AyBüke Admin
Üyelik tarihi : 27/08/11
Mesaj Sayısı : 344
Rep Gücü : 744
Rep Puani : 10
| Konu: YOL BİTƏNDƏ Çarş. Şub. 01, 2012 9:57 pm | |
| Tanrı bizi yollar üçün yaradıb,
Yol bitəndə – köy çəkəcək özünə.
Sevincimiz meyxanada paylanır,
Qəmimizi ney çəkəcək özünə.
Məlik olsun, kral olsun, şah olsun
Könlümüzü bəy çəkəcək özünə.
Elçiləri Tanrısını unuduan
Bir toplumu mey çəkəcək özünə.
Korumuzdu uçuruma can atan
Karımızı küy çəkəcək özünə!
Allah susur, ancaq Şeytan işində
Min hiyləylə hey çəkəcək özünə!
Nə yaxşı ki, torpaq bizi udanda
Ruhumuzu göy çəkəcək özünə!
| |
|