Hosgeldiniz.... AyMaRaLCaN Bilgi Paylasim Platformuna..... Cay Isterseniz ( Hayali Büfe ) Smile Sagda Büfemiz Var Buyurun Bir Bardak Alin Afiyetle Icin Seker Bitmis ise Lütfen Zile Tiklayin Servisimiz Yardimci Olacaktir..... ..Keyifli Seyirler Dilerim Smile Bye ...
Yazar ---- > Wink AyMaRaLCaN
Hosgeldiniz.... AyMaRaLCaN Bilgi Paylasim Platformuna..... Cay Isterseniz ( Hayali Büfe ) Smile Sagda Büfemiz Var Buyurun Bir Bardak Alin Afiyetle Icin Seker Bitmis ise Lütfen Zile Tiklayin Servisimiz Yardimci Olacaktir..... ..Keyifli Seyirler Dilerim Smile Bye ...
Yazar ---- > Wink AyMaRaLCaN
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.



 
AnasayfaGüncel KonularGaleriAramaLatest imagesKayıt OlGiriş yap
En son konular
»  Acilinden Kaciyorum ...Görüsmek Umudu Ile <---- Bye
Azəri türkcəsində yazılmış ilk əsərlər (Vaqif Yusifli) Icon_minitimeCuma Ara. 14, 2012 7:05 am tarafından AyMaRaLCaN

» Bir Sarkisin Sen
Azəri türkcəsində yazılmış ilk əsərlər (Vaqif Yusifli) Icon_minitimeCuma Ara. 14, 2012 7:03 am tarafından AyMaRaLCaN

» MerHaba MerHaba :)
Azəri türkcəsində yazılmış ilk əsərlər (Vaqif Yusifli) Icon_minitimeCuma Ara. 14, 2012 6:58 am tarafından AyMaRaLCaN

» Azerbaycan Yemekleri,Azerbaycan Yemek Kültürü,Azerbaycan Mutfağı
Azəri türkcəsində yazılmış ilk əsərlər (Vaqif Yusifli) Icon_minitimeCuma Ara. 14, 2012 6:49 am tarafından AyMaRaLCaN

» ORHAN AFACAN SIIRLERI Tas Atan Cocuklar
Azəri türkcəsində yazılmış ilk əsərlər (Vaqif Yusifli) Icon_minitimeCuma Kas. 30, 2012 7:48 am tarafından AyMaRaLCaN

» Aşık Mahzuni Şerif - Bu Mezarda Bir Garip Var
Azəri türkcəsində yazılmış ilk əsərlər (Vaqif Yusifli) Icon_minitimeCuma Kas. 30, 2012 3:51 am tarafından AyMaRaLCaN

» Aşık Mahzuni Şerif - Bizden Geriler (Gam Kasavet)
Azəri türkcəsində yazılmış ilk əsərlər (Vaqif Yusifli) Icon_minitimeCuma Kas. 30, 2012 3:49 am tarafından AyMaRaLCaN

» Aşık Mahzuni Şerif - Benim Hayatım
Azəri türkcəsində yazılmış ilk əsərlər (Vaqif Yusifli) Icon_minitimeCuma Kas. 30, 2012 3:48 am tarafından AyMaRaLCaN

» Aşık Mahzuni Şerif - Babasını (Bir Fakirin Hatırını)
Azəri türkcəsində yazılmış ilk əsərlər (Vaqif Yusifli) Icon_minitimeCuma Kas. 30, 2012 3:46 am tarafından AyMaRaLCaN

Tarıyıcı
 Kapı
 Indeks
 Üye Listesi
 Profil
 SSS
 Arama
Istatistikler
Toplam 7 kayıtlı kullanıcımız var
Son kaydolan kullanıcımız: AyBüke

Kullanıcılarımız toplam 28063 mesaj attılar bunda 19753 konu
Arama
 
 

Sonuç :
 
Rechercher çıkıntı araştırma
Similar topics
Sosyal yer imi
Sosyal yer imi reddit      

www.ay-maral-can.yetkin-forum.com

Sosyal bookmarking sitesinde adresi saklayın ve paylaşın
En bakılan konular
Acilinden Kaciyorum ...Görüsmek Umudu Ile <---- Bye
Türkmenistan (3) - Türkmen İsimleri
Sinezenler..Sözleri
Bir Sarkisin Sen
Azərbaycan dili → Bəzi sait səslərin tələffüzü
Radyo icin Tema Resimleri Resimler Resim
MerHaba MerHaba :)
ŞİİR DİNLETİSİ SUNU METNİ
Çok Güzel Kalp Resimler,i Güller ve Kalpler,
Azerbaycan Bayragi

 

 Azəri türkcəsində yazılmış ilk əsərlər (Vaqif Yusifli)

Aşağa gitmek 
YazarMesaj
AyMaRaLCaN
Admin
AyMaRaLCaN


Üyelik tarihi : 11/06/08

Mesaj Sayısı : 12267

Rep Gücü : 29249

Rep Puani : 235


Azəri türkcəsində yazılmış ilk əsərlər (Vaqif Yusifli) Empty
MesajKonu: Azəri türkcəsində yazılmış ilk əsərlər (Vaqif Yusifli)   Azəri türkcəsində yazılmış ilk əsərlər (Vaqif Yusifli) Icon_minitimePtsi Ara. 26, 2011 2:36 am

Azəri türkcəsində yazılmış ilk əsərlər (Vaqif Yusifli)





Azərbaycan dilində, indi bizim danışdığımız ana dilimizdə ilk ədəbi abidəni kim yaratmışdır? Söhbət, əlbəttə, yazılı ədəbiyyatdan gedir.
Azərbaycan ədəbiyyatşünaslığında uzun müddət bu məsələ ətrafında sükut dövrü yaranmış, bu dövr başa çatdıqdan sonra isə yekdil bir qənaət hasil olmuşdur.
O da bundan ibarətdir ki, Azərbaycan dilində ilk bədii nümunənin müəllifi XIV əsrdə yaşamış İzzəddin Pur Həsən Əfsəranidir. Belə bir ehtimal irəli sürülmüşdü ki, İzzəddin Pur Həsən (Həsənoğlu) azəri türkcəsində hətta ilk divanın müəllifidir və onun “Apardı könlümü bir xoş qəmərüz canfəza dilbər” mətləli qəzəli də həmin divandan bizə gəlib çatan tək nümunədir. Lakin sonralar daha bir qəzəli aşkar edildi və beləliklə, elm aləmində – filologiyada Həsənoğlunun doğma ana dilimizdə ilk şeirlər yazan bir müəllif olduğu fikri sözsüz qəbul olunmağa başladı.
Lakin əlyazmalar yanmır, it-bat olmur və orta əsrlərin qaranlıq künc-bucaqlarından elə əsərlər bu günə gəlib çatır ki, bir anda artıq ehkama çevrilən həqiqətlər alt-üst olur. İndi ədəbiyyat tarixçiləri Azərbaycan dilində yazılan ilk bədii əsəri Həsənoğlunun qəzəlindən yox, ondan bir əsr əvvəl yazılmış “Dastani-Əhməd Hərami” poemasından başlayırlar.
Əvvəlcə, bu əsərlərin elm aləminə tanıdılması barədə… Bizim müraciət edəcəyimiz başlıca mənbə ədəbiyyatşünas Əlyar Səfərlinin “Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı” (Bakı, 1982) dərsliyidir.
Həsənoğludan ilk dəfə XV əsr təzkirəçisi Dövlətşah Səmərqəndi söz açmış, onun kifayət qədər məşhur bir şair olduğunu, farsca və türkcə (Azərbaycanca) şerlər yazdığını qeyd etmişdir. Dövlətşah onun Əfsəraində doğulduğunu da yazır ki, bu da Xorasandadır. Elmi ədəbiyyatda isə Həsənoğludan bir şair kimi ilk dəfə M.F.Köprülü söz açmışdır. Bütün tədqiqatlarda şairin ədəbi irsindən cəmi iki qəzəli haqqında danışılırdı. Biri Azərbaycanca, digəri farsca. Azərbaycanca həmin qəzəli barədə aşağıda söz açacağıq. Fars dilində yazılmış qəzəli isə Azərbaycan dilinə klassik poeziyadan bir çox əsərləri uğurla dilimizə tərcümə etmiş Böyükağa Qasımzadə (1916-1957) çevirmişdir. Həmin qəzəl budur:

Rəhmsiz xəlq olunubdur o nigarım, nə edim?
Aparıb fikri bütün səbrü qərarım, nə edim?
El mənə tənə vurur – söylə, tükənməzmi yasın?
Axı mən bağrıyanıq aşiqi-zarəm, nə edim?
Ayqabaqlım görüşə gəlmədi, tənha gəzərək,
Saymayım nəcmi-münəvvər, şəbi-tarəm, nə edim?
Yar apardı canımı, olmadı dildar mənə,
Özü asudə gəzir, mən güli-xarəm, nə edim?
Saldı əldən qəmi-məşuqə məni, yoxmu dəva,
Eşqdən oldu pərişan səri-karım, nə edim?
Hər iki dünyada Allah gözəli dust tutar,
Mən ki, puri Həsənəm, yoxdu nigarım, nə edim?

Həsənoğlunun ikinci qəzəlini (azəricə isə çox-çox sonralar alman şərqşünası B.Fleminq elm aləminə tanıtmışdır.
Biz hər iki qəzəl haqqında, qısaca da olsa, söz açaq.
Birincisi, professor Nizami Cəfərovun qeyd etdiyi kimi, “Azərbaycan təfəkkürü XIII-XVI əsrlərdə özünün türk (oğuz-Səlcuq) dili mədəniyyətini yaradıb formalaşdırır. Həsənoğludan Füzuliyə qədərki dövrdə klassik poetik təfəkkür inkişaf edir”… Bu mənada Həsənoğlu Azərbaycan poetik təfəkkürünün sübh şəfəqi kimi işıq saçır. Onun dilində elm aləminə məlum iki qəzəli çox maraqlı bir mənzərəni əks etdirir.
Birinci qəzəldə Azərbaycan, fars və ərəb sözləri çox qəribə bir tərzdə birləşib “qohum” olmuşlar. Bu, onu göstərir ki, ədəbi təfəkkür öz milli stixiyasını göstərməyə başlayır. Lakin bu milli stixiya hələ aparıcı mövqedə duran ərəb-fars poetikasının güclü təsiri altındadır.

Apardı könlümü bir xoş qəmərüz canfəza dilbər,
Nə dilbər? Dilbəri-şahid. Nə şahid? Şahidi-sərvər.
Mən ölsəm, sən büti-şəngül, sürahi eyləmə, qül-qül,
Nə qülqül? Qülqüli-badə. Nə badə? Badeyi-əhmər…
Başımdan getmədi hərgiz səninlə içdigim badə,
Nə badə? Badeyi-məsti. Nə məsti? Məstiyi-sağər.
Əzəldə canım içində yazıldı surəti-məni,
Nə məni? Məniyi-surət. Nə surət? Surəti-dəftər.

Əgər hesablasaq, buracan qəzəldə leksik ərazi fars və ərəb sözlərinin ixtiyarındadır.
Poetik dildə Azərbaycanlaşma prosesi sonralar Nəsiminin, Xətainin, Həbibinin, Füzulinin şer dilində başlanacaq. Lakin ərəb və fars dilindən gələn ifadələr, tərkiblər hələ uzun müddət öz statusunu saxlayacaq. Özü də təkcə Azərbaycan poetik təfəkküründə yox, həm də digər türk xalqlarının poetik düşüncəsində də…
İkincisi, Həsənoğludan başlanan yol “türk-islam intibahının zirvəsi” (Q.Yaşar) sayılan Füzuli üçün poeziyada və nəsrdə türkcəni Şərqdə hakim elitar-genel dil səviyyəsinə qaldırmaq işini asanlaşdırırdı. Heç şübhəsiz ki, XX əsrdə Azərbaycan oxucusuna məlum olan iki Həsənoğlu qəzəlini (türkcədə Füzuli elə öz dövründə oxumuşdu və bu qəzəllər onun üçün nümunə idi.

Necəsən gəl, ey yüzü ağım bənim?
Sən əritdin odlara yağım bənim,
And içərəm səndən artıq sevməyim,
Sənin ilə xoş keçir canım bənim.
Hüsn içində sana manənd olmaya,
Əsli yuca, könlü alçağım bənim!
Al əlimi irəyim məqsudimə,
Qoyma yürəkdə yana dağım bənim.
Sən rəqibə sirrini faş eylədin,
Anun ilə oldu şımtağım bənim.
Bən ölücək yoluna gömün bənü,
Baqa dursun yarə toprağım bənim.
Toprağımda bitə həsrətlə ağac,
Qıla zari cümlə yaprağım bənim.
Bu Həsənoğlu sənin bəndəndürür,
Anı rədd etmə, yüzü ağım bənim.

Diqqət edirsinizmi, Həsənoğlunun bu ikinci qəzəlində, birinci qəzəlindən fərqli olaraq, Azəri türkcəsinin meydanı daha genişdir. Bu qəzəldə elə tərkiblər və ifadələr var ki, sonralar Nəsimi, Həbibi və Xətaidə daha büllur və şəffaflıqla poetik dil ərazisinə daxil olur. Nədənsə, dilçilərimiz (dil tarixi mütəxəssisləri) məsələnin bu aspektinə diqqət yetirməmişlər.
… “Dastani – Əhməd Hərami” poeması isə XIII əsr Azərbaycan ədəbiyyatı nümunəsi kimi təqdim olunur (Bu haqda Əlyar Səfərlinin adını çəkdiyimiz kitabında müfəssəl söz açılır). Əsər haqqında ilk dəfə türk alimi Tələt Onay məlumat vermiş (192, sonralar onu (1946) kitab halında nəşr etdirmişdir. Ə.Səfərli isə həmin kitabı 1978-ci ildə Azərbaycan oxucularına çatdırmışdır. Əsər məsnəvi formasındadır, 1632 misradan ibarətdir, əruzun həcəz bəhrində yazılmışdır, qısaca desək, Xeyir və Şərin (Xeyir – Güləndam, Şər – Əhməd Hərami) mübarizəsindən bəhs edir. XIII əsrdə qələmə alınan bu əsər (çox təəssüf ki, tədqiqatçılar onun müəllifinin kim olduğunu müəyyənləşdirə bilməyiblər) bir daha sübut edir ki, Azərbaycan ədəbi dilinin tarixi məsələsində son nöqtəni qoymaq hələ tezdir. Bəlkə də orta əsrlərin qaranlıq bucaqlarından elə bir əsər üzə çıxacaq ki, biz bu tarixi bir az da qədimə aparıb çıxaraca-ğıq. Lakin hələlik “Dastani-Əhməd Hərami” Azərbaycan dilində yazılan ilk bədii əsər kimi qəbul olunur. Bu poemadan bir neçə beyti misal gətirməklə sözümüzə xitam verək:

Məsəldir sevəni sevmək gərəkdir,
Eyi niyyətlərə irmək gərəkdir…
Güləndam dəxi söyləmədi təkrar,
Həqiqət dinməməklik olur iqrar…
Məsəldir kəndi düşən ağlamaz der,
Axan dəryayı kimsə bağlamaz der…



alinti
Sayfa başına dön Aşağa gitmek
https://ay-maral-can.yetkin-forum.com
 
Azəri türkcəsində yazılmış ilk əsərlər (Vaqif Yusifli)
Sayfa başına dön 
1 sayfadaki 1 sayfası
 Similar topics
-

Bu forumun müsaadesi var:Bu forumdaki mesajlara cevap veremezsiniz
 :: Azerbaycan Ədəbiyyati-
Buraya geçin: