Ma®aLCaN Admin
Üyelik tarihi : 26/08/11
Mesaj Sayısı : 88
Rep Gücü : 193
Rep Puani : 3
| Konu: Nigar Rəfibəyli - Neyləyim C.tesi Şub. 04, 2012 12:02 am | |
| Ala gözlüm, səndən ayrı gecələr Bir il kimi uzun olur neyləyim? Bağçamızda qızılgüllər hər səhər Tezdən açır vaxtsız solur neyləyim?
Nərgizlərin gözü yaşla dolanda Bənövşələr baxıb qəmgin olanda Qərənfilin gözü yolda qalanda Yasəmənlər saçın yolur neyləyim?
Çiçəklərin çəkir gözü intizar Ayrılıqdan betər dünyada nə var? Yaz axşamı səni bil ki, bu Nigar Həzin-həzin yada salır neyləyim?
Tez gələsən, bəlkə əlac verəsən Sünbüllərin saçın yığıb hörəsən Çiçəkləri gəlib özün dərəsən Yolda qalib baxışları neyləyim?
Çiçəklərin çəkir gözü intizar Ayrılıqdan betər dünyada nə var? Yaz axşamı səni bil ki, bu Nigar Həzin-həzin yada salır neyləyim? __________________ | |
|