AyMaRaLCaN Admin
Üyelik tarihi : 11/06/08
Mesaj Sayısı : 12267
Rep Gücü : 29249
Rep Puani : 235
| Konu: “MƏHƏBBƏTDƏN KÜSƏNDƏ” Salı Nis. 17, 2012 2:20 am | |
| “MƏHƏBBƏTDƏN KÜSƏNDƏ” Yazırıq sevgidən, yazırıq ancaq, Elə sətirlərdə alışırıq biz. Məhəbbət olubdur oyun-oyuncaq, Hansı məhəbbətdən danışırıq biz... Odlara qalanmaq ötəri hissdir, Kəlmələr biçimli, sözlər biçimli. Çoxları diplomsuz mütəxəsisdir, Eh, ürək aldatmaq bir su içimi… Sevimmi?! Tərəddüd qət edə bilmir, Bəzən itiririk inam, ümüdi. Ürək var, duyğular fəth edə bilmir , Ürək var, həndəsi fiqur kimidir… Bir qəlbə girəndə boyalı sözlər, Görən öz sözünü ürək dedimi?! Axtarır, axtarır, axtarır gözlər; İşləyən bir saat kəfkiri kimi… Təbəssümlər saxta, söz qiymətlidir, Yalanı yalanla alqışlayırlar. Çoxları könüldən səxavətlidir, Hər qıza bir könül bağışlayırlar… Elə məhəbbətdən yazırıq ancaq, Elə sətirlərdə alışırıq biz. Məhəbbət olubdur oyun-oyuncaq, Hansı məhəbbətdən danışırıq biz…
Nüsrət KƏSƏMƏNLİ
| |
|