AyMaRaLCaN Admin
Üyelik tarihi : 11/06/08
Mesaj Sayısı : 12267
Rep Gücü : 29249
Rep Puani : 235
| Konu: Payiz sevgisi(Kamal Abdulla) Ptsi Nis. 16, 2012 6:01 am | |
| Hərdən oturub özüm-özümə Mən o gecəni xatırlayıram, Gözün gözümə, dizin dizimə Bir də musiqi – sakit, aram. O uzaq gecə başlanan payız Hələ nə qədər davam edəcək. Yağışlı gecə, həyacanlı qız Hardan gəlmişdi, hara gedəcək… Payız ömürdən uzun sürəcək - Payız nəğməsi, payız sevgisi. Yellədi bizi qəmli yelləncək, Uçurdu bizi, qaçırdı bizi. Payız sevgisi gəldi gizlicə, Gizlicə getdi, gəldiyi kimi. Mən elə bildim bitməz o gecə, Hər şey olmayır bildiyin kimi. Yelləncək uçar boş-boşuna, Həyat dayanar, yelləncək uçar… Baxmaz küləyə, baxmaz yağışa - Sən orda naçar, mən burda naçar. Payızda gəlməz bir daha sevgi, Həmən gecə də uzaq bir yuxu. Həmən gecəylə getdi mənimki, Bir ümid qaldı, bir də bu qorxu. | |
|