AyMaRaLCaN Admin
Üyelik tarihi : 11/06/08
Mesaj Sayısı : 12267
Rep Gücü : 29249
Rep Puani : 235
| Konu: Mən səni sevmişdim səninçün "öldüm" Ptsi Nis. 16, 2012 5:52 am | |
| İstədim adını qəlbimdən silim
Ruhum fəryad çəkdi, titrədi əlim
Mən səni unuda bilmədim gülüm
Sən məni qəlbindən sil, silə bilsən...
Tənhalıq sirdaşım oldu beləcə
Göz yaşım xatırlar səni hər gecə
Axar həzin-həzin, axar səssizcə
Sən mənə oxşama, gül, gülə bilsən...
Öldü bu limanda bir dəniz eşqi
Unut bu sevgini, bu təmiz eşqi
Tez unut əzizim! Bu əziz eşqi
Daha başqasıyla böl, bölə bilsən...
O gün ki, "əlvida" söylədin, öldüm
Məndən ayrıldığın həmin gün öldüm
Mən səni sevmişdim səninçün "öldüm"
Sən də sevdiyinçün öl, ölə bilsən...
| |
|