Misafir Misafir
| Konu: De unuda bilərəmmə səni? Çarş. Ara. 22, 2010 10:38 pm | |
| Həbs olmusan ürəyimə əbədi.De, unuda bilərəmmi mən səni?Sənsizlikdə bir an üzüm gülmədi.De, unuda bilərəmmi mən səni?
Tapıb səni alaram qanadımaAlıb səni çataram muradıma.Bu sevgidə sən yetişdin dadımaDe, unuda bilərəmmi mən səni?
Parçalayıb çıxarsalar qəlbimi,Alıb məndən aparsalar ömrümü,Kimsə məndən ala bilməz sevgimiDe, unuda bilərəmmi mən səni?
Sevinərəm, mən sənə sirdaş olsam,Üzülərəm, gözlərində yaş olsam.Bu sevgidə əbədilik daş olsam.De, unuda bilərəmmi mən səni?
Bu ömrümü sənə verdim hədiyyəAl canımı, vida deyim gəncliyə.Bu sual dolaşır başımda, niyə?De, unuda bilərəmmi mən səni? |
|