AyMa®aLCaN Admin
Üyelik tarihi : 11/03/11
Mesaj Sayısı : 1651
Rep Gücü : 3498
Rep Puani : 51
| Konu: Ala gözlərin Çarş. Ocak 11, 2012 4:06 am | |
| Ala gözlərin
Yenə qılıncını çıxarıb qından, Durubdur qəsdimə ala gözlərin, Rast ki, əsirinə vermirsən aman, İstərəm canımı ala gözlərin.
Məhəbbət istədim cananım dedim, Mərhəmət dilədim sultanım dedim, Mən sənə məsləyim, imanım dedim, Rəhm edib həmdəmim ola gözlərin.
Sehrindən qaçmağa yerim də yoxdur, Qapanıb dodağım, dilim də yoxdur, Titrəyir vücudum, əlim də yoxdur, Mənim əhvalıma dola gözlərin.
Hicrindən səmaya ucalsa naləm, Qopsa da qiyamət, dağılsa aləm, Tanrıdan diləyim budur ki, ey şəm, Bircə sən qalasan, qala gözlərin.
Müəllif: ELDAR
alinti | |
|