Hosgeldiniz.... AyMaRaLCaN Bilgi Paylasim Platformuna..... Cay Isterseniz ( Hayali Büfe ) Smile Sagda Büfemiz Var Buyurun Bir Bardak Alin Afiyetle Icin Seker Bitmis ise Lütfen Zile Tiklayin Servisimiz Yardimci Olacaktir..... ..Keyifli Seyirler Dilerim Smile Bye ...
Yazar ---- > Wink AyMaRaLCaN



 
AnasayfaGüncel KonularGaleriSSSAramaKayıt OlGiriş yap
En son konular
»  Acilinden Kaciyorum ...Görüsmek Umudu Ile <---- Bye
Cuma Ara. 14, 2012 7:05 am tarafından AyMaRaLCaN

» Bir Sarkisin Sen
Cuma Ara. 14, 2012 7:03 am tarafından AyMaRaLCaN

» MerHaba MerHaba :)
Cuma Ara. 14, 2012 6:58 am tarafından AyMaRaLCaN

» Azerbaycan Yemekleri,Azerbaycan Yemek Kültürü,Azerbaycan Mutfağı
Cuma Ara. 14, 2012 6:49 am tarafından AyMaRaLCaN

» ORHAN AFACAN SIIRLERI Tas Atan Cocuklar
Cuma Kas. 30, 2012 7:48 am tarafından AyMaRaLCaN

» Aşık Mahzuni Şerif - Bu Mezarda Bir Garip Var
Cuma Kas. 30, 2012 3:51 am tarafından AyMaRaLCaN

» Aşık Mahzuni Şerif - Bizden Geriler (Gam Kasavet)
Cuma Kas. 30, 2012 3:49 am tarafından AyMaRaLCaN

» Aşık Mahzuni Şerif - Benim Hayatım
Cuma Kas. 30, 2012 3:48 am tarafından AyMaRaLCaN

» Aşık Mahzuni Şerif - Babasını (Bir Fakirin Hatırını)
Cuma Kas. 30, 2012 3:46 am tarafından AyMaRaLCaN

Tarıyıcı
 Kapı
 Indeks
 Üye Listesi
 Profil
 SSS
 Arama
Istatistikler
Toplam 7 kayıtlı kullanıcımız var
Son kaydolan kullanıcımız: AyBüke

Kullanıcılarımız toplam 28063 mesaj attılar bunda 19753 konu
Arama
 
 

Sonuç :
 
Rechercher çıkıntı araştırma
Sosyal yer imi
Sosyal yer imi digg  Sosyal yer imi delicious  Sosyal yer imi reddit  Sosyal yer imi stumbleupon  Sosyal yer imi slashdot  Sosyal yer imi yahoo  Sosyal yer imi google  Sosyal yer imi blogmarks  Sosyal yer imi live      

www.ay-maral-can.yetkin-forum.com

Sosyal bookmarking sitesinde adresi saklayın ve paylaşın
En bakılan konular
Çok Güzel Kalp Resimler,i Güller ve Kalpler,
Azerbaycan Bayragi
Xürremiler Herekatı ve Babek
Bir Sarkisin Sen
Acilinden Kaciyorum ...Görüsmek Umudu Ile <---- Bye
Türkmenistan (3) - Türkmen İsimleri
MEN TELESMİREM Semed Vurgun ..1954
Radyo icin Tema Resimleri Resimler Resim
MerHaba MerHaba :)
ŞİİR DİNLETİSİ SUNU METNİ

Paylaş | 
 

 O dünyaya tələsən adam

Aşağa gitmek 
YazarMesaj
AyMa®aLCaN
Admin
avatar

Üyelik tarihi : 11/03/11

Mesaj Sayısı : 1651

Rep Gücü : 3498

Rep Puani : 51


MesajKonu: O dünyaya tələsən adam   Çarş. Şub. 01, 2012 8:11 pm

“Oğlum məni çiynində məzara aparmalıydı, mən onu apardım...”

Onunla hər dəfə orada rastlaşıram. Yasamal rayonu Şərifzadə küçəsindəki avtobus dayanacaqlarından biri onun daimi “iş yeri”dir. Dayanacağın bir kənarını əhatə edən ağacların kölgəsində fəaliyyət göstərən “ticarət obyekt”i cəmi iki stuldan ibarətdir. Birində özü əyləşir, o birində isə satdığı mallar; günəbaxan tumu, dənə ilə siqaret və bir də stəkanla satmaq üçün bir termos hazır çay. Müştərilərdən başqa heç kimin onunla maraqlanmadığı kimi, bu qoca da heç kimə məhəl qoymur. Heç soruşmadan da qarşısındakı biznesinin səviyyəsini geyimində hiss etmək olardı. Əynində günlərlə su üzü görməyən nimdaş şalvar və köynək, az qala onun həyatından da çox şey deyirdi. Ətrafdakıların heç bir diqqət vermədiyi bu adam mənim üçün həm maraqlı, həm də lazım idi. Neçə dəfə cəhd etməyimə baxmayaraq, məndən çəkinirdi. Deyirdi “bu qabağımdakı stula dəyməsinlər heç kimin heç bir diqqətini istəmirəm”. Nəhayət, bir gün alındı...

Xosrov Əzizov 1937-ci ildə Biləsuvar (o vaxt Puşkin idi) rayonunda anadan olub. İkinci dünya müharibəsində atasını, müharibədən sonra isə anasını itirib. On yaşından valideynsiz qalan balaca Xosrov kolxoz işlərində araba sürməklə həm bir bacı və bir qardaşını böyüdüb, həm də təhsilini davam etdirib: “O vaxt belə deyildi. Camaatın demək olar ki, var-dövlətinin çoxu müharibə dövrü olduğu üçün cəbhəyə göndərilirdi. Bacım ərə gedəndə onun kiçik bir cehiz dəstinin pulunu qazanmaq üçün iki günə 10 kilometr məsafəyə sovxozun qarğıdalısını daşımışam - 110 dəfədən çox gedib-gəlmişdim. Bunun əvəzinə mənə təxminən iki aylıq əmək haqqı həcmində 46 manat verdilər”.

O, yetimliyinə baxmayaraq, ömrünü heç də araba sürməklə başa vurmur. Bacı- qardaşını, özü demişkən, “birtəhər” evləndirdikdən sonra yollanır Bakıya. Əvvəlcə texniki peşə məktəbinə, sonra isə indiki Memarlıq və İnşaat Universitetinə (keçmiş İnşaat İnstitutu) daxil olur: “Tələbə vaxtı aldığım təqaüddən “qara gün” üçün də saxlayırdım. Ona görə də həmişə əla qiymətlər almağa çalışırdım ki, təqaüdüm yüksək olsun. İnstitutu bitirdikdən sonra özümə toy elədim, o toyun xərcinin yarısını təqaüdümlə yığmışdım. İndiki dövr olsaydı, mənim kimi uşaqlar ya küçədə maşın təmizləyən olardı, ya da alver edən. O vaxt sovet hökuməti məni oxutdu. İndi məni lap ayağımdan da assalar, heç vaxt o hökumətə pis demərəm. O hökuməti yıxmaq lazım deyildi, onun başında duran bəzi millətlər arası nifaq salan adamları yıxmaq lazım idi”.

Ali təhsilini başa vuran kimi gənc Xosrov Puşkin (Biləsuvar) rayonu Mərkəzi Komitəsində Kolxoz Tikintilərinə Nəzarət şöbəsinə inspektor göndərilir. Bir müddət sonra həmin şöbəyə rəis təyin olunur. Beləcə yavaş-yavaş, özü demişkən, yetim Xosrovun üzünə bəxti gülməyə başlayır. Dediyinə görə, hətta o vaxt Mərkəzi Komitənin katibi işləyən Heydər Əliyev rayona səfəri zamanı işində göstərdiyi peşəkarlığa görə ona təşəkkür də elan edib. Bir müddət bu vəzifədə işlədikdən sonra vəzifəsini yüksəldirlər. Bu dəfə o, rayon Təmir Tikinti İdarəsinə rəis təyin olunur. Beş ilə yaxın bu idarədə rəis işlədikdən sonra rayon Meliorasiya İdarəsinə rəis təyin olunur.

Xosrov dayı deyir, nə qədər ki, Heydər Əliyev hakimiyyətdə idi, onu kimilərin vəzifədə irəliləməsi çox asan idi: “O insan Moskvaya gedəndən sonra ölkədə elə bil hərc-mərclik yarandı. Vəzifə də bazar meyvəsi kimi alverlə alınıb-verilirdi. Bu şəraitdə mən də çox işləyə bilmədim”.

1988-ci ildə naməlum səbəblər üzündən onu da işindən kənarlaşdırırlar: “Dedim, ay vəzifə, səni ki bir anın içində heç nədən məndən aldılar, demək sənin heç etibarın yox imiş. Həmin dövrdə övladlarım da artıq böyümüşdü, ali təhsil alırdılar. Həyat yoldaşım tez-tez xəstələnirdi. Ona görə, də yenidən vəzifə iddiasında olmadım, əlimə bel alıb əkin-biçinlə məşğul olaraq onların qeydinə qalmağa başladım. Azərbaycan müstəqil olanda mən artıq Bakıda zavodların birində fəhlə işləyirdim. Bu axarla bir müddət yaşadıq. Hətta Bakıda o vaxt evlərini atıb gedən ermənilərdən ev də aldım. Yüksək vəzifədən atılıb fəhləlik etsəm də güzəran pis deyildi. Oğlum da ali təhsilini başa vurub, işləyirdi. Hətta yavaş-yavaş məni də işləməyə qoymurdu, deyirdi ki, oturub evdə özümə baxım. Mənə deyirdi ki, ata, ömrünün əvvəlində bir gün görməmisən, heç olmasa, rahat yaşa. Mən ona təkid edirdim ki, sən burda qal, mən rayona köçüm, öləndə buralarda ilişib qalmaq istəmirəm. Ata-anamın yanında dəfn olunmaq istəyirəm. O isə məni sakitləşdirirdi ki, əgər elə bir şey olsa, arzumu ürəyimdə qoymayacaq. Öz çiyinlərində məni rayona aparacaq. Beləcə, Bakıda oğlumla qaldım. Amma təəssüf, həyat bunu da mənə çox gördü. 2006-cı ildə oğlum qəfil ürək dayanması ilə dünyasını dəyişdi, bir il sonra da həyat yoldaşım. Qaldım tək. İş elə gətirdi ki, mən oğlumu çiyinlərimdə rayonumuza dədə-baba torpağımda dəfn etməyə apardım...” (kövrəlir)

Qızının ərə gedib ayrı yaşadığını deyən Xosrov dayı, vaxtı ilə oğlu və ailəsi ilə yaşadığı evdə indi tək yaşayır. “Gəlinim oğlumun vəfatının ildönümündən sonra uşaqlarını da götürüb atası evinə getdi. İndi mən bu dayanacağa tək pul qazanmağa gəlmirəm, ay oğul, məni bura təklik qovub gətirir. Mən təklikdən qaçıram”.

Hər gün səhər gün çıxandan gün batanadək bura gəldiyini deyir. Gündəlik qazancı ən yaxşı halda 3 manat olur. Qış aylarında 4-5 manata da çatır. Havanın soyuqluğu dayanacaqda vaxt gözləyən avtobus sürücülərini Xosrov dayının isti çayını içməyə məcbur edir. Amma özünün dediyinə görə, qazancın az, ya çox olmasının onun üçün fərqi yoxdur. Nə xəstələnməyindən, nə də geyimindən narahatdır. Axırıncı dəfə təzə geyimi nə vaxt aldığı yadına gəlmir. Belə şeylərin daha ona yad olduğunu deyir: “Günümü sayıram ki, bu üzüqara dünyadan tez köçüm, oğluma tez çatım”.

Xosrov kişi təkcə öz qayğıları ilə yaşamır. Düşüncələrinin içərisində, ictimai, siyasi, milli məsələlər də var. Belə şeylərdən danışanda lap politoloqa bənzəyir: “Bu gün bu camaatın bütün problemlərinin səbəbi itirilmiş torpaqlarıdır. Təkcə Bakıya nə qədər qaçqın gəlib. İyirmi il əvvəl beş nəfər tərkiblə qaçqın düşüb gələn ailə, indi artıb, özü kimi neçə ailənin əsasını qoyub. Axı Bakı kiçik bir şəhərdir. Belə gözlənilməz sıxlığa hazır deyildi. Eləcə də başqa rayonlar olsun. Adicə bir-iki gün gedib yaxın qohumunun evində qalanda hiss edirsən ki, ev sahibləri nə qədər narahat olurlar. Bu da onun kimi bir şeydir. Axı neçə il bir adamın yerində iki və daha artıq adam yatar? Bunu mən oturduğum yerdə aydın hiss edirəm. (Xosrov dayının oturduğu dayanacaq Texniki Universitetin yataqxanalarında məskunlaşmış qaçqın şəhərciyinin yanındadır). Qalan məsələlər boş şeydir. Əgər bu gün Qarabağ azad olsa, hər kəs öz evinə qayıtsa, Azərbaycanda nə imkansız adam qalar, nə də cinayətlərin sayı bu qədər çox olar”.

Xosrov dayı, söz arası Dağlıq Qarabağ münaqişəsinin həllindən də danışdı. O, deyir ki, Qarabağa sahib olmaq üçün nə ingilisdən, nə də fransızdan ümid gözləmək lazımdır. “Bizə indi Rusiya ilə kəllə-kəlləyə gəlmək yaraşmır. Bu elə bir ölkədir ki, onun qonşuluğunda firavan yaşamaq istəyirsənsə, onunla dil tapmalısan. Yoxsa, sənə dinc həyat verməyəcək. Mən şəxsən onların hakimiyyəti dövründə yaşamış və rəhbər vəzifədə işləmiş adam kimi buna əminəm. Həqiqətən onların ayağını tapdaladıqca hər gün bizi dişləyəcəklər. Rusiya elə balaca ölkə deyil ona birdən qalib gələsən. Sovet dövründə yaxşı dil tapmışdıq, gərək sonrası da pişiyim-pişiyimlə olaydı. Tapdaladıq rusun ayağını, neçə-neçə övladlarımız qurban getdi. Hələ Qarabağ kimi cənnəti demirəm”.

Xosrov dayı deyir ki, nə qədər Qarabağın qayıtması gecikir, o qədər də insanlarımız arasında oranı görmək həvəsi azalacaq. O, təəssüf edir ki, az-çox o, ya da ondan azca gənc olan nəsil aradan çıxacaq, yeni nəsilə Qarabağı görmək Londonu görmək kimi yad olacaq: “Biz elə millətik ki, daha çox gözümüzlə gördüyümüzü sevirik”.

Müsahibim Azərbaycanın müstəqil olmasını göydəndüşmə bir şans sayır. Heç əlli il qabaq desələr ki, nə vaxtsa Azərbaycan suveren olacaq, adama gülərdilər. “Müstəqillik gözəl şeydi, amma gərək belə gözəli əlində bərk saxlayasan. Mən rus boyunduruğunda işləmişəm, müstəqilliyin nə demək olduğunu yaxşı bilirəm...”

P.S. Onunla söhbət etdiyim təxminən iki saat ərzində bir nəfər də olsun müştərisi olmadı. Baxmayaraq ki, insanların ətrafda sıx olduğu vaxt idi. Amma Xosrov dayı evə xoş əhval-ruhiyyə ilə hazırlaşırdı. Kim bilir, bəlkə də bu sevinc, özü demişkən, bu dünyadan ayrılmaq üçün saydığı günlərdən daha birini yola verdiyi üçün idi...

Mübariz Aslanov
Alıntı ile Cevapla
Sayfa başına dön Aşağa gitmek
Kullanıcı profilini gör
 
O dünyaya tələsən adam
Sayfa başına dön 
1 sayfadaki 1 sayfası

Bu forumun müsaadesi var:Bu forumdaki mesajlara cevap veremezsiniz
 :: Azerbaycan Ədəbiyyati-
Buraya geçin: