AyMaRaLCaN Admin
Üyelik tarihi : 11/06/08
Mesaj Sayısı : 12267
Rep Gücü : 29249
Rep Puani : 235
| Konu: Sən deyən olsun! Salı Nis. 17, 2012 2:27 am | |
| Sən deyən olsun!
“Mənim üçün döyünən“ o ürəyi, Dondurub gedirsən, sən deyən olsun! Gözyaşımla böyütdüyüm çiçəyi, Sındırıb gedirsən, sən deyən olsun! Çaşqın-çaşqın gözlərini döyürsən, Vəfasızca ayrılmaq istəyirsən. Ümid verib “dönəcəyəm“ deyirsən, Qandırıb gedirsən, sən deyən olsun! Söylə, de ki,“sevgimizə şərik var“, Ürəkli ol, yalana nə gərək var?! Eşqin ilə döyünən bir ürək var, Yandırıb gedirsən, sən deyən olsun! Saxta xəyallarda gizləmə məni, Məndən əlini üz, izləmə məni… Daha zirvələrdə gözləmə məni, Endirib gedirsən, sən deyən olsun! Bəlkə ürək dayanmaz bu həsrətə, Bəlkə də ömrünü sənə həsr edə… Eşq quşunu məhəbbətdən nifrətə, Qondurub gedirsən, sən deyən olsun!
Afiq Ağdami. | |
|