Hosgeldiniz.... AyMaRaLCaN Bilgi Paylasim Platformuna..... Cay Isterseniz ( Hayali Büfe ) Smile Sagda Büfemiz Var Buyurun Bir Bardak Alin Afiyetle Icin Seker Bitmis ise Lütfen Zile Tiklayin Servisimiz Yardimci Olacaktir..... ..Keyifli Seyirler Dilerim Smile Bye ...
Yazar ---- > Wink AyMaRaLCaN
Hosgeldiniz.... AyMaRaLCaN Bilgi Paylasim Platformuna..... Cay Isterseniz ( Hayali Büfe ) Smile Sagda Büfemiz Var Buyurun Bir Bardak Alin Afiyetle Icin Seker Bitmis ise Lütfen Zile Tiklayin Servisimiz Yardimci Olacaktir..... ..Keyifli Seyirler Dilerim Smile Bye ...
Yazar ---- > Wink AyMaRaLCaN
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.



 
AnasayfaGüncel KonularGaleriAramaLatest imagesKayıt OlGiriş yap
En son konular
»  Acilinden Kaciyorum ...Görüsmek Umudu Ile <---- Bye
Xalid Xürrəm       Icon_minitimeCuma Ara. 14, 2012 7:05 am tarafından AyMaRaLCaN

» Bir Sarkisin Sen
Xalid Xürrəm       Icon_minitimeCuma Ara. 14, 2012 7:03 am tarafından AyMaRaLCaN

» MerHaba MerHaba :)
Xalid Xürrəm       Icon_minitimeCuma Ara. 14, 2012 6:58 am tarafından AyMaRaLCaN

» Azerbaycan Yemekleri,Azerbaycan Yemek Kültürü,Azerbaycan Mutfağı
Xalid Xürrəm       Icon_minitimeCuma Ara. 14, 2012 6:49 am tarafından AyMaRaLCaN

» ORHAN AFACAN SIIRLERI Tas Atan Cocuklar
Xalid Xürrəm       Icon_minitimeCuma Kas. 30, 2012 7:48 am tarafından AyMaRaLCaN

» Aşık Mahzuni Şerif - Bu Mezarda Bir Garip Var
Xalid Xürrəm       Icon_minitimeCuma Kas. 30, 2012 3:51 am tarafından AyMaRaLCaN

» Aşık Mahzuni Şerif - Bizden Geriler (Gam Kasavet)
Xalid Xürrəm       Icon_minitimeCuma Kas. 30, 2012 3:49 am tarafından AyMaRaLCaN

» Aşık Mahzuni Şerif - Benim Hayatım
Xalid Xürrəm       Icon_minitimeCuma Kas. 30, 2012 3:48 am tarafından AyMaRaLCaN

» Aşık Mahzuni Şerif - Babasını (Bir Fakirin Hatırını)
Xalid Xürrəm       Icon_minitimeCuma Kas. 30, 2012 3:46 am tarafından AyMaRaLCaN

Tarıyıcı
 Kapı
 Indeks
 Üye Listesi
 Profil
 SSS
 Arama
Istatistikler
Toplam 7 kayıtlı kullanıcımız var
Son kaydolan kullanıcımız: AyBüke

Kullanıcılarımız toplam 28063 mesaj attılar bunda 19753 konu
Arama
 
 

Sonuç :
 
Rechercher çıkıntı araştırma
Similar topics
    Sosyal yer imi
    Sosyal yer imi reddit      

    www.ay-maral-can.yetkin-forum.com

    Sosyal bookmarking sitesinde adresi saklayın ve paylaşın
    En bakılan konular
    Acilinden Kaciyorum ...Görüsmek Umudu Ile <---- Bye
    Türkmenistan (3) - Türkmen İsimleri
    Sinezenler..Sözleri
    Bir Sarkisin Sen
    Azərbaycan dili → Bəzi sait səslərin tələffüzü
    Radyo icin Tema Resimleri Resimler Resim
    MerHaba MerHaba :)
    ŞİİR DİNLETİSİ SUNU METNİ
    Çok Güzel Kalp Resimler,i Güller ve Kalpler,
    Azerbaycan Bayragi

     

     Xalid Xürrəm

    Aşağa gitmek 
    YazarMesaj
    AyMaRaLCaN
    Admin
    AyMaRaLCaN


    Üyelik tarihi : 11/06/08

    Mesaj Sayısı : 12267

    Rep Gücü : 29249

    Rep Puani : 235


    Xalid Xürrəm       Empty
    MesajKonu: Xalid Xürrəm    Xalid Xürrəm       Icon_minitimePtsi Eyl. 10, 2012 4:55 pm





    Şamil Vəliyev
    professor






    Bu adı nə vaxt və kimdən eşitdiyimi, onun haqqında ilk dəfə harada nə oxuduğumu dəqiq xatırlamasam da, bircə şeyi aydın bilirəm ki, haqqında danışmaq istədiyim şəxsin taleyi ağrılı-acınacaqlı olub, vətən və millət duyğusu onun mənliyinə hakim kəsilib, elə bu üzdən də məşəqqətlərə dözməli olub. X. Xürrəm bəyin özü və əsərləri haqqında Azərbaycan sovet ədəbiyyatşünaslığındakı mülahizələrin hamısı qara rəng ilə yadda qalır, onun «mürtəce romantik», «mühafizəkar», «bulvar romançısı», «parnoqrafik əsərlər» müəllifi və s. bu qəbildən olan, ədəbi-elmi təhlilə o qədər də dəxli olmayan siyasi-ideoloji terminlərlə tanıdılmasına xidmət edir. Onun haqqında yazanların heç birinə inanmadığıma görə «X. Xürrəmin özü nə yazıb?» - sualına cavab aradım və Azərbaycan ədəbi-ictimai fikri tarixində özünəməxsus iz qoyan bu şəxsiyyətin qələm məhsullarını araşdırmağı məqsəd bildim.
    Azərbaycanla bağlı mühacir ədəbiyyatından söhbət aparılarkən XX əsrin əvvəllərində vətənimizə pənah gətirən Osmanlı Türk yazarlarını unutmaq olmaz. Onlardan biri Xalid Xürrəm Səbribəyzadədir. Bakıda nəşr olunan «Şəlalə» jurnalının redaktoru, «Sarı yarpaqlar» və «Zəhərli çiçəklər» kitablarının müəllifi. Azərbaycanda ədəbi-bədii və elmi fikrin inkişafında Xalid Xürrəm Səbribəyzadənin diqqətəlayiq rolu olmuşdur. İctimai-siyasi fikir adamları tərəfindən əksər hallarda kəskinliklə tənqid olunan, çox zaman səmərəli fəaliyyətinin də üzərindən qara pərdə asılan Xalid bəy Xürrəm füyuzatçı ədəbi məktəbin nümayəndələrindəndir. Doğrudur, onun ədəbi dil məsələlərinə münasibəti və bir sıra müstəqil mülahizələri dövrünün sənət adamları tərəfindən qəbul edilməmişdir. Lakin həmin illərin ədəbi axtarışlarının daxili dialektikasından irəli gələn bütün əyintiləri məhz onun adına yazmaq meyli düzgün sayılmamalıdır. Bütün bunları nəzərə almaqla XX əsr Azərbaycan ədəbiyyatında Xalid Xürrəmin yeri və mövqeyi işıqlandırılmalı, onun füyuzatçılarla, Azərbaycan romantikləri ilə ideya-bədii əlaqələri təhlil hədəfinə çevrilməlidir. Çünki «Şəlalə» jurnalının (jurnal görkəmli maarifçi-milyoner İsa bəy Aşurbəyovun maddi müavinəti ilə çıxırdı. İlk nömrəsi 19 yanvar 1913-cü ildə işıq üzü görmüşdür. 1913-cü ildə 1-47, 1914-cü ildə isə 1-9 nömrələri çıxmışdır – Ş.V.) redaktoru və baş yazarı kimi fəaliyyət göstərən X. Xürrəm, eyni zamanda, fəal publisist, nasir və istedadlı bir şair idi.
    «Şəlalə»nin səhifələrində M. Füzuli, Ə. Hamid, M. Ə. Racizadə, T. Fikrət, X. Z. Eşqizadə, N. Kamal, R. Tofik, Ə. Hüseynzadə, H. Cavid, M. Ə. Rəsulzadə, H. Şinasi, Ə. Nicdət və onlarla başqalarının əsərlərinə geniş yer ayıran Xalid bəy özünün də lirik şeirləri, romantik üslublu nəsr nümunələrini və elmi məqalələrini çap etdirirdi. O, məqalələrində əsasən əxlaqi tərbiyə və təlim, qadınların ictimai həyatda yeri və mövqeyi, bədii sənətkarlıq, milli-tarixi gerçəklik və müasir qayğılar, ictimai-siyasi azadlıq, ədəbi tərcümə, klassik irs və s. məsələlərə toxunur, yeni bədii axtarış meyllərinin gücləndirilməsinə çalışırdı. XX əsr Azərbaycan ədəbiyyatında özünü qabarıq şəkildə göstərən romantik və satirik cərəyanlara məxsus bədii düşüncə tərzinin hər ikisinin jurnalda əks olunması, həmin istəklə bağlıdır. Mahiyyət etibarilə romantizmə meydan açan jurnal milli məhdudiyyət, fanatizm və cəhalət əleyhinə çıxarkən adətən satiranın gücünə arxalanır:
    Atəş kənarı, kürsü qıçı, məhvəşin yüzü,
    Tanrı biliyor ki, qış gününün laləzarıdır
    deyənlərin mənəvi düşkünlüyünü «Mola Nəsrəddin» sayağı ifşa edirdi. Eyni zamanda X. Xürrəm istər dünya ədəbiyyatından tərcümələr vasitəsilə, istərsə də öz yaradıcılığı və müasirlərinin fəaliyyəti ilə jurnalı romantizmin keşiyində duran bir orqana çevirirdi. Elə buna görədir ki, jurnalı tənqid edən inqilabçı-demokratlar onu «baş sərinlədən» (M. Ə. Rəsulzadə) bir orqan kimi qiymətləndirirdilər. X. Xürrəmin «Cəzayi-cins əməldəndir», «Qadınlarımız» məqalələri, «Eşqü-həvəs» adlı sentimental romanı, «Naşadın dəftər xatirələri» silsiləsi, milli hekayələr adlandırdığı «Kin», «Qadın qəlbi», «Canan», «Məcid», «Namus», «Əsir» kimi nəsr nümunələri, «Zəhərli çiçəklər» (1919) və «Sarı yarpaqlar» (1913) adlı kitabları, habelə «Şəlalə» jurnalında dərc etdirdiyi çoxsaylı şeirlərinə diqqət yetirilərsə buna əmin olmaq mümkündür.
    Mənsub olduğu füyuzatçı ədəbi məktəbin başçısı Ə. Hüseynzadə kimi X. X. Səbribəyzadə də romantik ideala, estetik dəyərlərə meyl edir, «yalnız gördüklərini deyil, daha çox düşündüklərini yazmağı» vacib bilirdi. Buna görə də ədibin əsərlərinin bədii-estetik keyfiyyəti maraq doğurur, şairin romantik duyğularını sərgiləyirdi.
    Onun əsərlərində Türklük tarixi, ayrı-ayrı şəxsiyyət və nəsillərin həyat təcrübəsi mühüm yer tuturdu. Millət və dövlətin tarixini alim, dövlət xadimi, siyasətçi, sənətkar və şairin taleyi ilə eyni müstəvidə araşdıran X. X. Səbribəyzadə milli yaddaşın qorunmasını tələb edir, tarixi «nur ilə donatan» şəxslərin «həşrə qədər etməliyiz namını təzkar» söyləyirdi.
    XX əsrin əvvəllərində yaşayıb yaratmış bəzi müəlliflər kimi X. X. Səbribəyzadənin də poetik dil leksikonu ərəb-fars tərkibləri ilə qarışıqdır. Lakin bu, ədibin yaradıcılığına, bədii düşüncə aydınlığına kölgə sala bilmir. Onun əsərlərinin dili ilə Ə. Hüseynzadə, M. Hadi, A. Səhhət və başqalarının əsərlərinin dili arasında heç bir ciddi fərq yoxdur. Şeirlərindəki lirik-romantik üslubda və publisist düşüncə tərzində, hadisələri təhlil manerasında Ə. Hüseynzadənin yaradıcılıq ənənələrini davam etdirməsi aydın görünür. Məsələn, «Şəlalə»nin 2, 3, 4-cü saylarının 1-ci səhifəsində Ə. Hüseynzadənin «Faust»dan tərcümələri, sonrakı saylarda isə əksərən 1-ci səhifədə X. X. Səbribəyzadənin lirik-romantik üslubu ilə diqqəti çəkən şeirləri verilirdi. Bu şeirlərin hər birində «Füyuzat»ın poetik axtarış konsepsiyası öz real bədii həllini tapırdı.
    Azərbaycana X. Xürrəm sıravi bir inqilabçı kimi yox, Türk ədəbiyyatında yeniləşmə meylini, çağdaş Avropa ədəbiyyatını, dünya klassikasını, din tarixini, habelə dünyada güclənməkdə olan inqilabi-demokratik məfkurə və idealları dərindən mənimsəmiş bir qələm fədaisi, sənət adamı kimi pənah gətirirdi. Böyük bir imperatorluğun vətəndaşı olan, habelə onun zəiflədiyini ürək ağrısı ilə qarşılayan və elə bu üzdən də təcili dövlətçilik islahatlarının aparılması zərurətini inqilabi coşğunluqla söyləyənlərdən, həmin səbəbdən də vətənindən kənara atılanlardan biri X. Xürrəm bəy idi. «Osmanlı inqilabları tarixi»ndə həmişə dövlətin möhkəmlənməsi, dövlət adamlarının öz millətini tərəqqiyə çağırması ilə nəticələnən ictimai-siyasi və tarixi həqiqətlər X. Xürrəmi çox düşündürür, onun «haqq və ədalətə söykənən dövlət sonsuzluğa qədər var olacağı» fikrini təsdiqləyirdi. X. Xürrəm də müasirləri kimi Avropa inqilabları tarixinə və ona dair nəzəri görüşlərə söykənirdi. Lakin axırda fərdi yaradıcılıq və düşüncə mövqeyinə sadiq qalır, bir romantik sənətkar olaraq maarifçilik, ictimai təkamül yolunu tutur, bədii-estetik düşüncələrində insan və onun cəmiyyətdə yeri probleminə toxunur, fəlsəfi baxışlarında klassik Şərq didaktizmi ilə sufiyanə irfanın yeni sintetik ifadsinə nail olurdu.
    X. X. Səbribəyzadə Bakıya gəldiyi ilk günlərdən «İqbal» qəzetində buraxdırdığı məqalələrdə «Ermənistan haqqında erməni xülyalarını yazıb» təhlilə çalışır, kürdlərin tarixi məskunlaşma problemləri ilə bağlı mülahizələrini söyləyir, Azərbaycanın demokratik inkişaf yoluna qədəm qoyması üçün əlindən gələni əsirgəmirdi.
    Bu yolda o həm elmi-nəzəri, həm də əməli-təcrübi fəaliyyəti ilə xidmət göstərirdi. O bir tərəfdən ermənipərəst, şovinist dairələrin məkrli siyasətini ifşa edir, rusdilli mətbuatda («Baku» qəzetində) Türklük əleyhinə yürüdülən saxta fikirlərə qarşı çıxır, digər tərəfdən Azərbaycanda milli maarif, mədəniyyət, ədəbiyyat və mətbuat işinin quruculuğuna yardım göstərirdi. X. Xürrəmin «İqbal» qəzetində çıxan publisist yazıları, ictimai-siyasi məzmunlu şeirləri, tarixi faktlara söykənən məqalələri həmin xidmətin nümunəsidir. Onun «Türkiyə Ermənistanı», «Tərbiyə və təhsil» məqalələri, «Ədirnə» şeiri bu qəbildəndir. Həmin yaradıcılıq və fəaliyyət missiyasını o, «Şəlalə» jurnalında daha çoxşaxəli formada davam etdirə bildi. Xatırladaq ki, bu jurnal nəşrə başladığı gündən son sayına qədər X. Xürrəmin və «Füyuzat» ədəbi məktəbinin nüfuzu altında olmuş, «Türkləşmək, İslamlaşmaq və müasirləşmək» ideyasını yürütmüşdür. Buna görə də «Şəlalə» Azərbaycan Xalq Cümhuriyyətinə doğru aparan yolun ən qiymətli abidələrindən biridir. Lakin «Şəlalə»nin fəaliyyəti heç də həmişə birmənalı şəkildə alqışlanmır, «mətbuatımızın gözəl və nəfis bir qismini təşkil edən» məcmuənin «fikri» ilə «feli», habelə «istədiyi» ilə «işlədiyi» arasındakı bəzi uyğunsuzluqlar tənqid olunur, ictimai-siyasi problemlərə dair şəkillərin məzmun və mövzularına diqqət yetirilməsi arzulanırdı. Jurnalın müdafiə etdiyi ideyalarla – onun məsləki ilə «dərc etməkdə bulunduğu rəsmlər arasında pək açıq bir ahəngsizlik – bir ədmi-təvafiq, bir tənafir (rezkiy dissonans)» görülməsi bu baxımdan maraqlıdır.
    Bununla yanaşı «İqbal»da imzasız çıxan yazıda «Şəlalə»nin «Füyuzat» ədəbi məktəbi ənənələrini davam etdirdiyi aşağıdakı kimi təsdiqlənirdi: «Əli bəy Hüseynzadə, Səbribəyzadə Xalid bəy və Hüseyn Cavid bəy və sair ərbabi-qələmin asari-qəlminə cilvəgah olan məcmuəyi-məzkurə ciddi bir məslək təqib etmək məqsədində olacağına ümidimiz bir kamaldır». Məqalənin imzasız çıxması, müəllifin «rezkiy dissonans» ibarəsi ilə düşünmə bacarığı və nəhayət, jurnalda tənqidə əsas verən şəkillərin Bolqarıstanda, habelə Avropada məhz Türklüyün tarixi taleyi ilə bağlı olması bir sıra məsələləri aydınlaşdırmağa imkan verir, son olaraq imperiyapərəst meylin təzahürünü, təəssübünü açıqlayır.
    Xalid bəy adətən «Altunqələm» və «Xürrəm» imzaları ilə mətbuatda çıxış edirdi. Müxtəlif ictimai səbəblərin təsiri üzündən yaşayış və həyat tərzi, habelə düşüncə normativliyi pozulan faciəvi insanlar X. X. Səbribəyzadənin əsərlərinin əsas qəhrəmanları olmaqla yanaşı, həm də XX əsr Azərbaycan ədəbi hərəkatında orijinal keyfiyyətləri ilə seçilən, nəzəri-estetik fikirdə sentimentalizmi doğuran «bəni-növi-bəşərdir». Haqqında danışılan hekayələrini «Şəlalə» jurnalında X. X. Səbribəyzadə bir qayda olaraq «Milli hekayələr» silsiləsi ilə buraxdırsa da, burada «millilik» amili zahiri səciyyə daşıyır, müəllif qayəsi isə bəşəri problemlə bağlanır, «zavallı insanlar»ın taleyi, «bəni-növi-bəşər»in haqqı bədii-estetik təhlilin mövzusuna çevrilirdi.
    X. X. Səbribəyzadənin əsərləri içərisində «Eşqü-həvəs» adlı yarımçıq romanı da əhəmiyyətli yer tutur. Həcminə görə müəllifin ən böyük əsəri budur. Xatırladaq ki, onun rəhbərlik etdiyi «Şəlalə» jurnalının adı təsadüfi seçilməmişdi. Əgər XX əsrin birinci onilliyində «Füyuzat» ədəbiyyat tariximizdə «feyzlər mənbəyi» adını şərəflə yerinə yetirmişdisə, bu mənbədən alınan ideya-bədii və nəzəri-estetik qidanı öz fəaliyyəti ilə daha da təkmilləşdirən «şəlalə»çilər sözün geniş mənasında ikinci onillikdə ədəbi hərəkatda şəlalə axını yaratmağa nail ola bildilər. Odur ki, obrazlı şəkildə «Füyuzat»ı, «feyzlər mənbəyini» dağ çayına qida verən saf, duru, dadlı və bol sulu bulağa, «Şəlalə»ni isə həmin çayın axarından yaranan dümağ suyu, əsrarəngiz gözəlliyi ilə seçilən şəlaləyə bənzətmək olar. Həmin obrazlı ədəbi-tarixi rolunu uğurla yerinə yetirdiyinə görədir ki, «Şəlalə»nin öz adını doğrultduğu qənaətini cəsarətlə söyləmək olar.
    «Şəlalə»çilərin Azərbaycan ədəbi mühitinə çatdırdığı ədəbi-elmi və tənqidi düşüncə ona görə faydalı sayılırdı ki, XX əsrin əvvəllərində qabaqcıl Avropa ədəbiyyatı ilə əlaqədə formalaşan təcəddüd ədəbiyyatına bəzi hallarda biganəlik göstərilirdi, ögey münasibət bəslənirdi. Sadəcə dil, Osmanlı Türk dili (şivəsi) faktoru nəzərə alınaraq Rza Tofiq, Şinasi, M. Ə. Rəcaizadə, Abdulla Cövdət, Süleyman Nəzif və başqa mütəfəkkir yazıçıların yaradıcılığı haqqında əsassız tənqidlərə (məsələn, «İqbal» qəzetində S. Nəzif haqqında) Azərbaycan mətbuatında yer verilirdi. «Şəlalə»çilər isə haqlı olaraq bədii yaradıcılıq təcrübəsi və imkanları ilə seçilən təcəddüd ədbiyyatı nümayəndələrinin həm tərcümeyi-halı, onların yaradıcılıq bioqrafiyasının təkmillşdirilməsinə təsir göstərən amillər haqqında geniş bilgi verir, həm də onların bədii səviyyəsi ilə seçilən əsərlərini oxuculara çatdırırdılar. «Şəlalə»çilərin bu sırada təqdim etdiyi şəxsiyyətlər ən çox «Sərvəti-fünun» müəllifləri, bütövlükdə «ədəbiyyati-cədid» nümayəndələri idi. Bu yöndə ədəbi-bədii təbliğat işini şəlaləçilər «Füyuzat» ənənələrinə uyğun şəkildə aparır, daha çox romantik – «öz keyfinə tabe bədayepərvər» (Ə. Hüseynzadə) sənətkarların yaradıcılıq yolunu işıqlandırmağa üstünlük verirdilər. Doğrudur, bu fəaliyyət yönü sonralar Azərbaycan sovet ədəbiyyatşünaslığında «sənət sənət üçündür» devizini yürüdənlərin estetçi mövqeyi kimi pislənildi, lakin nəzərə alsaq ki, kommunist cəmiyyətindən başqa heç bir cəmiyyətdə sənətkar əsl sənət əsəri yaratmasına görə tənqid hədəfinə çevilmirdi, onda həmin sovetoloji yöndən qiymətləndirmənin elmi-bədii təhlil mizanlarını unudaraq ideya-siyasi prinsiplərə əsaslanmağının mahiyyəti və səbəbləri də öz-özünə aydınlaşmış olar. Əgər sovetoloji mövqedə dayananlarımız özünə elmi-tənqidi münasibət obyektivliyi, milli ədəbiyyatı dünya ədəbiyyatının bəşəri dəyərləri kontekstində qiymətləndirmə meyli, ideya-siyasi pafosa uymadan uğursuzluqları təhlil və etiraf cəsarəti göstərsəydi, heç şübhəsiz ki, indiyə qədər nəinki, «Füyuzat» ədəbi məktəbi ənənələrindən, habelə Türk təcəddüd ədəbiyyatından da yan keçilməzdi. «Şəlalə»çilər, sadəcə, «Füyuzat»çıların ədəbi məktəb ənənələrini davam etdirmir, həm də onlar Türkiyə vasitəsilə Avropa ədəbiyyatı və mədəniyyətinə doğru açılan yolu genişləndirməyə çalışırdılar.
    Sayfa başına dön Aşağa gitmek
    https://ay-maral-can.yetkin-forum.com
     
    Xalid Xürrəm
    Sayfa başına dön 
    1 sayfadaki 1 sayfası
     Similar topics
    -

    Bu forumun müsaadesi var:Bu forumdaki mesajlara cevap veremezsiniz
     :: Azerbaycan Ədəbiyyati-
    Buraya geçin: