Hosgeldiniz.... AyMaRaLCaN Bilgi Paylasim Platformuna..... Cay Isterseniz ( Hayali Büfe ) Smile Sagda Büfemiz Var Buyurun Bir Bardak Alin Afiyetle Icin Seker Bitmis ise Lütfen Zile Tiklayin Servisimiz Yardimci Olacaktir..... ..Keyifli Seyirler Dilerim Smile Bye ...
Yazar ---- > Wink AyMaRaLCaN
Hosgeldiniz.... AyMaRaLCaN Bilgi Paylasim Platformuna..... Cay Isterseniz ( Hayali Büfe ) Smile Sagda Büfemiz Var Buyurun Bir Bardak Alin Afiyetle Icin Seker Bitmis ise Lütfen Zile Tiklayin Servisimiz Yardimci Olacaktir..... ..Keyifli Seyirler Dilerim Smile Bye ...
Yazar ---- > Wink AyMaRaLCaN
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.



 
AnasayfaGüncel KonularGaleriAramaLatest imagesKayıt OlGiriş yap
En son konular
»  Acilinden Kaciyorum ...Görüsmek Umudu Ile <---- Bye
Əfsanələr                Icon_minitimeCuma Ara. 14, 2012 7:05 am tarafından AyMaRaLCaN

» Bir Sarkisin Sen
Əfsanələr                Icon_minitimeCuma Ara. 14, 2012 7:03 am tarafından AyMaRaLCaN

» MerHaba MerHaba :)
Əfsanələr                Icon_minitimeCuma Ara. 14, 2012 6:58 am tarafından AyMaRaLCaN

» Azerbaycan Yemekleri,Azerbaycan Yemek Kültürü,Azerbaycan Mutfağı
Əfsanələr                Icon_minitimeCuma Ara. 14, 2012 6:49 am tarafından AyMaRaLCaN

» ORHAN AFACAN SIIRLERI Tas Atan Cocuklar
Əfsanələr                Icon_minitimeCuma Kas. 30, 2012 7:48 am tarafından AyMaRaLCaN

» Aşık Mahzuni Şerif - Bu Mezarda Bir Garip Var
Əfsanələr                Icon_minitimeCuma Kas. 30, 2012 3:51 am tarafından AyMaRaLCaN

» Aşık Mahzuni Şerif - Bizden Geriler (Gam Kasavet)
Əfsanələr                Icon_minitimeCuma Kas. 30, 2012 3:49 am tarafından AyMaRaLCaN

» Aşık Mahzuni Şerif - Benim Hayatım
Əfsanələr                Icon_minitimeCuma Kas. 30, 2012 3:48 am tarafından AyMaRaLCaN

» Aşık Mahzuni Şerif - Babasını (Bir Fakirin Hatırını)
Əfsanələr                Icon_minitimeCuma Kas. 30, 2012 3:46 am tarafından AyMaRaLCaN

Tarıyıcı
 Kapı
 Indeks
 Üye Listesi
 Profil
 SSS
 Arama
Istatistikler
Toplam 7 kayıtlı kullanıcımız var
Son kaydolan kullanıcımız: AyBüke

Kullanıcılarımız toplam 28063 mesaj attılar bunda 19753 konu
Arama
 
 

Sonuç :
 
Rechercher çıkıntı araştırma
Similar topics
    Sosyal yer imi
    Sosyal yer imi reddit      

    www.ay-maral-can.yetkin-forum.com

    Sosyal bookmarking sitesinde adresi saklayın ve paylaşın
    En bakılan konular
    Acilinden Kaciyorum ...Görüsmek Umudu Ile <---- Bye
    Türkmenistan (3) - Türkmen İsimleri
    Sinezenler..Sözleri
    Bir Sarkisin Sen
    Azərbaycan dili → Bəzi sait səslərin tələffüzü
    Radyo icin Tema Resimleri Resimler Resim
    MerHaba MerHaba :)
    ŞİİR DİNLETİSİ SUNU METNİ
    Çok Güzel Kalp Resimler,i Güller ve Kalpler,
    Azerbaycan Bayragi

     

     Əfsanələr

    Aşağa gitmek 
    YazarMesaj
    AyMaRaLCaN
    Admin
    AyMaRaLCaN


    Üyelik tarihi : 11/06/08

    Mesaj Sayısı : 12267

    Rep Gücü : 29249

    Rep Puani : 235


    Əfsanələr                Empty
    MesajKonu: Əfsanələr    Əfsanələr                Icon_minitimePerş. Nis. 19, 2012 4:51 pm

    Yusif-Nəsib quşu (əfsanə)

    Yaqubun on iki oğlu var imiş. Yaqub onların içində ən çox Yusifi sevirmiş. Bir gün Yusif evə gəlib çıxmır. Yaqub nökərlərdən iki nəfər çağırıb deyir: -Bu saat gedib Yusifi tapın, yanıma gətirin. Nökərlər hər yeri axtarırlar. Yusifi tapa bilmirlər. Ərənlərdən arzu edirlər ki, onlara qanad versin quş olub Yusifi tapsınlar. Onlar quş olub göyə uçurlar. Yusifi axtarmağa başlayırlar. İndi həmişə biri “Yusif”, o biri “Nəsib” deyir. Biri çağırır, o biri cavab verir. Ona görə də onlara Yusif-Nəsib quşu deyirlər.


    Yapalaq quşu (əfsanə) Keçmiş zamanlarda bir qardaşla bir bacı varmış. Ögey anaları uşaqları çox incidirmiş. Günlərin bir günü ögey ana onlara deyir: -Öküzü aparın meşədə otarın. Əgər itirib eləsəniz, ilkinizin də başını dibək daşının altına qoyub əzəcəyəm. Uşaqlar öküzü meşəyə otarmağa aparırlar. Axşam qayıtmaq istəyəndə öküzü itirirlər. Bacı meşədə qalır. Oğlan ağlaya-ağlaya evə gedib əhvalatı ögey anasına söyləyir. Ögey ana onu çoxlu döyüb deyir: -Gedin öküzü tapın gətirin! Əgər tapıb gətirməsəniz, ikinizin də gözünü çıxardacam. Oğlan geri qayıdıb əhvalatı bacısına danışır. Onlar öküzü çox axtarır, amma tapmırlar. Qorxularından geri də qayıda bilmir, göyə üz tutub yalvarırlar ki, quş olsunlar. Onlar hər ikisi yapalaq quşu olur. Biri “tapdın”, o biri də “yox”,-deyə öküzü indi də axtarırlar...

    Mənbə:"Dünya uşaq ədəbiyyatı kitabxanası" silsiləsindən, "El çələngi", toplayıb tərtib edənlər: filologiya elmləri namizədləri: Təhmasib Fərzəliyev, İsrafil Abbasov".
    Sayfa başına dön Aşağa gitmek
    https://ay-maral-can.yetkin-forum.com
    AyMaRaLCaN
    Admin
    AyMaRaLCaN


    Üyelik tarihi : 11/06/08

    Mesaj Sayısı : 12267

    Rep Gücü : 29249

    Rep Puani : 235


    Əfsanələr                Empty
    MesajKonu: Geri: Əfsanələr    Əfsanələr                Icon_minitimePerş. Nis. 19, 2012 4:52 pm

    BAYQUŞ VƏ TOVUZ QUŞU
    (Əfsanə)

    Süleyman peyğəmbər Tovuz adlı bir qıza aşiq olmuşdu. Nə qədər eləyirdi, Tovuz ona getmirdi. Axırda Süleyman Tovuzu zorla almaq fikrinə duşdü. Tovuz bunu bilib dedi:
    Quş dimdiyindən bir ev tikərsən, ayağı dəryadan nəm çəkər, başı buluddan. Sənə gələrəm. Məni toy eləyib evinə apararsan.
    Süleyman peyğəmbər bu şərtə razı oldu. Bu fikrə gəldi ki, dünyada olan quşların hamısını toplasın, qırdırsın, dimdiklərindən imarət tikdirsin. İxtiyarı var idi, hamısının padşahı idi. Bəli, quşların hamısını topladılar. Süleyman peyğəmbər baxıb gördü ki, təkcə yapalaq yoxdur. Vəzir, vəkili göndərdi ki, onu da gətirsinlər. Yapalaq vəzir, vəkilə dedi:
    - Mən axmaq padşahın çağırışına getmirəm. Özüm də bəy quşam.
    Qayıdıb Süleymana xəbər verdilər:
    - Deyir, mən axmaq padşahın çağırışına getmirəm, özüm də bəy quşam.
    Süleyman qəzəblənib özu getdi. Yapalaq ona dedi:
    - Bir saatlığa padşahlığını mənə tapşır, gəlim, yoxsa gəlməyəcəyəm. Özümü də quşların bəyi elə.
    Süleyman razı oldu. Bayquş onunla gəldi. Süleyman bir saatlığa padşahlığı ona tapşırdı. Özunü də quşlara bəy elədi.
    Bayquş taxta çıxıb dedi:
    - Ay şah, bir qızdan ötrü bütün quşları qırıb nəslini kəsmək olarmı? Mən quş dimdiyindən sənə Tovuz dediyi imarəti tikərəm.
    Bayquş əmr elədi, hər quş dimdiyinin ucundan bir az kəsib bir yerə topladı. Böyuk dağ əmələ gəldi. Süleyman peyğəmbər Tovuz dediyi binadan da gözəl ev tikdirdi. Bayquşa da dedi:
    - Sən elə bəyə layiq quşsan. Sənin adını bayquş qoyuram, özumz vəzir qəbul edirəm.
    Bu zamaldan onun adı bayquş qaldı.
    Bəli, Süleyman peyğəmbər qırx gün, qırx gecə toy elədi, Tovuzu tikdirdiyi evə gətirdi. Hər gün Tovuz bəzənirdi, düzənirdi, öz gözəlliyi ilə fəxr eləyirdi.
    - Xudaya, görəsən dünyada mənim kimi də gözəl varmı? - deyirdi. Qanrılıb ayağına baxanda xəcalət çəkirdi. Çünki ayaqları çirkin idi. O həmişə ayaqlarını Süleyman peyğəmbərdən gizlədirdi. Günlərin bir günü Süleyman peyğəmbər ona dedi:
    - Bilmirəm, nə üçün ayaqlarını həmişə məndən gizlədirsən, mənim yanımda soyunmursan.
    Tovuz söz tapa bilmədi, dedi:
    - Düz deyirsən.
    Tovuz o biri otağa getdi, bəzəndi, düzəndi.
    - İlahi, görəsən mənim kimi dunyada gözəl varmı? - dedi.
    Ayaqlarına bir də baxdı, xəcalət çəkdi, bu ayaqla Süleyman peyğəmbərin yanına getmək istəmədi. Üzünü göyə tutdu, yalvardı:
    - Allah, məni quş elə.
    Allah onun yalvarışıiı eşitdi, quş elədi.
    Tovuz uçub qapıdan çıxdı. Süleyman peyğəmbər dediyi sözə peşman oldu. İndi də Tovuz quşu qanad çalır, pərvazlanır, öz gözəlliyi ilə fəxr edir, amma ayağına baxanda xəcalət çəkir.

    Mənbə:
    Azerbaycan folkloru antologiyası, (toplayıb tərtib edən: Əhliman Axundov; redaktor: Kamran Məmmədov), Bakı: Azərbaycan Elmlər Akademiyasının Nəşriyyatı, 1968, c. II, səh. 239-240.
    Sayfa başına dön Aşağa gitmek
    https://ay-maral-can.yetkin-forum.com
    AyMaRaLCaN
    Admin
    AyMaRaLCaN


    Üyelik tarihi : 11/06/08

    Mesaj Sayısı : 12267

    Rep Gücü : 29249

    Rep Puani : 235


    Əfsanələr                Empty
    MesajKonu: Geri: Əfsanələr    Əfsanələr                Icon_minitimePerş. Nis. 19, 2012 4:52 pm

    Hüt-hüt quşu (əfsanə)

    Yusif ilə Nəsib adlı iki qardaşın Fatma adlı bir bacısı var idi. Fatmanın başına anadan doğma daraq vurulmuşdu. Qardaşlarının hərəsinin bir atı var idi. Günlərin bir günü onlar atlarını itirir. Fatmaya belə deyirlər:
    -Can bacı, biz atları axtarmağa gedirik, biz gələnə sən südlü aş hazırla, gəlib yeyərik.
    Yusiflə Nəsib atları axtarmağa gedirlər. Fatma südlü aş bişirir. Gecə düşür. Bacı nə qədər gözləyirsə, qardaşlar gəlib çıxmırlar. Fatma çox ağlayır, axırda meşəyə düşüb qardaşlarını axtarmağa başlayır. Qız çox axtarır, qardaşlarını tapa bilmir. Arzu edir ki, bir quş olsun, uçub göyə qalxsın, qardaşlarını tez tapsın. Qız o saat bir quş olur. O quşa hüt-hüt quşu deyirlər. Fatma göyə qalxıb qardaşlarını axtarır, həmişə deyir:
    -Hop-hop, gəl tap, Yusif-Nəsib, südlü aş...
    Fatma quş olandan sonra onun atasının var-yoxu torpağa dönüb yox olur. İndi quşdan soruşanda:
    -Hüt-hüt, atanın var-yoxu necə oldu?
    O, dimdiyini torpağa döyüb deyir:
    -Atamın var-yoxu bu torpaq oldu.
    Sayfa başına dön Aşağa gitmek
    https://ay-maral-can.yetkin-forum.com
    AyMaRaLCaN
    Admin
    AyMaRaLCaN


    Üyelik tarihi : 11/06/08

    Mesaj Sayısı : 12267

    Rep Gücü : 29249

    Rep Puani : 235


    Əfsanələr                Empty
    MesajKonu: Geri: Əfsanələr    Əfsanələr                Icon_minitimePerş. Nis. 19, 2012 4:53 pm

    Turac (əfsanə)

    Keçmişdə Turac adlı qız zalım bir xanımın evində qulluqçu imiş. Xanım onu çox incidirmiş. Turaca qarın dolusu çörək, geyiməyə paltar vermirmiş. Günlərin bir günü xanım onu çağırıb deyir:
    -A qız, bu saat su isidib başımı, ayaqlarımı yuyursan.
    Turac gedib su isidir. Nə qədər axtarır, darağı tapmır, bilmir darağı hara qoyub. Xanımın səsi gəlir:
    -Səni parça-parça olasan, bəs necə oldun?!
    Turac deyir:
    -Xanım, bu saat gəlirəm. Turac nə qədər axtarır, yenə də darağı tapmır. Xanımın ayağının səsi gələndə Turac ağlayıb deyir:
    -Nə olaydı, bir quş olaydım, xanımın zülmündən qurtaraydım.
    Turac bir quş olur, xanım əli ağaclı qapıdan içəri girəndə uçub bacadan çıxır. Birdən yadına düşür ki, daraq taxçadakı buxçadadır. Təzədən uçub pəncərənin qabağına qonub, deyir:
    -Xanım, taxçada, buxçada.
    İndi də Turac həmişə bu sözləri oxuyur:
    -Xanım, taxçada, buxçada.

    Mənbə:"Dünya uşaq ədəbiyyatı kitabxanası" silsiləsindən, "El çələngi", toplayıb tərtib edənlər: filologiya elmləri namizədləri: Təhmasib Fərzəliyev, İsrafil Abbasov".
    Sayfa başına dön Aşağa gitmek
    https://ay-maral-can.yetkin-forum.com
    AyMaRaLCaN
    Admin
    AyMaRaLCaN


    Üyelik tarihi : 11/06/08

    Mesaj Sayısı : 12267

    Rep Gücü : 29249

    Rep Puani : 235


    Əfsanələr                Empty
    MesajKonu: Geri: Əfsanələr    Əfsanələr                Icon_minitimePerş. Nis. 19, 2012 4:53 pm

    AĞRIDAĞ
    I


    Nuh Nəbi yer üzünü su bürüyəcәyini qabaqcadan bildiyi üçün böyuk bir gәmi qayırtdırmışdı və hər cins heyvan vә inəklərdən bir cüt götürüb gәmiyə yığmışdı. Yer üzünü su alanda gəmi suyun üzünə qalxdı. Nuh Nəbi yetmiş beş günlük azuqə dә götürmüşdü. Gәmi yetmiş beş gün suyun üzündә qaldı. Bir gün Nuh Nәbi gördü ki, bir dağın başı qaralır, gəmisini həmin dağa tәrәf sürdü.
    Dağın başı darısqallıq idi, gәmidәki insan vә heyvanları tuta bilmәzdi. Deyirlәr, başı görünən dağa o zaman Qısırdağ deyәrmişlәr. Onun övladı olmur, qısır qalırmış. Nuhun yanında xәcalәt çәkdi. Ona görә xәcalәt çәkdi ki, gəmidə olan insan vә heyvanı yerlәşdirә bilmirdi. Öz-özünə dedi ki, niyə mənim övladım olmasın, Nuhun yanında olanlara hörmət elәyim. Nuh Nəbi onun xəcalət çəkdiyini bilib dedi:
    - Ey Qısırdağ, sәn qısır olmayacaqsan. Sәnin övladın olacaq. Həmin gün Qısırdağ hamilә qaldı, az sonra ağrı çəkdi, bir oğlu oldu. O ağrı çәkdiyi üçün adını Nuh Nәbi Ağrıdağ qoydu. Oğlunun adını Bala Ağrı qoydular. Bala Ağrı da anasının yanında baş qaldırdı. Gәmidә olanlara yer verdilәr, onlara hörmət elәdilәr. O zamandan Ağrıdağ oğlu Bala Ağrı ilә yan-yana durub göylərә baş qaldırdı.

    II

    Bir sarvan dәvə qatarı ilә Ağrıdan keçirmiş. Ağrının başında susuzluq bunları yaxalayır. Dәvәlәr tərpənә bilmir. Sarvan üzunü göyə tutub deyir:
    - İlahi, bu dağın başında olan duzәngahdan bir su çıxart, dәvənin birini qurban kəsәrəm.
    Ağrının başında olan düzәngahda bir göl әmәlə gəlir. Sarvan vә dәvәləri sudan içib sirab olandan sonra Ağrıdan enirlәr.
    Sarvan dediyi qurbanı yerinә yetirmir, andı pozur, yaxasından bir bit tapıb öldürür:
    - Allah, bu da sənin qurbanın, - deyir.
    Allahın qәzәbi tutur, Ağrıdağın әtәyindә sarvanı qatarlanmış dәvәləri ilә daş edir.

    III

    Deyirlər, Ağıdağın altı böyük mağaradır. Burada yeddi qardaş div yaşayır. Dünyada olan lə’l, cәvahir, qaş-daşın çoxu bunların mağarasındadır.
    Günlәrin bir günü bir dәstә pәhlәvan sözu bir yerə qoyurlar ki, gedib dəvlәri öldürsünlәr, xәzinəni çәkib gәtirsinlәr.
    Pәhlәvanlar Ağrıdağa, mağaranın qapısına gәlirlər. Onların qabaqlarına nurani bir qoca çıxıb xəbər alır:
    - Oğlanlarım, hara gedirsiniz?
    - Gedirik Ağrıdağın altında olan mağaradakı divlәri öldürәk, qızılları, lə'l-cәvahiri, qaş-daşları çәkib gətirək.
    Qoca onlara deyir:
    - Oğlanlarım, siz divləri öldürə bilməzsiniz. Onlar tilsimlidir. Burada tәdbir lazımdır.
    Deyirlәr:
    - Bәs biz nә edәk?
    Nurani kişi deyir:
    - Oğlanlarım, geri qayıdın, hәrəniz bir qulunlu madyan minin. Atların qulunlarını kәnarda qoyun. Qulunsuz atları mağaraya sürün. Mağaraya girəndә әcayib-әcayib sәslәr eşidәcәksiniz. Onda bilin ki, divlәr duyuq düşublәr. Atların başlarını geri çevirin. O zaman atlar balaları üçün quş kimi uçacaqlar. Divlәr sizin dalınıza düşәcәklər. Siz әlinizi yerə atın, әlinizə nə keçsә götürün. Lağımdan çıxanda atlar, qulunlar kişnәşib bir-birinә qarışacaqlar. Divlәr bundan qorxacaqlar, geri qayıdıb qaçacaqlar. Amma yerdәn şey götürәn də peşiman olacaq, götürmәyən dә.
    Pәhlәvanlar geri qayıdıb qocanın dediyi kimi elәdilәr. Qulunlu at minib Ağrıdağa gәldilər. Qulunları bayırda qoyub atları mağaraya sürdülәr. Bir qədәr getmişdilər ki, hәr tәrәfdәn әcayib-әcayib sәslәr eşitdilәr. Pәhlәvanlar atların başlarını geri çevirdilәr. Atlar qulunlarından ötrü yel kimi uçmağa başladılar. Adamlar әl atıb, yerdәn әllərinә hәr nә gәldi götürdülәr. Divlәr dә bunların dalınca gəlirdi. Mağaranın ağzında devlәr pәhlәvanlara yetişәn zaman atların kişnәmәsi qulunların kişnәmәsinә qarışdı. Divlәr qorxuya düşdülәr, geri qayıtdılar.
    Pәhlәvanlar götürdüklәri şeylәrә baxdılar. Nә gördülәr, hamısı lә'li-cәvahirdi. Götürәn peşiman oldu ki, niyә çox götürmәmişәm, götürmәyən dә peşiman oldu ki, niyә götürməmişəm?
    Əfsanәyә görә, Ağrıdağın altında hәlә dә yeddi qardaş div yaşayır. Quş mağaraya girәndә dimdiyindә qızıl çıxardır.

    Mənbə: Azerbaycan folkloru antologiyası, (toplayıb tərtib edən: Əhliman Axundov; redaktor: Kamran Məmmədov), Bakı: Azərbaycan Elmlər Akademiyasının Nəşriyyatı, 1968, c. II, səh., 243-245.
    Sayfa başına dön Aşağa gitmek
    https://ay-maral-can.yetkin-forum.com
    AyMaRaLCaN
    Admin
    AyMaRaLCaN


    Üyelik tarihi : 11/06/08

    Mesaj Sayısı : 12267

    Rep Gücü : 29249

    Rep Puani : 235


    Əfsanələr                Empty
    MesajKonu: Geri: Əfsanələr    Əfsanələr                Icon_minitimePerş. Nis. 19, 2012 4:54 pm

    Günəşlə Ay (əfsanə)

    Öz gözəlliyi ilə öyünən Günəş çox məğrur bir qız idi. Göy üzündə təpələnən ulduzlar onun pişvazında durar, yolunu həsrətlə gözləyərdilər. Amma bu məğrur qız yolunu gözləyənlərin çox olduğunu gördükcə daha da məğrurlaşır, gözlərindən sevinc, məğrurluq alovu saçırdı. Bu alova dözməyən ulduzlar yanıb külə dönür, Günəşin çıxması ilə yox olurdular. Lakin məhəbbət onları ölməyə qoymurdu, onlar dirilib yenidən dunyaya gəlirdilər. Günəşi ulduzlardan çox Ay maraqlandırırdı. Çünki o tək idi, bə`zən də öz məhəbbətini Günəşə bildirmək üçün ikiyə bölünər, bədənini parça-parça edərdi. Bə`zən də həsrətdən o qədər nazilərdi ki, Günəşin özü də onu görəndə xəcalət çəkib üzünə pərdə (bulud) tutub gizlənərdi. Bir gün Ay Günəşin görüşünə gedir. Günəş Ayın gözəlliyini görərək həsəddən qəlbi çırpınır, onu sevən oğlanın daha gözəl olduğunu görüb xəyala dalır, axırda deyir: -Əgər məni ürəkdən sevirsənsə, üzündəki qara xalı dırnağınla qoparıb mənə ver, mən onu öz ovcumda görmək istəyirəm. Ay heç nə düşünmədən sevgilisinin əmrini yerinə yetirir. Ayın üzünü qan bürüyür. Bu zaman Günəş qəhqəhə çəkib gülür, Ayın fədakarlığına cavab olaraq deyir: -Sənin gözəlliyin o xalda idi, onu da qopartdın, indi dünyanın ən gözəli mənəm. Günəşin bu sözü Ayı təəccübləndirir, onun üzünə tökülən qan sifətində donur. Elə o vaxtdan Ayın üzündə ləkə qalır. Ay Günəşdən uzaqlaşır, bir daha onu görmək istəmir. Günəş tutduğu işə peşiman olur, nə qədər Ayı çağırırsa, cavab almır. Günəş çıxarkən Ay üzünə pərdə çəkir, onun sifəti solğunlaşır. Ay istəmir ki, Günəş onun üzündəki ləkəni görsün.


    Mənbə:"Dünya uşaq ədəbiyyatı kitabxanası" silsiləsindən, "El çələngi", toplayıb tərtib edənlər: filologiya elmləri namizədləri: Təhmasib Fərzəliyev, İsrafil Abbasov".
    Sayfa başına dön Aşağa gitmek
    https://ay-maral-can.yetkin-forum.com
    AyMaRaLCaN
    Admin
    AyMaRaLCaN


    Üyelik tarihi : 11/06/08

    Mesaj Sayısı : 12267

    Rep Gücü : 29249

    Rep Puani : 235


    Əfsanələr                Empty
    MesajKonu: Geri: Əfsanələr    Əfsanələr                Icon_minitimePerş. Nis. 19, 2012 4:55 pm

    Pərvanə ilə od (əfsanə)

    Pərvanə qız, od isə oğlan imiş. Pərvanə şah qızı, od isə əkinçi oğlu. Oğlan qızı bulaq başında görüb aşiq olur. Xəbər tutan padşah bunların bir-birinə qovuşmalaraına icazə vermir, əkinçinin oğlunu öldürmək üçün tədbir görür. Oğlanı çətin yerlərə göndərir. Oğlan bütün sınaqlardan çıxır. Qız da atasına oğlanı sevdiyini, ayrı yaşaya bilməyəcəyini bildirir. Amma ata heç cür yola gıəlmir. Günlər gəlib keçir, qız ilə oğlanın səbri tükənir, sözü bir yerə qoyub qoşulub qaçırlar. Padşah əmr edir, onların hər iksini tuturlar. Qızı öz oğluna almaq istəyən vəzir bir əfsun oxuyub, oğlanı od eləyir. Qız göz yaşı tökür, üzünü göylərə tutub yalvarır, dönüb pərvanə olur, odun başına hərlənir, özünü oda atıb yanır, yenə dirilir. Hamı bu işə mat qalır. Şah tutduğu işdən peşiman olur. Amma sonrakı peşimançılıq fayda verməz...
    Sayfa başına dön Aşağa gitmek
    https://ay-maral-can.yetkin-forum.com
    AyMaRaLCaN
    Admin
    AyMaRaLCaN


    Üyelik tarihi : 11/06/08

    Mesaj Sayısı : 12267

    Rep Gücü : 29249

    Rep Puani : 235


    Əfsanələr                Empty
    MesajKonu: Geri: Əfsanələr    Əfsanələr                Icon_minitimePerş. Nis. 19, 2012 4:55 pm

    Simurğ quşu (əfsanə)

    Simurğ Qaf dağında yaşayırdı. O, beş yüz ildən bir uçub Misirə gedir, günəş Allahı Ranın mə`bədinə qonurdu. Lakin Simurğun baxtı gətirmirdi. Mə`bədə çatan kimi onu tutub yandırırdılar. Simurğ oddan-alovdan qorxmurdu. Hər dəfə atəşə atılsa da, külün içərisindən dirilib çıxır, qırx gün Misirdə qalandan sonra uçub Qaf dağına gedirdi.

    Mənbə: "Dünya uşaq ədəbiyyatı kitabxanası" silsiləsindən, "El çələngi", toplayıb tərtib edənlər: filologiya elmləri namizədləri: Təhmasib Fərzəliyev, İsrafil Abbasov
    Sayfa başına dön Aşağa gitmek
    https://ay-maral-can.yetkin-forum.com
    AyMaRaLCaN
    Admin
    AyMaRaLCaN


    Üyelik tarihi : 11/06/08

    Mesaj Sayısı : 12267

    Rep Gücü : 29249

    Rep Puani : 235


    Əfsanələr                Empty
    MesajKonu: Geri: Əfsanələr    Əfsanələr                Icon_minitimePerş. Nis. 19, 2012 4:56 pm

    SIYEZEN EFSANESI

    Ana gorurmus ki, oglu her seher, ozu de lap tezden derelerden kece -
    kece, daglardan asa - asa derya kenarina gedir. Ac - susuz gedir,
    amma dunyanin her bir naz - nemetinden yeyib - doymus tox adamlar
    kimi geri qayidir. Uzunde nur getirir, gozlerinde isiq getirir,
    nefesinde gul - cicek etri getirir, her gun bir az da gozellesir, bir
    az da goyceklesir.
    Ana bu sirrden agah olmaq ucun bir seher ogluna ara vere - vere onun
    ardinca gedir. Derya kenarina yaxinlasdiqca onu etirli meh vurur,
    bulbul negmeleri esidir, goylerde goy goyercinlerin ag qagayilarla
    cixardigi min bir oyunu gorur. Gorur ki, burada deryanin kenari
    yamyasildir, gul - gulu cagirir, cicek ciceyi. Bulbuller oynayir,
    oynaya - oynaya ovuyur. Gorur ki, bu yasilliqda bir bulaq qaynayir,
    suyu da goyler kimi yamyasildir. Bulagin suyu mahni deyir. Oglu bulagin
    basinda bir qizla uz - uze, goz - gozedir. Qizin ag qanada benzeyen
    elleri oglunun ellerindedir, cehrayi darayidan paltari var, cehrayi
    kelagayisi var. Yox, yox, ele bil paltari yoxdur, onu cehrayi rengde
    bir hale alib, bir hale qucub. Qizin gozleri gomgoydur, her yanaginda
    qara xali, bir qirmizi lale.... Guller, cicekler, quslar da onun senine
    sadliq meclisi qurub, her leceyini bir qedehe donderib, bir lecek
    qedehini de bulagin suyundan doldurub, o su perisinin senine icirler.
    Ele bu vaxt bir ag ilanla bir qara ilan surune - surune bulagin
    basina geldiler, bir - birine sarmasdilar. Qiz ilanlari gorub
    seksendi, ellerini oglanin ellerinden cekdi.
    Qiz:
    - Deyme - dedi - onlar da sevisibler.
    Oglsn soze baxmadi. Qalxib ilanlari oldurmek istedi. Qara ilan onun
    niyyetini basa dusdu, ag ilandan aralanib, oglani caldi, oglan qaralib
    dasa dondu.
    Ana bu derde dozmedi, tustusu tepesinen cixa - cixa kosov kimi yanib
    - yaxildi. O vaxtdan anani "Siyah zenen" deye cagirmaga
    basladilar.
    Indiki bizim yasadigimiz Siyezen seheri de ele hemin erazide bina
    tutmusdur.
    Sayfa başına dön Aşağa gitmek
    https://ay-maral-can.yetkin-forum.com
    AyMaRaLCaN
    Admin
    AyMaRaLCaN


    Üyelik tarihi : 11/06/08

    Mesaj Sayısı : 12267

    Rep Gücü : 29249

    Rep Puani : 235


    Əfsanələr                Empty
    MesajKonu: Geri: Əfsanələr    Əfsanələr                Icon_minitimePerş. Nis. 19, 2012 4:56 pm

    Dil

    Qədim yunan əfsanələrindən birində nəql olunur ki, Elladanın müdrik bir filosofu günlərin birində öz aşpazına hörmətli qonaqları olacağını söyləyib, yaxşı bir nahar hazırlamağı tapşırır. Qonaqlar gələrkən süfrəyə dildən hazırlanmış yeməklər verilir. Aşpazın hərəkətindən təəccüblənmiş filosof, qonaqlar getdikdən sonra bu həngamənin səbəbini soruşarkən belə cavab alır: “Mənim ağam, yer üzündə dildən qiymətli nə var? İnsanlar dil vasitəsilə birbirləriilə əlaqə saxlayırlar, fikirlərini birbirlərinə başa salırlar. Dil olmasaydı, Homer öz əsərlərini necə yazardı?”
    Bu əhvalatdan xeyli müddət keçdikdən sonra filosof öz aşpazına yenə də xüsusi nahar hazırlamağı tapşırır və əlavə edir ki, bu dəfə vecsiz qonaqlar olacaq, zay yeməklər hazırlamaqla da keçinmək olar. Nahar zamanı aşpaz də’vət olunanlara yenə də dildən hazırlanmış müxtəlif yeməklər təqdim edir; qonaqlar getdikdən sonra isə bunun səbəbini öz təəccüblənmiş sahibinə belə izah edir: “Mənim ağam, dünyada dildən də pis şey varmı? İnsanlar dil vasitəsilə yalan danışır, günahsız adamların aralarını vururlar. Məgər ən çirkin böhtanlar belə dil vasitəsilə yaranmırmı?”
    Sayfa başına dön Aşağa gitmek
    https://ay-maral-can.yetkin-forum.com
     
    Əfsanələr
    Sayfa başına dön 
    1 sayfadaki 1 sayfası
     Similar topics
    -
    » əfsanə dedim :)

    Bu forumun müsaadesi var:Bu forumdaki mesajlara cevap veremezsiniz
     :: Azerbaycan Ədəbiyyati-
    Buraya geçin: