Azərbaycanda 30 minə yaxın etnik erməni yaşayır
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov Gürcüstanın Azərbaycandakı səfiri təyin edilən İrakli Kavtaradzenin təyinatına rəsmi Bakının razılıq vermədiyi və bunun səbəbinin guya onun erməni əsilli olduğu barədə Ermənistan mətbuatının iddialarını təkzib edib. Diplomat deyib: “Təyinatla bağlı müvafiq prosedurlar həyata keçirilir. Lakin təəssüf ki, Ermənistan mətbuatında məsələyə başqa rəng verməyə və bunu etnik dözümsüzlüklə əlaqələndirməyə çalışıblar. Hər kəs bilməlidir ki, Azərbaycan çoxmillətli dövlətdir. Azərbaycanda yaşayan bütün milli azlıqlar digər Azərbaycan vətəndaşları kimi öz hüquqlarından istifadə edə bilər. Ermənistan tərəfi nəzərə alsın ki, Azərbaycanda bu gün də ölkə vətəndaşı olan 30 minə yaxın etnik erməni yaşayır”.
Zaman