AyMaRaLCaN Admin
Üyelik tarihi : 11/06/08
Mesaj Sayısı : 12267
Rep Gücü : 29249
Rep Puani : 235
| Konu: “BU QƏLƏM“ Salı Nis. 17, 2012 2:24 am | |
| “BU QƏLƏM“
Nə əmr dinləyər,nə də ki,rica, Zülm etməz fəqirə,xor baxmaz aca. Bütün dərdlərini tək heca-heca, Bir parça kağıza yazar bu qələm. Yorulmaq bilmədən ədalət arar, Gündüzləri yenər,gecələr yorar. Gah bir təbib olub yaralar sarar, Gah da qılınc olub kəsər bu qələm. Hər kəsə bərabər göz ilə baxar. Onun öz sevinci,öz kədəri var… Bəzən əsəbindən şimşəktək çaxar, Bəzən yarpaq kimi əsər bu qələm. Hər zaman doğrunu gətirər dilə, Nadanlar oyadar misralar ilə… Səsinə səs verən olmasa belə, Nə usanar,nə də bezər bu qələm. Rüzgarda sovrulan közü yazarkən, Ürəkdən süzülən sözü yazarkən, Gedənə yaş tökən gözü yazarkən, Bitməyən səbirlə dözər bu qələm. Ağdami,sirrini gizləmə ondan, Ürəklə sirdaşdır söz yaranandan. Sənin yalanını bildiyi andan, Gözünü qırpmadan küsər bu qələm.
Afiq Ağdami
En son AyMaRaLCaN tarafından Salı Nis. 17, 2012 2:26 am tarihinde değiştirildi, toplamda 1 kere değiştirildi | |
|
AyMaRaLCaN Admin
Üyelik tarihi : 11/06/08
Mesaj Sayısı : 12267
Rep Gücü : 29249
Rep Puani : 235
| Konu: Geri: “BU QƏLƏM“ Salı Nis. 17, 2012 2:25 am | |
| “Damğalı ömür” Ehvalı yaxşıydı.Şerefe sağlıq deyirdi.Amma bir zaman can veren ses indi öldürürdü…Dişi bağırsağını kesirdi.Döze bilmirdi.Şikeste kelmeyi-şehadet kimi keyidirdi.Qerara geldi. Qalxdı.Kibrite el atdı.Utandıran xatireleri boğmaq istedi tüstüyle.Üreyinde üsyan oyanmışdı. Bacarmadı. Uzaqlaşmaq istedi.Getdi, getdi…Qaranlıq gecede gizlenmek üçün axtardı.Qebristanlıq tapdı.Bir qebre yaxınlaşdı.Qucaqladı.”Ana, yanına gelirem” dedi.Ruhu bedenden qaçmaq istedi. Bu anası deyildi.Üreyi soyudu.Elleri üzüldü.Qebrden qaçdı.Yıxıldı.Qanı axdı.Baxdı.Qanı qaranlıq renginde.Duruxdu.Teeccüblendi.”Günahkaram” düşündü.Göylere el açdı.Günahları üçün yağış istedi.Yağmağa başladı.Yağışı qucaqladı.İçdi.Qan dadırdı.Ovcuna baxdı.Qan içmişdi.Gözleri qaraldı.Yorulmuşdu.Düşündü.”Bu günüm dünenime eyilir, demek sabahım…”.Taqetsizdi.Yaşamaq üçün ölmek isteyirdi.Özünden asılı deyildi…Şikesteni xatırladı.Ömrünün 15 iline ağlayan şikesteni. “Dözümlü”lüyü yadına düşdü.Eyildi.Bu damğanı şeref bilmişdi şikesteyedek.15 ilin günahkarını tapmışdı.Qisas almalıydı.Qebristanlıqdan uzaqlaşdı.Qebir qazdı.Qebre atıldı.”Diri-diri”?!.15 il öyrenmişdi buna.Günahlarını soyundu.Uzandı.Diksindi.Ağlayan vardı.”Meni kim görür ki?” “Torpaq!”Ayağa qalxdı.Günahlarını geydi.Qebrden çıxdı.”Bu damğayla torpağa da lazım deyilem”…Şikeste sesi gelirdi yene.Uzaqlardan bu defe.Üreyi sese qaçmaq isteyirdi.Damğasını silmek üçün… | |
|