AyMaRaLCaN Admin
Üyelik tarihi : 11/06/08
Mesaj Sayısı : 12267
Rep Gücü : 29249
Rep Puani : 235
| Konu: Baba Pünhan - Nolub ala Ptsi Nis. 16, 2012 5:48 am | |
| Qatmısan sən yenə də malı mala, nolub ala qazıyırsan ayağım altda çala, nolub ala
Bağı aldın, evi aldın, amma doydum demədin qoymadın heç mənə bir metrə qala, nə olub ala
Neçə ildir ki, imarətlə, ticarət duruşun getmisən sən qabağa mənsə dala, nolub ala
Xəzərə çəkdin hasar, ruhuma qoydun gömrük mülkü tikdin məni saldın kanala, nolub ala
Gah atı, gah nalı, gah mıxı tərifləmisən vurursan gah mıxa, gah da nala, nolub ala
Qız, gəlin orda əsirlikdə qalıb ermənidə götürürsən evinə gündə xala, nolub ala
Ananas, kivi, banan payladı yas süfrəsinə bircə şey qaldı, durub zurna çala, nolub ala
Qərbdən şərqə kimi hər yeri zəpt eyləmisən keçmisən indi cənubdan şimala, nolub ala
İçəri şəhərimizin hər daşı bir tarixdir çəkmisən tarixi inpırtnı mala, nolub ala
Nəcəb qız qalasından xəbərin yoxdu sənin al onu, sal adına, qoyma qala, nolub ala
Pünhanın kəs dilini, çək bazara as divara gedəcək yaxşı pula, baxsa mala, nolub ala
Baba Pünhan | |
|