Hosgeldiniz.... AyMaRaLCaN Bilgi Paylasim Platformuna..... Cay Isterseniz ( Hayali Büfe ) Smile Sagda Büfemiz Var Buyurun Bir Bardak Alin Afiyetle Icin Seker Bitmis ise Lütfen Zile Tiklayin Servisimiz Yardimci Olacaktir..... ..Keyifli Seyirler Dilerim Smile Bye ...
Yazar ---- > Wink AyMaRaLCaN
Hosgeldiniz.... AyMaRaLCaN Bilgi Paylasim Platformuna..... Cay Isterseniz ( Hayali Büfe ) Smile Sagda Büfemiz Var Buyurun Bir Bardak Alin Afiyetle Icin Seker Bitmis ise Lütfen Zile Tiklayin Servisimiz Yardimci Olacaktir..... ..Keyifli Seyirler Dilerim Smile Bye ...
Yazar ---- > Wink AyMaRaLCaN
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.



 
AnasayfaGüncel KonularGaleriAramaLatest imagesKayıt OlGiriş yap
En son konular
»  Acilinden Kaciyorum ...Görüsmek Umudu Ile <---- Bye
AzerBaycan..HİKMƏTLİ SÖZLƏR Icon_minitimeCuma Ara. 14, 2012 7:05 am tarafından AyMaRaLCaN

» Bir Sarkisin Sen
AzerBaycan..HİKMƏTLİ SÖZLƏR Icon_minitimeCuma Ara. 14, 2012 7:03 am tarafından AyMaRaLCaN

» MerHaba MerHaba :)
AzerBaycan..HİKMƏTLİ SÖZLƏR Icon_minitimeCuma Ara. 14, 2012 6:58 am tarafından AyMaRaLCaN

» Azerbaycan Yemekleri,Azerbaycan Yemek Kültürü,Azerbaycan Mutfağı
AzerBaycan..HİKMƏTLİ SÖZLƏR Icon_minitimeCuma Ara. 14, 2012 6:49 am tarafından AyMaRaLCaN

» ORHAN AFACAN SIIRLERI Tas Atan Cocuklar
AzerBaycan..HİKMƏTLİ SÖZLƏR Icon_minitimeCuma Kas. 30, 2012 7:48 am tarafından AyMaRaLCaN

» Aşık Mahzuni Şerif - Bu Mezarda Bir Garip Var
AzerBaycan..HİKMƏTLİ SÖZLƏR Icon_minitimeCuma Kas. 30, 2012 3:51 am tarafından AyMaRaLCaN

» Aşık Mahzuni Şerif - Bizden Geriler (Gam Kasavet)
AzerBaycan..HİKMƏTLİ SÖZLƏR Icon_minitimeCuma Kas. 30, 2012 3:49 am tarafından AyMaRaLCaN

» Aşık Mahzuni Şerif - Benim Hayatım
AzerBaycan..HİKMƏTLİ SÖZLƏR Icon_minitimeCuma Kas. 30, 2012 3:48 am tarafından AyMaRaLCaN

» Aşık Mahzuni Şerif - Babasını (Bir Fakirin Hatırını)
AzerBaycan..HİKMƏTLİ SÖZLƏR Icon_minitimeCuma Kas. 30, 2012 3:46 am tarafından AyMaRaLCaN

Tarıyıcı
 Kapı
 Indeks
 Üye Listesi
 Profil
 SSS
 Arama
Istatistikler
Toplam 7 kayıtlı kullanıcımız var
Son kaydolan kullanıcımız: AyBüke

Kullanıcılarımız toplam 28063 mesaj attılar bunda 19753 konu
Arama
 
 

Sonuç :
 
Rechercher çıkıntı araştırma
Similar topics
    Sosyal yer imi
    Sosyal yer imi reddit      

    www.ay-maral-can.yetkin-forum.com

    Sosyal bookmarking sitesinde adresi saklayın ve paylaşın
    En bakılan konular
    Acilinden Kaciyorum ...Görüsmek Umudu Ile <---- Bye
    Türkmenistan (3) - Türkmen İsimleri
    Sinezenler..Sözleri
    Bir Sarkisin Sen
    Azərbaycan dili → Bəzi sait səslərin tələffüzü
    Radyo icin Tema Resimleri Resimler Resim
    MerHaba MerHaba :)
    ŞİİR DİNLETİSİ SUNU METNİ
    Çok Güzel Kalp Resimler,i Güller ve Kalpler,
    Azerbaycan Bayragi

     

     AzerBaycan..HİKMƏTLİ SÖZLƏR

    Aşağa gitmek 
    YazarMesaj
    AyMa®aLCaN
    Admin
    AyMa®aLCaN


    Üyelik tarihi : 11/03/11

    Mesaj Sayısı : 1651

    Rep Gücü : 3498

    Rep Puani : 51


    AzerBaycan..HİKMƏTLİ SÖZLƏR Empty
    MesajKonu: AzerBaycan..HİKMƏTLİ SÖZLƏR   AzerBaycan..HİKMƏTLİ SÖZLƏR Icon_minitimePerş. Mart 01, 2012 11:21 pm


    HİKMƏTLİ SÖZLƏR

    ***

    • Elə adamlar axtarın ki, onlarla söhbət yaxşı kitaba bərabər olsun. Elə kitablar da axtarın ki, mütaliəsi filosoflarla söhbətə dəysin.
    Ə. H. Bəhmənyar
    ***

    • Bədii əsərin ömrü onun xalq tərəfindən bəyənilməsindən asılıdır.
    S. Vurğun
    ***

    • Kişi bir sənəti bilər xalis
    • Çoxuna meyl edən qalar naqis
    Seyid Əzim
    ***

    • Yaxşı kitab çox qiymətli xəzinədir.
    H. Zərdabi
    ***

    • Axmaqlarla oturub-durmaqdansa, kitabla tənha oturmaq yaxşıdır.
    Q. Zakir
    ***

    • Bilik öyrənməyi ar bilən hər kəs
    • Dünyada mərifət qazana bilməz.
    Nizami
    ***

    • Bir elm öyrənmək istədikdə sən
    • Çalış ki, hər şeyi kamil biləsən
    • Kamil bir palançı olsa da insan
    • Yaxşıdır yarımçıq papaqçılıqdan.
    Nizami
    ***

    • Dünyada nə qədər kitab var belə
    • Çalışıb əlləşib gətirdim ələ
    • Oxudum, oxudum, sonra da vardım
    • Hər gizli xəznədən bir dürr çıxardım.
    Nizami
    ***

    • Elmi bələkdən qəbrədək öyrənmək lazımdır.
    Sədi
    ***

    • Oxuduğuna əməl etməyən alim məşəl gəzdirən kora bənzər.
    Sədi
    ***

    • Bu günü daha yaxşı görmək üçün keçmişi bilməliyik.
    Ömər Xəyyam
    ***

    • Yarat bir əsər ki, adın ucalsın
    • Sən ölüb gedərkən yerində qalsın
    Ə. Cami
    ***

    • Lazım olan bir sənəti axtar sən
    • Veyil-veyil dolanmaq çox yamandır.
    • Lazım olan bir sənəti tapdınmı
    • Möhkəm yapış, əldən vermə, amandır.
    Ə. Cami
    ***

    • Hər millətin tərəqqisi və fəaliyyətinin başlıca amili elm və əxlaqdır.
    A. Şaiq
    ***

    • Müdrik şəxs vəzifəli adamlara möhtac olmaya bilər. Amma vəzifəli şəxslər müdrik adama möhtacdırlar.
    M.Ş.Vazeh
    ***

    • İnsan qılıncının kəskinliyi ilə qəhrəman ola bilməz, ağlın kəskin olması lazımdır.
    M. S. Ordubadi
    ***

    • Sözün də su kimi lətafəti var
    • Hər sözü az desən daha xoş olar
    • Bir inci saflığı varsa da suda
    • Artıq içiləndə dərd verir su da.
    Nizami
    ***

    • Ədəb sayılsa da məclisdə susmaq
    • Məsləhət zamanı danışmaq gərək
    • İki şey ağıla nöqsan sayılır
    •Yersiz susmaq ilə yersiz söz demək
    Sədi
    Sayfa başına dön Aşağa gitmek
    AyMa®aLCaN
    Admin
    AyMa®aLCaN


    Üyelik tarihi : 11/03/11

    Mesaj Sayısı : 1651

    Rep Gücü : 3498

    Rep Puani : 51


    AzerBaycan..HİKMƏTLİ SÖZLƏR Empty
    MesajKonu: Geri: AzerBaycan..HİKMƏTLİ SÖZLƏR   AzerBaycan..HİKMƏTLİ SÖZLƏR Icon_minitimePerş. Mart 01, 2012 11:21 pm

    • Gil qabın möhkəmliyini səsi ilə yoxlayan kimi, insanı da ağzından çıxan söz ilə yoxlayırlar.
    Əbül Fərəc
    ***

    • Elə cinayət var ki, bağışlanmır, bu vətənə xəyanətdir.
    Ə. H. Bəhmənyar
    ***

    • Vətənin sevməyən insan olmaz
    • Olsa, o şəxsdə vicdan olmaz.
    A. Səhhət
    ***

    • Bir yoxsul qürbətdə şah olsa əgər
    • Hər axşam o vətən deyib ah çəkər.
    Əssar Təbrizi
    ***

    • Milli qüsurlara görə millətə nifrət edən alçaqdır.
    Y. V. Çəmənzəminli
    ***

    • Amal uğrunda ölmək-əbədi yaşamaqdır.
    Ş. M. Xiyabani
    ***

    • Bir mərd ilə ağı yesən şirindir
    • Yüz namərdlə şəkər yesən dad olmaz.
    Aşıq Ələsgər
    ***

    • Döyüş meydanında can versə insan
    • Xoşdur, namərdliklə qoyub qaçmaqdan.
    Sədi
    ***

    • Ölümdən qorxmayan millətə ölüm yoxdur.
    Ş.M.Xiyabani
    ***

    • Vəfasız dost kölgə kimidir. İşıqlı gündə səni izləyər, buludlu gündə gözdən itər.
    M. Beyləqani
    ***

    • Çox gözəl olsa da eybi gizlətmək
    • Dost dostun eybini örtməsin gərək.
    Nizami
    ***

    • Bacarsan hamının yükünü sən çək
    • İnsana ən böyük şərəfdir əmək.
    • Sən də əldən düşüb yorulsan əgər
    • Sənin də yükünü bütün el çəkər.
    Nizami
    ***

    • Kim ana qəlbinin telini qırar
    • Tanrının qəzəbi belini qırar.
    • Sənin arsızlığın-xəyanət ona Vüqarın, təmkinin dəyanət ona.
    M. Bahar
    ***

    • Adın şərəflidir sənin ey qadın
    • Dahilər anası çağrılır adın.
    S. Vurğun
    ***

    • Qadına əsas şey həya, ismətdir
    • Bunlar qadın üçün böyük sərvətdir.
    M. Əvhədi
    ***

    • Bir ürəkdə olmaz iki sevgili
    • İki ürəklinin düz olmaz dili.
    Nizami
    Sayfa başına dön Aşağa gitmek
    AyMa®aLCaN
    Admin
    AyMa®aLCaN


    Üyelik tarihi : 11/03/11

    Mesaj Sayısı : 1651

    Rep Gücü : 3498

    Rep Puani : 51


    AzerBaycan..HİKMƏTLİ SÖZLƏR Empty
    MesajKonu: Geri: AzerBaycan..HİKMƏTLİ SÖZLƏR   AzerBaycan..HİKMƏTLİ SÖZLƏR Icon_minitimePerş. Mart 01, 2012 11:22 pm

    Məhəbbət odur ki, odu sönməsin
    • İnsan yaşadıqca üzü dönməsin
    Nizami
    ***

    • Fərsiz övlad əldə altıncı barmaq kimidir. Kəsərsən ağrıyar, saxlarsan eybəcər göstərər.
    Növzər
    ***

    • Hər şeydə oğurluq haramdırsa, qızlar üçün oğlanın qəlbini oğurlamaq halaldır.
    M. S. Ordubadi
    ***

    • Həyat yoldaşı seçməkdə yanılmaq, bütün həyatı uduzmaq deməkdir.
    M. S. Ordubadi
    ***

    • Həqiqi ananın ən şərəfli bəzəyi ədəbli, tərbiyəli cocuqdur.
    M. Ə. Sabir
    ***

    • Xoşbəxt o adamdır ki, özgənin günahlarını saymağa vaxt itirməyib, öz şəxsi qüsurlarını düzəltməklə məşğuldur.
    Əbül Fərəc
    ***

    • Uşağı bütə döndərmək olmaz, böyüdükdən sonra o, qurbanlar tələb edər.
    Ü. Hacıbəyov
    ***

    • Eşq-elə bir sirdir ki, gətirmək olmur dilə,
    • Lakin örtmək də olmur onu min pərdə ilə.
    Ə. Cami
    ***

    • Kəmərə qızıl taxıb qul kimi durmaqdansa, yavan çörək yeyib öz evində ağa kimi oturmaq yaxşıdır.
    Sədi
    ***

    • İnsanların ən qüvvətlisi qeyzli vaxtında özünü saxlayandır.
    M. T. Sidqi
    ***

    • Ömür səhifəsinə gözəl əməllərdən başqa heç nə yazmayın.
    Ə. Cami
    ***

    • Yaxşılığa yaxşılıq hər kişinin işidir
    • Yamanlığa yaxşılıq nər kişinin işidir
    Azərbaycan atalar sözü
    ***

    • O qədər çox yemə ağırlıq etsin
    • O qədər ac qalma can əldən getsin.
    Sədi
    ***

    • Xəstəlik törədən amilləri sən
    • Çalış ki, özündən kənar edəsən
    • Uzaq ol dərmandan, acmamış yemə
    • Doymamış əlini götür süfrədən.
    Ə. Cami
    ***

    • İçkinin başlanğıcı günah, ortası sərxoşluq, sonu fəlakətdir.
    Ə. Xəqani
    ***

    • İki adam öldü və dünyadan həsrət getdi: biri yığdı yemədi, digəri bildi eləmədi.
    Sədi
    ***

    • Ya göründüyün kimi ol, ya da olduğun kimi görün.
    Cəlaləddin Rumi
    ***

    • Hər sözü bir ulduz, bir şəffaf almaz,
    • Mənalar dünyası qaranlıq deyil,
    • Bu böyük kitablar yaranır az-az,
    • Çünki ömürlükdür, bir anlıq deyil.
    S. Vurğun
    ***

    • Şairin sözü insan qüvvəsinin sərkərdəsidir.
    S. Vurğun
    ***

    • Sən ancaq öyrənməklə ucalarsan.
    M. Əvhədi
    ***

    • Nursuz göz kimidir elmsiz ürək,
    • Nadan insanlıqdan uzaqdır gerçək.
    M. Əvhədi
    ***

    • Elmin cövhəri qızıl kimidir, köhnəldikcə təzələnir.
    M. Əvhədi
    ***

    • Qüvvət elmdədir, başqa cür heç kəs,
    • Heç kəsə üstünlük eyləyə bilməz.
    • Hər uca rütbədən biliniz, fəqət,
    • Alimin rütbəsi ucadır əlbət.
    Nizami
    ***

    • Elmi olub, ağlı olmayan adama elm əziyyət verər.
    Nuşirəvan Adil
    ***

    • İnsanın bildiyi və öyrəndiyi şeylər bilmədiyinin müqabilində heç dərəcəsindədir.
    M. T. Sidqi
    ***

    • Daş-qaş əvəzinə özünə bilik yığsan daha çox tanınarsan: ən qiymətli daşı salıb itirə bilərsən, ən sadə biliyi isə səndən heç kəs ala bilməz.
    Əbül Fərəc
    ***

    • İstedadlı kor, istedadsız ağıllıdan daha yaxşı görür.
    R. Həmzətov
    ***

    • Əsl gözəllik surətdə deyil, ağıl və kamaldadır.
    F. Köçərli
    ***

    • İnsana arxadır onun kamalı,
    • Ağıldır hər kəsin dövləti, malı.
    Nizami
    ***

    • Amandır, ağlını unutma ki, sən
    • Gülünü tikana dəyişməyəsən.
    Nizami
    ***

    • Əlində yumşalsa dəmir, onu bil,
    • Tədbirlə yumşalar, hiddətlə deyil.
    Nizami
    ***

    • Ağıllı, səxavətli adamlar mallarını dostlarla yeyərlər, ağılsız xəsislər isə yeməyib, düşmənlərə saxlayarlar.
    Ə. Cami
    ***

    • Hikmətə bax: gör nə demiş atalar;
    • Qısa sözdə olar dərin mənalar.
    Keykavus
    ***

    • İnci tək sözlər seç, az danış, az din,
    • Qoy az sözlərinlə dünya bəzənsin.
    • Az sözün inci tək mənası olmaz,
    • Çox sözün kərpic tək qiyməti olmaz.
    Nizami
    ***

    • Xəlqə ağzın sirrini hərdəm qılır izhar-i söz
    • Bu nə sirdir ki olur hər ləhzə yoxdan var söz.
    Füzuli
    ***

    • Cəbhədə qılınc, məclisdə gözəl nitqə malik olanlar qəhrəmandır.
    M. S. Ordubadi
    ***

    • Arif ol, söhbəti müxtəsər eylə,
    • Uzun danışandan qaç, həzər eylə.
    • Yüz əyri ox atsan olmaz dəyəri,
    • Bir ox at hədəfdən getməsin əyri.
    Sədi
    ***

    • Demədiyimi hər vaxt deyə bilərəm, lakin dediyimi dana bilmərəm.
    Ə. Cami
    ***

    • Vətənim verdi mənə nanü-nəmək
    • Vətəni məncə unutmaq nə demək.
    A. Səhhət
    ***

    • Acizlik ürəyi ağrıdır, bilsən
    • Bir alçaqlıq olar hər zülmə dözsən.
    Nizami
    ***

    • Düzdür, yerindədir əlim-ayağım,
    • Vardır bədənimdə canım da hətta,
    • Ancaq bir iş var ki, yox azadlığım,
    • Ağrıdır yaşamaq əsarət altda.
    M. Cəlil
    ***

    • Fikir azadlığı olmadan tərəqqi mümkün ola bilməz.
    M. F. Axundov
    ***

    • Amal uğrunda ölmək-əbədi yaşamaqdır.
    Ş. M. Xiyabani
    ***

    • Mərd oğlun qəhrini çəkən mərd ana,
    • Mərd igid meydanda durar mərdana
    Aşıq Ələsgər
    Sayfa başına dön Aşağa gitmek
     
    AzerBaycan..HİKMƏTLİ SÖZLƏR
    Sayfa başına dön 
    1 sayfadaki 1 sayfası
     Similar topics
    -

    Bu forumun müsaadesi var:Bu forumdaki mesajlara cevap veremezsiniz
     :: Anlamli Sözler-
    Buraya geçin: