayramından iki gün əvvəl) bulaqdan, yaxud çaydan axar sudan “lal su” gətirilir. Buna ona görə “lal su” deyirlər ki, bu suyu gətirməyə gedən şəxs su gətirəcəyi qabı əlinə götürəndən ta suyu gətirib evdə, iynə salınacaq qaba tökənəcən dinməməlidir (həmin su şər qarışandan sonra gətirilir və bu suyu gətirən şəxs bir neçə adam tərəfindən müşayiət oluna bilər).
    Suyu qaba tökəndən sonra iki iynənin ulduzlu tərəfinə bir azca pambıq dolayır, birini qız, birini oğlan deyə fikirdə tutur (falı açılan şəxslər) və hərəsini bir tərəfdən üsulluca suya qoyurlar. Sonra həmin iynələrin hərəkəti ilə müəyyən mülahizələr söyləyirlər.
    Qovuşacaq adamlarda iynələr müxtəlif səmtlərə hərəkət etsələr də axırda bir-birinə yaxınlaşıb bitişirlər. Əksinə olanda isə iynələr o tərəf-bu tərəfə hərəkət edir və bir-birinə qovuşurlar. Iynə suyun dibinə çökürsə - elə ilk dəfə qoyulanda, deməli, su “lal su” deyil. Su gətirən adam üstündə danışmışdır. O, heç olmasa, “a” deyə səs çıxarmışdır.


    Yumurta və karandaşlar

    Axır çərşənbə günü tövlənin pəncərəsinin ağzına (qabağına) bir yumurta, iki karandaş – qara və qırmızı karandaşlar qoyulur. Səhər həmin yumurtanın üstündə (üzərində) xətt olur (guya Xıdır xətt çəkir). Əgər qırmızı karandaşla xətt çəkilibsə, yumurta kimin bəxtinə qoyulubsa, o xoşbəxt olacaq. Qara karandaşla xətt çəkilibsə əksinə olacaqdır.

    Qapı pusmaq

    Axır çərşənbə günü, yaxud həftənin uğurlu günləri axşamçağı qonşuların qapısını kirimişcə pusurlar. Qapıya yaxınlaşərkən eşidilən ilk sözü və ya bir neçə sözü yozub, bəxt haqqında müəyyən mülahizələr söyləyirlər. (Bu səbəbdəndir ki, həmin günün axşamı yalnız yaxşı sözlər danışılması adət hesab olunur). Məsələn, ilk eşidilən sözlər “işığı yandır”, “yaxşı olacaq” və s. olarsa, hər şeyin yaxşı olacağı güman dilir. əksinə, “söndü”, “viran qalsın” və s. kimi sözlər eşidiləndə pis tərəfə yozulur.
    Sözə qüvvət: Arvadxasiyyət bir kişi qulağa durmaqla qonşusunu boğaza yığıbmış. Bir gün (həmin “fal açılan” gün) qonşu görür ki, həmin kişi sakitcə pəncərənin qabağından keçdi. Qonşu hiss edir ki, o yenə qulağa dayanacaq. (Qapı pusmanı adətən qadınlar icra edərlər). Onun bu xasiyyətindən təngə gəlmiş qonşu, adəti pozub deyir:
    - Əşi, bu soba zəhrimara qalmış sönüb, elə sönülü də qalacaq! Bir an keçmir ki, həmin kişi pəncərənin qabağından çox qanı-qara keçir...

    Duzlu kökə yemək
    Axır çərşənbə axşamı gec yatırlar. Yatanda işə əvvəlcədən hazırlanmış duzlu kökə yeyib yatırlar, su içmirlər. Gecə yuxuda (susuzluqdan) su görünür: içməyə kimsə su verir. Guya, həmin su verən adam yuxu görənin qismətidir.
    Sözə qüvvət: Bir qızı iki oğlan sevirmiş. Bu falı yoxlamaq üçün həmin qız həmin bayramda duzlu kökə bişirib yeyir. Gecə yuxuda oğlanlardan biri ona su verir. Qız içir. Lakin susuzluğu keçmir. Yenə “su, su” deyir. Bu vaxt o biri oğlan su verir... Belə çıxir ki, qız onların iksinə də ərə getməli idi...
    Deyilinə görə həmin qız ona birinci olaraq su verənə ərə gedir. Lakin hansısa qəzadan həmin qənc həlak olur. O biri oğlan dul qalmış qız ilə evlənir.

    Yeddi ulduz

    Bu falı istənilən vaxt icra etmək olar. Yatmağa gedəndə yeddi ulduz sayırlar. Ulduzları sayandan sonra bir kəlmə də olsa, danışmaq olmaz. Bu halda öz qismətini yuxuda görürlər.

    Şax konfeti

    Əvvəllər gəlin üçün şax bəzənərdi. Bu, taxtadan, daha doğrusu, odundan düzəldilmiş və bütün çıxıntılarına mıx çalınmış konusvarı, təxminən 1-1.5 metr hündürlüyündə figur idi ki, bunu da müxtəlif şirniyyatla, qoz-badamla, meyvə ilə bəzəyirlər. Həmin şaxdan qoparılmış konfeti axşamyeyib yatanda, guya adam yuxuda öz qismətini görür.

    ***

    İlk dəfə yatılan evdə yastığın altında güzgü qoyurlar. Güzgü yuxuda bütün gələcək həyatını göstərir.

    ***

    Ilin axır çərşənbə axşamı gecəsi cavan qızlar bir yerə yığışırlar. Bir qaba su tökürlər. Əllərindəki üzükləri çıxarıb saçlarına salırlar. Niyyət tutub üzüyü suyun üstündən keçirirlər. Üzük fırlanmağa başlayır və qabın divarlarına dəyir. Üzük neçə dəfə qaba dəyirsə, sayırsan. Demək o yaşda da gəlin gedəcəksən.


    ***

    Çərşənbə axşamı otuzluq lampanın altına qıfılı bağlayıb qoyurlar. Niyyət edib gözləyirlər. Kim qapını açıb birinci evə girsə, onun birinci sözünü niyyətlərinə görə yozarlar.

    ***

    Balığın çanaq sümüyünü övlad gözləyən gəlinin oğlu və ya qızı olacağını bilmək üçün iki barmağın ortasından atırlar. Arxası üstə düşərsə, qız, üzüüstə düşərsə oğlan olacağı gözlənilir.

    ***

    İtkin olan zaman, onu tapmaqçın ələyə qaysının iki ucunu sancıb, fırlardırlar. Itkinin kim tərəfindən olduğunu bilmək üçün şübhələndiyin adamın adını çəkirsən. Əgər ələk fırlanarsa, bi iş həmin adam tərəfindən olub. Fırlanmazsa demək o günahkar deyil.

    ***

    Qorxan adamın başının əstündə ərimiş qurğuşunu onun qarşısındakı qabın içindəki suya tökürlər. Adam nədən qorxubsa onun şəkili suyun içində formalaşır.

    ***

    Axır çərşənbə gecəsi ürəyində niyyət tut yat. Gecə yarısı yuxudan dur və şamı yandır. Şamı götürüb güzgüyə yaxınlaş. Güzgüdə gələcək nişanlını görəcəksən. Amma gərək qorxmayasan. Qorxsan bu niyyətin baş tutmaz.

    ***

    Ilin axır çərşənbə günü niyyət tutub bağa getmək lazımdır. Bağdan bir çəngə ot qırırsan. Niyyət düzdürsə, sühərəsi gəlib görürsən ki, qırdığın otlar uzanıb əvvəlki kimi olub.

    ***

    Ilin axır çərşənbə gecəsiürəyində niyyət tutursan. Bağda bir daşı qaldırıb altını təmizləyirsən. Niyyətin hasilə çatandan sonra, gəlib daşın altına baxırsan. Görürsən ki, daşın altında ot bitib.


    ***

    Ilin axır çərşənbə axşamı ana uşaqlarının başından tük qırır və axar suya atır. Bir qab həmin yerdən su götürür və uşaqlarının üstünə çiləyirsən. Guya ki, bu su təmizlik, sağlamlıq, paklıq gətirir. Həmin ili uşaqlar xəstələnmir.



    _Alıntıdır_
    Sayfa başına dön Aşağa gitmek
    https://ay-maral-can.yetkin-forum.com
    AyMaRaLCaN
    Admin
    AyMaRaLCaN


    Üyelik tarihi : 11/06/08

    Mesaj Sayısı : 12267

    Rep Gücü : 29249

    Rep Puani : 235


    Azerbaycan Önemli günler Empty
    MesajKonu: Geri: Azerbaycan Önemli günler   Azerbaycan Önemli günler Icon_minitimePerş. Kas. 24, 2011 12:51 pm

    28 may Respublika günüdür



    Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 92 il ötür. 1918-ci mayın 28-də Şərqdə ilk demokratik respublika-Azərbaycan Xalq Cümhuriyyəti yaranıb. Bu hakimiyyət 23 aylıq faliyyətdən sonra 1920-ci ilin aprelin 27-də 11-ci ordunun müdaxiləsi nəticəsində süqut edib və düz 71 il sonra Azərbaycan xalqı öz dövlət müstəqilliyini bərpa edib.



    1918-ci ilin aprelin 25-də Şaumyan başda olmaqla xalq kosmisarları soveti yaradıldı. Cəmi bir aydan sonra artıq iki hakimiyyət var idi. Tiflisdə müstəqil Azərbaycan Cumhuriyyəti, Azərbaycanın özündə isə daşnak Şaumyanın başçılığı ilə Xalq Komissarları Soveti. 18 gün Tiflisdə fəaliyət göstərdikdən sonra Aərbaycanın Milli Şurası Gəncəyə köçdü. Beləliklə, Azərbaycanın bir qütbündə- Gəncədə Azərbaycan milli höküməti, Bakıda isə daşnak höküməti fəaliyyət göstərirdi. Şaumyan başa düşürdü ki, Gəncədə yerləşən milli hökümət xalqın dəstəyinə arxalana bilər. Bu səbəbdən mərkəzdən yeni hərbi qüvvə tələb olundu. Məqsəd Gəncə istiqamətinə yürüş edərək, milli höküməti elə beşiyindəcə boğmaq idi. Bu istəyi reallaşdırmaq üçün Gəncə istiqamətində hərəkət başlandı. Azərbaycan milli höküməti isə Nuru paşanın rəhbərlik etdiyi Türk Ordusuna arxalanaraq, Bakı istiqamətinə hərəkət etdi. 1918-ci il iyulun 27-də Göyçay ətrafındakı döyüşdə bolşeviklərin dəstəsi darmadağın edildi və şaumyan Xalq Komisarları Şurasının istefasını elan etdi. Amma əvəzində Bakıda milli hökümət yox, Kaspi diktaturası yaradıldı. Bu, ingilislərin artıq Bakıda faktiki hakimiyyətə gəlməsi idi.

    Nuru paşanın hərbi qüvvəsinə arxalanan Azərbaycan höküməti 1918-ci il sentyabrın 15-də Bakıya daxil olur və Azərbaycan milli höküməti bütün Azərbaycanda siyasi hakimiyyəti ələ alır. 1918-ci ilin dekabrın 7-də Azərbaycan parlamentinə seçkilər keçirilir. Azərbaycan parlamentli respublika elan edilir. Milliyyətçilik, türkçülük, azərbaycançılıq, milli dövlətçilik, istiqlalçılıq, bərarbərlik, cümhuriyyətçilik kimi anılan müsavatçılıq ideologiyasının, Müsavat firqəsinin əsası qoyuldu. «İnsanlara hürriyyət , millətlərə istiqlal» şüarı Azərbaycanı qurtuluşa haraylayan çağırış oldu. Şərqdə ilk demokratik cümhuriyyət yarandı. Bu hakimiyyət 23-ay faliyyətdən sonra 1920-ci il aprelin 27-də 11-ci ordunun müdaxiləsi nəticəsində süqut etdi. Və düz 71 il. Azərbaycan xalqı 1991-ci ildə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra xalq cümhuriyyətinin idealarını davam etdirərək, bu tarixi varislik üzərində yeni müstəqil Azərbaycan dövlətini yaratdı..
    Sayfa başına dön Aşağa gitmek
    https://ay-maral-can.yetkin-forum.com
     
    Azerbaycan Önemli günler
    Sayfa başına dön 
    1 sayfadaki 1 sayfası
     Similar topics
    -

    Bu forumun müsaadesi var:Bu forumdaki mesajlara cevap veremezsiniz
     :: Azerbaycan Özel-
    Buraya geçin: