AyMaRaLCaN Admin
Üyelik tarihi : 11/06/08
Mesaj Sayısı : 12267
Rep Gücü : 29249
Rep Puani : 235
| Konu: Təki sənin yarın olum C.tesi Nis. 14, 2012 3:15 pm | |
| TƏKİ SƏNİN YARIN OLUM
Suda üzən balıq olum, Qızıl pulcuq pəri olum Üzüb sahildə can olum, Təki sənin yarın olum.
Bir budaqda yarpaq olum, Payız olum xəzəl olum Bir küləyə qurban olum, Təki sənin yarın olum.
Bağında bağbanın olum, Gül üstündə bülbül olum Valla istə cəh-cəh vurum, Təki sənin yarın olum.
Yolunda mən tozun olum, Ayaq altda izin olum Ay yar sənə qurban olum, Təki sənin yarın olum.
Bir incinin daşı olum, Üzüyünün qaşı olum Barmağına qonaq olum, Təki sənin yarın olum
Göydə böyük bulud olum, Çevrilim gur yağış olum Yanağına məm toxunum, Təki sənin yarın olum
ELNURƏ AĞAZADƏ | |
|