Hosgeldiniz.... AyMaRaLCaN Bilgi Paylasim Platformuna..... Cay Isterseniz ( Hayali Büfe ) Smile Sagda Büfemiz Var Buyurun Bir Bardak Alin Afiyetle Icin Seker Bitmis ise Lütfen Zile Tiklayin Servisimiz Yardimci Olacaktir..... ..Keyifli Seyirler Dilerim Smile Bye ...
Yazar ---- > Wink AyMaRaLCaN
Hosgeldiniz.... AyMaRaLCaN Bilgi Paylasim Platformuna..... Cay Isterseniz ( Hayali Büfe ) Smile Sagda Büfemiz Var Buyurun Bir Bardak Alin Afiyetle Icin Seker Bitmis ise Lütfen Zile Tiklayin Servisimiz Yardimci Olacaktir..... ..Keyifli Seyirler Dilerim Smile Bye ...
Yazar ---- > Wink AyMaRaLCaN
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.



 
AnasayfaGüncel KonularGaleriAramaLatest imagesKayıt OlGiriş yap
En son konular
»  Acilinden Kaciyorum ...Görüsmek Umudu Ile <---- Bye
Azərbaycan, Odlar Yurdu Icon_minitimeCuma Ara. 14, 2012 7:05 am tarafından AyMaRaLCaN

» Bir Sarkisin Sen
Azərbaycan, Odlar Yurdu Icon_minitimeCuma Ara. 14, 2012 7:03 am tarafından AyMaRaLCaN

» MerHaba MerHaba :)
Azərbaycan, Odlar Yurdu Icon_minitimeCuma Ara. 14, 2012 6:58 am tarafından AyMaRaLCaN

» Azerbaycan Yemekleri,Azerbaycan Yemek Kültürü,Azerbaycan Mutfağı
Azərbaycan, Odlar Yurdu Icon_minitimeCuma Ara. 14, 2012 6:49 am tarafından AyMaRaLCaN

» ORHAN AFACAN SIIRLERI Tas Atan Cocuklar
Azərbaycan, Odlar Yurdu Icon_minitimeCuma Kas. 30, 2012 7:48 am tarafından AyMaRaLCaN

» Aşık Mahzuni Şerif - Bu Mezarda Bir Garip Var
Azərbaycan, Odlar Yurdu Icon_minitimeCuma Kas. 30, 2012 3:51 am tarafından AyMaRaLCaN

» Aşık Mahzuni Şerif - Bizden Geriler (Gam Kasavet)
Azərbaycan, Odlar Yurdu Icon_minitimeCuma Kas. 30, 2012 3:49 am tarafından AyMaRaLCaN

» Aşık Mahzuni Şerif - Benim Hayatım
Azərbaycan, Odlar Yurdu Icon_minitimeCuma Kas. 30, 2012 3:48 am tarafından AyMaRaLCaN

» Aşık Mahzuni Şerif - Babasını (Bir Fakirin Hatırını)
Azərbaycan, Odlar Yurdu Icon_minitimeCuma Kas. 30, 2012 3:46 am tarafından AyMaRaLCaN

Tarıyıcı
 Kapı
 Indeks
 Üye Listesi
 Profil
 SSS
 Arama
Istatistikler
Toplam 7 kayıtlı kullanıcımız var
Son kaydolan kullanıcımız: AyBüke

Kullanıcılarımız toplam 28063 mesaj attılar bunda 19753 konu
Arama
 
 

Sonuç :
 
Rechercher çıkıntı araştırma
Similar topics
Sosyal yer imi
Sosyal yer imi reddit      

www.ay-maral-can.yetkin-forum.com

Sosyal bookmarking sitesinde adresi saklayın ve paylaşın
En bakılan konular
Acilinden Kaciyorum ...Görüsmek Umudu Ile <---- Bye
Türkmenistan (3) - Türkmen İsimleri
Sinezenler..Sözleri
Bir Sarkisin Sen
Azərbaycan dili → Bəzi sait səslərin tələffüzü
Radyo icin Tema Resimleri Resimler Resim
MerHaba MerHaba :)
ŞİİR DİNLETİSİ SUNU METNİ
Çok Güzel Kalp Resimler,i Güller ve Kalpler,
Azerbaycan Bayragi

 

 Azərbaycan, Odlar Yurdu

Aşağa gitmek 
YazarMesaj
MaRaLCaN
Admin
MaRaLCaN


Üyelik tarihi : 27/03/10

Mesaj Sayısı : 6713

Rep Gücü : 18340

Rep Puani : 218


Azərbaycan, Odlar Yurdu Empty
MesajKonu: Azərbaycan, Odlar Yurdu   Azərbaycan, Odlar Yurdu Icon_minitimePerş. Mart 24, 2011 5:23 pm

Şimaldan
- Baş Qafqaz dağları, qərbdən - Göyçə gölü hövzəsi də daxil olmaqla
Alagöz dağ silsiləsi və Şərqi Anadolu, şərqdən - Xəzər dənizi, cənubdan
isə Sultaniyyə-Zəncan-Həmədan hüdudları ilə əhatə olunan tarixi
Azərbaycan torpaqları müasir sivilizasiyanın inkişafına başladığı ən
qədim mədəniyyət mərkəzlərindən biridir. Azərbaycan xalqı bu ərazidə -
tarixi Azərbaycan torpaqlarında zəngin və özünəməxsus bir mədəniyyət, o
cümlədən dövlətçilik ənənələri yaratmışdır.

Azərbaycan adının
tarixi tələffüzü cürbəcür olmuşdur. Qaynaqlarda bu ad qədimdən
başlayaraq Andirpatian, Atropatena, Adirbican, Azirbican və nəhayət,
Azərbaycan şəklində işlənmişdir.

Azərbaycan qədim tarixi
arxeoloji, etnoqrafik, antropoloji və yazılı qaynaqlar əsasında yazılır.
Arxeoloji qazıntılar zamanı aşkar edilmiş əşyalar Azərbaycanın
maddi-mədəniyyət tarixini öyrənməyə imkan vermişdir. Tarixi qaynaqlar və
ekspedisiyalar zamanı toplanan etnoqrafik materiallar əsasında
adət-ənənələr, maddi-mənəvi mədəniyyət, keçmiş idarə formaları, ailə
münasibətləri və s. öyrənilir.

Azərbaycan Respublikası
ərazisində aparılan arxeoloji tədqiqatlar zamanı ilk sakinlərin
məskunlaşmasına aid zəngin maddi mədəniyyət nümunələri aşkar olunmuş və
bunun nəticəsində respublikamızın ərazisinin insanın formalaşdığı
məskənlər siyahısına daxil olunmasına zəmin yaratmışdır. Azərbaycan
ərazisində hazırda ilk ibtidai insanların 1,7-1,8 milyon il bundan
əvvəldən yaşamağa başlamasına aid ən qədim arxeoloji və paleontoloji
materiallar tapılmışdır

Azərbaycan, Odlar Yurdu 644bfe8ad08f
Biz
sizə ecazkar bir diyardan - Azərbaycandan, onun təkrarsız təbiətindən,
çoxəsrlik mədəniyyətindən, tarixindən, bu diyarın qədim sakinlərindən -
onun həyatından, müxtəlif mədəniyyətlərə və sivilizasiyalara məxsus
elementləri ahəngdar şəkildə özündə birləşdirən adət və ənənələrindən
söhbət açmaq istəyirik. Azərbaycan coğrafi addır. Bu ad bir tərəfdən bu
ərazidə eradan çox-çox əvvəl yaşayan əhalinin əksəriyyətinin atəşpərəst
olması ilə bağlıdır. Yəni bu ərazidə yaşayan əhali odu allah sayırdılar,
oda tapınırdılar. "Azər" - od, atəş deməkdir. O biri tərəfdən,
Azərbaycan ərazisində qədim zamanlarda türk soylu "Azər" sözündəndir.
"Azər" - "az" və "ər" tərkibindən ibarətdir. Türk dillərində "az"ın
yaxşı niyyət, uğurlu tale kimi anlamları var. "Azər" - yəni "ər kişi",
"ər oğlu", "od qoruyan" deməkdir. Deməli "Azərbaycan" bu ərazidə yaşayan
qədim türk dilli qəbilənin adından əmələ gəlmişdir.

Azərbaycan
dünyanın ən qədim insan məskənlərindən biridir. Bəşəriyyət bütün inkişaf
dövrlərində bu torpaqda öz tarixini yaşamışdır. İnsanlığın ilk
çağlarında Azərbaycanda insan məskənləri olmuşdur. Bugünkü bəşər
mədəniyyətinin yaranması, tərəqqisi və dialektikasında Azərbaycanın öz
yeri, öz payı vardır.

Zaman uzun keçmişlərin bir çox arxeoloji və
memarlıq abidələrini bizim üçün qoruyub saxlamışdır. Qədim daş
kitabələr, əlyazmalar, əsrlərin dərinliklərindən yadigar qalmış xalça
naxışları, onları oxumağı bacaranlara, başlıcası isə oxumaq istəyənlərə
çox şey danışa bilər. Azərbaycanı tanımaq, onun haqqında həqiqəti bilmək
üçün bu torpağa, onun adamlarına dost gözü ilə baxmaq gərəkdir.

Azərbaycan, Odlar Yurdu 0484105a2954
Azərbaycan
qədim mədəniyyət ölkəsidir. Buraya köçüb gəlmış oğuz tayfaları həmin
ərazidə əsrlər boyu təşəkkül tapıb sabitləşmiş, dərin köklərə malik
mədəniyyətlə qarşılaşaraq, öz növbələrində bu mədəniyyəti ümumtürk
mədəni ənənələri ilə zənginləşdirmişlər. Xalqımızın istedadı və
yaradıcılıq qüdrəti "Kitabi-Dədə Qorqud", "Oğuznamə", "Koroğlu" və bir
çox başqa epik abidələrdə təcəssüm etmişdir.

Bu bərəkətli,
səxavətli və mehriban torpaq bir çox mütəfəkkirlərin, filosofların,
alimlərin, şairlərin, memarların, müsiqiçilərin, rəssamların beşiyi
olmuşdur. Rəvayətə görə, Zərdüşt bu torpaqda dünyaya göz açmışdır.
Azərbaycan torpağı bəşəriyyətə Nizami Gəncəvi, Xaqani Şirvani,
Bəhmənyar, Nəsimi, Füzuli, Nəsirəddin Tusi, Şah İsmayıl Xətai, Molla
Pənah Vaqif, A.Bakıxanov, M.F.Axundov, M.Ə.Sabir, C.Məmmədquluzadə,
Hüseyn Cavid, C.Cabbarlı, Səməd Vurğun, Əliağa Vahid, Rəsul Rza kimi
dahilər bəxş etmişdir.

Azərbaycan, Odlar Yurdu 558f50b38b2a
Doğma
diyarın al-əlvan təbiəti Səttar Bəhlulzadə, Tahir Salahov, Toğrul
Nərimanbəyov, Mikayıl Abdullayev və digər istedadlı fırça ustalarının
boyakarlıq lövhələrində əksini tapmışdır.

Xalq müsiqimiz,
muğamlarımız Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Qara Qarayev, Fikrət
Əmirov, Niyazi, Arif Məlikov kimi görkəmli bəstəkarları bu gün bütün
dünyada səsləndirilən əsərlər bəstələməyə ruhlandırmış, Bülbül, Rəşid
Behbudov kimi sehirli, ecazkar səsə malik müğənnilərə ilham vermişdir.

Məşhur
Azərbaycan xalçaları sanki təbiətin bütün rənglərini, boyalarını,
tarixin bütün nişanələrini özündə təcəssüm etdirir. Bu gün onlar uçan
xalçalar kimi, zaman və məkan hüdudlarını aşaraq Azərbaycandan çox-çox
uzaq olan ölkələrə gedib çıxırlar.

Dünyanın bir çox muzeylərində
Azərbaycan ustalarının metal, keramika, ipək və ağacdan yaratdıqları
dekorativ sənət nümunələri saxlanılır.

Azərbaycan, Odlar Yurdu B1ba35578ff6
Azərbaycanda
elmin və maarifin çoxəsrlik tarixi vardır. 1919-cu ildə açılmış Bakı
Dövlət Universiteti, 1945-ci ildə yaradılmış Azərbaycan Elmlər
Akademiyasının institutları respublikada elmin, təhsilin və mədəniyyətin
inkişafında müstəsna rol oynamışlar. Bu gün respublika alimlərinin
maraq dairəsinə Xəzərin dərinlikləri, kosmosun ənginlikləri, insan
beyninin sirləri və s. problemlər daxildir.

Onlarla ali məktəb
və texnikumlar, minlərlə məktəb, kollec və litseylər, ilahiyyət məktəbi -
budur bugünkü Azərbaycanın təhsil sisteminin mənzərəsi.

Respublika
alimlərinin həll etdikləri mühüm problemlərdən biri Xəzər dənizinin,
Azərbaycanın müxtəlif bölgələrinin ekologiyasının qorunub saxlanmasıdır.
Alimlərin səyləri sayəsində onlarla qoruq - Qızılağac, Şirvan,
Zaqatala, Ağgöl, Girkan və s. yaradılmışdır.

Onilliklər boyu
ölkə sənayəsini neftçıxarma, neft-kimya və neft emalı, kənd
təsərrüfatını isə pambıqçılıq, üzümçülük, tərəvəzçilik və maldarlıq
təmsil etmişdir.

Azərbaycanın iqtisadiyyatını canlı orqanizmə
bənzətsək, etiraf edilməlidir ki, onun damarlarından neft axır.
Azərbaycanda yer altından neftin, yanar qazın çıxması bu yeri hələ qədim
zamanlarda hər yerdə məşhur etmişdir.

Azərbaycan ta qədimdən
özünün əbədi yanan ocaqları, atəşgahları ilə məşhurdur. Abşeronda
Yanardağ deyilən yer var. Naxçıvanda, Kəlbəcərdə, Masallıda, Lənkaranda,
Babadağda… yerdən qaynar sular çıxır.


Suraxanıda əbədi
olaraq yanan və heç vaxt sönməyən Atəşgah vardır. Əsrlər boyu dünyanın
uzaq-uzaq ellərindən oda inanan, oda tapınan atəşpərəstlər, hətta
Hindistandan kahinlər odu axtara-axtara gəlib onu Abşeronda tapıblar və
özlərinin baş məbədlərini burada - Suraxanı Atəşgahında yaratmışlar.


Bu
gün də "Azərbaycan" deyəndə göz önünə onun əsas sərvəti olan neft
gəlir. Neft təkcə sərvət yox, həm də şöhrətdir. Uzaq zamanlarda bu
diyara yer altından çıxıb gölməçələrdə qərar tutan xüsusi qoxusu, rəngi
olan mayenin ardınca uzaq-uzaq ölkələrdən gəlirdilər. Min illər boyu
tuluqlara doldurulmuş nefti Şərqə, Qərbə dəvə karvanları ilə
aparırdılar. Azərbaycandan aparılan neftdən təkcə işıq üçün yox, həm də
bir çox xəstəliklərdə qiymətli dərman kimi istifadə edirdilər. Əsrlər
bir-birini əvəz etdikcə yaxın-uzaq ölkələrdə neftə olan tələbat durmadan
artırdı.


XIX əsrdən başlayaraq bütün dünyada sənayenin
yüksəlişi ilə əlaqədar olaraq neftə olan ehtiyac görünməmiş bir sürətlə
artdı. Həmin əsrdən başlayaraq neft məişət vasitəsindən çıxaraq siyasətə
çevrilir. Tarixə elm-texnika əsri kimi daxil olmuş XX əsrdə isə neft
məsələsi dünya məsələsinə çevrilir. Neft ölkələrində xüsusi neft
siyasəti, neft strateqiyası meydana gəlir.

Azərbaycan, Odlar Yurdu 8c56072ab59d
Bu
gün Azərbaycanda nəhəng enerji layihələri yerinə yetirilməkdədir. Xəzər
dənizinin Azərbaycana aid olan hissəsində neft və qaz layihələri uğurla
həyata keçirilir. Azərbaycan Xəzər dənizinin nəhəng enerji potensialını
ilk mənimsəyən və regionun inkişafında keyfiyyətcə yeni iqtisadi modeli
formalaşdıran, Avropa və Asiya arasında siyasi və ticarət əlaqələrinin
genişləndirilməsində, Qafqaz nəqliyyat dəhlizinin inkişafında, nəhəng
layihələrin gerçəkləşməsində Xəzəryanı və Qafqaz regionunda mühüm rol
oynayan bir dövlətə çevrilmişdir.

Ermənistanın Azərbaycana qarşı
hərbi təcavüzünə və onun ağır nəticələrinə (Ermənistan Dağlıq Qarabağ və
onun inzibati sərhədlərindən kənarda yerləşən 7 rayonu işğal edib.
Ölkənin 8 milyonluq əhalisinin 1 milyonu qaçqın-köçkündür) .
1988-ci
ildə Dağlıq Qarabağ Muxtar Vilayətinin separatçı-terrorçu qruplaşmaları
və Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağın ələ keçirilməsi uğrunda
hərbi əməliyyatlara başladılar. SSRİ Silahlı Qüvvələrinin Ermənistan və
Dağlıq Qarabağ Muxtar Vilayətində yerləşən hissələri də onlara
qoşuldular. Əvvəlcə Dağlıq Qarabağın azərbaycanlı yaşayış məskənlərinin
işğalına başlandı. 1992-ci il yanvarın 15-də Kərkicahan, fevralın 10-da
Malıbəyli, Quşçular kəndləri işğal olundu, dinc və silahsız əhaliyə
divan tutuldu, Xocalı və Şuşanın mühasirə məngənəsi daraldı. Erməni və
sovet hərbi birləşmələri fevralın ortalarında Qaradağlı kəndini ələ
keçirdilər. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə müasir tarixin
ən faciəli hadisəsi baş verdi. Erməni hərbi birləşmələri Xocalıda
Rusiyanın 366-cı motoatıcı polkunun əsgərləri ilə birlikdə
azərbaycanlılara qarşı dəhşətli soyqırımı törətdi. Xalq hərəkatının daha
da gücləndiyi şəraitdə 1992-ci ilin martında respublikaya rəhbərlik
edən A.Mütəllibov istefa verdi. Yaranmış hakimiyyət boşluğu Azərbaycan
Respublikasının müdafiə qabiliyyətini daha da zəiflətdi. Bunun
nəticəsində 1992-ci ilin mayında erməni və sovet hərbi birləşmələri
Şuşanı da ələ keçirdilər. Bununla da faktiki olaraq ermənilər bütün
Dağlıq Qarabağın ərazisini işğal etdilər. Növbəti addım Dağlıq Qarabağı
Ermənistanla birləşdirən Laçın rayonunun işğalı oldu. Azərbaycan Xalq
cəbhəsinin hakimiyyəti (1992 may-1993 iyun) dövründə davam edən yeni
hakimiyyət çəkişmələri respublikanın müdafiəsinə ağır zərbə vurdu.
1993-cü ilin aprelində Kəlbəcər işğal olundu. İyun ayında Azərbaycanda
dərin siyasi böhran baş verdi...
Sayfa başına dön Aşağa gitmek
http://www.ay-maral-can.tr.gg
MaRaLCaN
Admin
MaRaLCaN


Üyelik tarihi : 27/03/10

Mesaj Sayısı : 6713

Rep Gücü : 18340

Rep Puani : 218


Azərbaycan, Odlar Yurdu Empty
MesajKonu: Geri: Azərbaycan, Odlar Yurdu   Azərbaycan, Odlar Yurdu Icon_minitimePerş. Mart 24, 2011 5:26 pm

AZƏRBAYCANIN ƏRAZİSİ


Ərazisi

86.6
min km2 (12% meşələr, 1.7% su hövzəsi, 54.9% yararlı torpaqlar,
cümlədən 31.1 % otlaq və biçənəklə,31.4% sair torpaqlar).Ölkə 44° və 52°
şərq uzunluq dairəsi, 38° və 42° şimal en dairəsində, Bakı 40° paralel
üzərindədir.

Bakıdan şimal qütbünə qədər olan məsafə 5550 km, ekvatora qədər olan məsafə isə 4440 km

Böyük göllər, km2
Sarısu - 67.0
Ağgöl - 56.2
Ağzıbirçala - 37.0
Mehman - 35.0
Böyükşor - 9.2
Hacıqabul - 8.4

Dünyada ən böyük göl -Xəzər dənizi
sahəsi 400000 km2, dərinliyi-1025 m.
Ən yüksək dağ zirvəsi
Bazardüzü - 4466 m.

Qonşuları

Dövlət
sərhədləri Cənubdan İranla 765 km və Türkiyə ilə 15 km, şimaldan Rusiya
ilə 390 km, şimali-qərbdən Gürcüstan ilə 480 km, qərbdən Ermənistan ilə
1007 km həmsərhəddir.

Xəzər dənizinin Azərbaycan sektorunda ən enli sahəsinin uzunluğu 456 km

Böyük adalar km2
Pirallahı - 14.4
Çilov - 11.5
Xərə-Zirə - 3.5
Böyük-Zirə - 1.4

Böyük çaylar km
Kür - 1515
Araz - 1072
Alazan (Qanıx) - 413
İori (Qabırrı) - 389
Samur - 216
Tərtər - 200
Sayfa başına dön Aşağa gitmek
http://www.ay-maral-can.tr.gg
MaRaLCaN
Admin
MaRaLCaN


Üyelik tarihi : 27/03/10

Mesaj Sayısı : 6713

Rep Gücü : 18340

Rep Puani : 218


Azərbaycan, Odlar Yurdu Empty
MesajKonu: Geri: Azərbaycan, Odlar Yurdu   Azərbaycan, Odlar Yurdu Icon_minitimePerş. Mart 24, 2011 5:27 pm

Bakı tarixi
Abşeron
yarımadasında tapılmış arxeoloji materiallar buranın qədim yaşayış
məskəni olduğunu sьbut edir. Artyom, Zığ gцlь ətrafı, Şьvəlan, Mərdəkan,
Binəgədi, Əmircan və s. yerlərdə e.ə. 3-1 ci minilliklərə aid arxeoloji
materiallar tapılmışdır.

Azərbaycan, Odlar Yurdu 975e6456d454
Bakının
salındığı tarix dəqiq məlum deyildir. Bəzi tədqiqatзılar Bakını Qaytara
(Qanqara), Albana, Baruka və s. ilə eyniləşdirirlər. Bakıda tapılmış
5-7 əsrlərə aid Sasani dəfinəsi o dцvrdə buranın yaşayış məntəgəsi
olduğunu gцstərir. 5-6 əsr mənbələrində Bağavan və Atəş-i Baquan
adlandırırlar. Ərəb mənbələrində (10 əsr) "Bakuyə", "Bakuh", "Baku", rus
mənbələrində (15 əsr) "Baka", Səfəvilər dцvrь farsdilli mənbələrdə
"Badkubə" kimi qeyd edilir.

9 əsrin 2-ci yarasında Abbasilər
xilafətinin zəifləməsi və mərkəzi hakimiyyətdən uzaqlaşmaq meyllərinin
qьvvətlənməsi Xilafətə tabe цlkələrdə bir sıra mьstəqil dцvlətlərin
yaranmasına səbəb oldu. Belə dцvlətlərdən biri də Şirvanşahlar dцvləti
idi. Bakı 10 əsrin axırlarında Şirvanın əsas şəhərlərindən birinə
зevrildi. Əhali sənətkarlıq, ticarət, bağзılıq, bostanзıliq, ьzьmзьlьk,
baramaзılıq, əkinзilik, neftзıxarma, baliqзıliq və s. ilə məşğul olurdu.

Azərbaycan, Odlar Yurdu 98e7ff15867f
Zəfəran
da əkilirdi.İqtisadiyyatında neft və duz əsas yer tuturdu. Ərəb səyyahı
Əbu Dьləfin (10 əsr) məlumatına gцrə, Bakıdakı iki neft mənbəyindən
ildə təgr. 720 min dirhəm gəlir gцtьrьlьrdь. Feodal mьnasibətlərinin,
ticarət və sənətkarlığın inkişafı şəhərin tərəqqi etməsinə imkan
yaradırdı. Beynəlxalq ticarət yolları ayırıcında olan Bakı Şərg və Qərb
цlkələri arasındakı ticarətdə mьhьm əhəmiyyətə malik idi. Bakıya xəzər,
slavyan, Bizans, Зin, İraq, Suriya, Genuya, Venesiya, İran, Hindistan
tacirləri gəlirdi. Bakıdan İran, İraq və s. цlkələrə neft ixrac
olunurdu.

Bakı 10 əsrdən liman şəhəri kimi məşhur idi. 11 əsrin
sonu-13 əsrin əvvəllərində Bakı tərəqqi dцvrь keзirirdi. 1191 ildə Qızıl
Arslan Şamaxını tutdugda Şirvanşah 1 Axsitan mьvəqqəti olaraq paytaxtı
Bakıya kцзьrmьşdь. Şirvanşahlar şəhərin mцhkəmləndirilməsinə xьsusi
diqqət verirdilər. 12 əsrdə Bakı ikicərgəli qala divarı və xəndəklə
əhatə olundu.

Qız Qalası da şəhərin mьdafiə sisteminə daxil idi.
1232-35 illərdə Bakını dəniz tərəfdən qorumaq məqsədi ilə buxta
daxilində mцhkəmləndirilmiş qala tikildi. Şirvanşahlar Xəzər dənizində
qьclь donanma yaratdılar.

Azərbaycan, Odlar Yurdu Db809401bf23
13
əsrin 30-cu illərində monqollar Bakıya hucum edib, uzunmьddətli
mьhasirədən sonra şəhəri aldılar. Bakıda neft зıxarılması və ticarət
tənəzzьlə uğradı. 14 əsrin ortalarına doğru Bakıda ticarət (xьsusilə
dəniz ticarəti) yenidən canlandı. Gilan və Şamaxı ipəyinin beynəlxalq
ticarətdə əhəmiyyətinin artmasi ilə əlaqadar Bakının iqtisadi mцvqeyi
yьksəldi. 14 əsrdən Bakıdan Qızıl Orda, Moskva knyazlığı, Avropa
цlkələri və s. yerlərə mьxtəlif mallar, xьsusən ipək, xalзa və s. ixrac
edilirdi. Bakıdan Həştarxana, Orta Asiyaya və Xəzərin cənub sahillərinə
də mal daşınırdı. 14 əsrin 2-ci yarısında Bakının iqtisadi və siyasi
rolunun artmasi ilə əlaqədar olaraq Xəzər dənizi bəzən Bakı dənizi də
adlanırdı (bu, 1375 ildə katalan dilində hazırlanmış atlasla
gцstərilir). Bakıda indiyədək qalan tarixi-memarliq abidələri - Buxara
karvansarası(14 əsr), Qız Qalası yaxinliğında Multani (hind)
karvansarası (15-16 əsrlər) və s. Şərq цlkələri ilə geniş ticarət
əlaqələrinin mцvcudluğunu sьbut edir. Bakıda hind tacirləri yaşayırdı.

Şirvanşah
1 Xəlilьllahın dцvrьndə (1417-62) Bakıda mьhьm tikinti işləri aparıldı.
Şirvanşahlar sarayı kompleksi də bu dцvrdə tikilmişdir. Bakıda ticarət,
sənətkarlıq inkişaf edir, iqtisadi və mədəni həyat yьksəlirdi. 15 əsrin
2-ci yarısında Bцyьk Moskva knyazlığı ilə ticarət daha da genişləndi və
diplomatik əlaqələr yaradıldı.

Azərbaycan, Odlar Yurdu 36c7e0cf626e
1501
ildə Şah İsmayıl Şirvana hьcum edərək Bakını aldı. Səfəvi hцkmdarı 1
Təhmasib 1538 ildə Bakının da daxil olduğu Şirvanı Səfəvilər dцvlətinə
birləşdirdi. Səfəvi - Osmanlı mьharibələri zamanı 1578 ildə Osmanlı
ordusu Bakını tutdu. 1607 ildə şəhər yenidən Səfəvilərin hakimiyyəti
altına keзdi. Mərkəzi hakimiyyətin qьvvətlənməsi, məhsuldar qьvvələrin
inkişafını ləngidən feodal зəkişmələrinə, dağıdıcı mьharibələrə son
qoyulması 17 əsrin 40-cı illərində şəhərin yьksəlişinə təkan verdi.
Səfəvilər dцvrьndə Bakıda mis pullar buraxılırdı. Bakı və Abşeron
əhalisinin xeyli hissəsi xalзaзılıqla məşğul olurdu. 16-18 əsrlərdə
sənətkarlıq, xьsusilə xalзaзılıq daha da inkişaf etdi. Bakıda toxuculuq
da mьhьm yer tuturdu. 17-18 əsrlərə aid tarixi abidələr bu dцvrdə Bakıda
me"marlıq, həkkaklığın da inkişaf etdiyini gцstərir.

Bakının
zəngin təbii sərvətləri, habelə mühüm hərbi stratejik əhəmiyyəti 18
əsrin əvvəllərindən e"tibarən Rusiyanın diqqətini cəlb edirdi. Xəzərin
cənub-qərb sahillərinə yiyələnməyə çalışan 1 Pyotr xüsusi hərbi dəniz
ekspedisiyası yaratdı. 1723 il iyunun 26-da 1 Pyotrun qoşunu Bakıya
daxil oldu. Lakin, Rusiya və İran arasında bağlanan Gəncə müqaviləsinə
(1735) görə Bakı yenidən İranın hakimiyyəti altina keçdi.

Azərbaycan, Odlar Yurdu 7d06a442e2f3
18
əsrin ortalarında Azərbaycanda bir sıra xanlıqlar, o cьmlədən Bakı
xanlığı yarandı. Ara mьharibələri bьtьn Azərbaycanda olduğu kimi, Bakıda
da iqtisadiyyat və mədəniyyətin inkişafına mane olur, əhalinin
vəziyyətini son dərəcə ağırlaşdırırdı. 18 əsrin 2-ci yarısında Bakıda
şəhər həyatı və ticarət nisbətən canlandı. Lakin Ağa Məhəmməd Şah
Qacarın Azərbcana hьcumları iqtisadiyyatın və ticarət əlaqələrinin
yenidən tənəzzьlə uğramasına səbəb oldu. 1796 ilin yazında 2
Yekaterinanın əmri ilə general V.A.Zubovun komandanlıq etdiyi rus
qoşunları Azərbcana yьrьş etdi. İyunun 13-də Bakı alındı. 1797 ilin
əvvəlində general P.D.Sisianov Bakının komendantı tə"yin olundu. 2
Yekaterinanın цlьmьndən sonra oğlu 1Pavel V.A.Zubovu geri зağırdı. Зar
qoşunları 1797 ilin martında Bakını tərk etdi. 19 əsrin əvvəlində 1
Aleksandr Xəzər-sahili vilayətlələri, ilk nцvbədə Bakını tutmaq planı
ilə xьsusi maraqlanırdı. Rusiya-İran mьharibəsi (1804-13) bu planın
həyata keзirilməsini sьr"ətləndirdi. 1805 il avqustun 12-də зar qoşunu
Bakını mьhasirəyə aldı, lakin mьvəffəqiyyət qazanmayaraq geri зəkildi.

Azərbaycan, Odlar Yurdu 1077e0e8757c
1806
ilin əvvəlində general P.D.Sisianovun qoşunları yenidən Bakıyə
yaxınlaşdı. Şəhəri təslim etmək haqqında Bakı xanı Hьseynnqulu xanla
danışıqlar zamanı general P.D. Sisianov цldьrьldь. 1806 il oktyabrın
6-da Bakı Rusiyaya birləşdirildi. 1807 ildə Bakıda 500 ev, 3000 əhali
var idi. 1813 ildə bağlanmış Gьlьstan sьlhь ilə Şimali Azərbaycan, o
gьmlədən Bakının Rusiyaya birləşdirilməsi təsdiq edildi.

Azərbaycan, Odlar Yurdu Eb6e85a22522
Abşeronda
illik neft istehsalı 200-300 min puda зatırdı. 1847 ildə Bakının
Bibiheybət sahəsində mexaniki ьsulla ilk neft quyusu qazılmasina
təşəbbьs gцstərildi. Bakı neft sənayesinə xarici kapitalın axını
başlandı. 1879 ildə Bakıda 9 qazma buruğu vardısa, 1900 ildə onların
sayı 1710-a зatdı. Bakı nefti dьnya miqyasina зıxdı. Neft sənayesi ilə
yanaşı , Bakıda başqa sənaye sahələri də inkişafa başladı; mexaniki
zavodlar, e"malatxanalar, tьtьn fabrikləri, buxar mьhərrikləri ilə
işləyən dəyirmanlar yarandı. Yeni tikililər, banklar, ticarət və sənaye
firmalarının binalarından ibarət idi. 1883 il mayın 8-də Bakı-Tiflis
dəmir yolu istifadəyə verildi. 1899 ildə Bakıda ilk konka işləməyə
başladı. Hələ 19 əsrin 40-cı illərində Xəzərdə buxar gəmiləri işləyirdi

Azərbaycan, Odlar Yurdu Fa168f104dbf
Nəqliyyat
vasitələri ilə yanaşı, Bakıda rabitə sahələri də yarandı. 1868 ildə
Bakı-Tiflis, 1879 ildə Bakı-Krasnovodsk (dənizin dibi ilə) teleqraf
xətləri, 1886 ildə isə şəhərdə ilk telefon xətti зəkildi.
19 əsrin
sonu - 20 əsrin əvvəlində Bakıda neft istehsalı daha da artdı. 1901 ildə
Bakı dьnyada istehsal olunan neftin yarıdan зoxunu (667,1 mln. pud)
verirdi. Bakıda onlarca neft e"malı zavodu var idi. Başqa sənaye
sahələri, ticarət də inkişaf edirdi, maşınqayırma, metaləritmə, gəmi
tə"miri zavodları, buxar qazanı və s. istehsal edən zavodlar, gəmi
tərsanələri, 2 minə qədər fəhləsi olan toxuculuq fabriki, sement, pivə
və spirt zavodları, elektrik stansiyaları, buxar dəyirmanları işləyirdi.
Bakıda poliqrafiya işi də inkişaf edirdi.

28 may Azərbaycan
xalqının bцyьk bayramıdır. 1918-ci ilin həmin gьnьndə Azərbaycan
Respublika e"lan olunmuşdur. Bu respublikanın banilərindən biri Məhəmməd
Əmin Rəsulzadə olmuşdur. Onun rəhbərliyi ilə Azərbaycan Demokratik
Respublikası sьr "ətlə inkişaf edirdi.

1918-ci il 15 sentyabr -
Bakı şəhəri Anadolu və azərbaycan tьrklərindən ibarət Qafqaz - İslam
ordusu tərəfindən ermənilərdən azad olunmuşdur. Bakı Azərbaycanın
paytaxtı e"lan edilmişdir.
1919-cu il 15 noyabr - Bakı Dцvlət Unibersiteti yaradılmışdır.

1920-ci
ilin aprelində bolşeviklər Azərbaycanı işğal etdilər. 1920-ci ilin
aprelin 28-də Bakıda Sovet Həkimiyyəti qurulmuşdur. 1922-ci ilin
dekabırın 31-də Azərbaycan SSSR-in tərkibinə daxil olmuşdur.
Sovet dцvrьndə Bakı inkişaf etməkdə davam edirdi.

1920-1921-ci
tədris ilində Bakıda ilk ali məktəblər - Azərbaycan Pedaqoji İnstitutu,
Azərbaycan Politexnik İnstitutu, Azərbaycan Kənd Təsərrьfatı İnstitutu
yaradıldı.1923-cь ilin iyunun 5-də M.F.Axundov adına kitabxananın rəsmi
aзılışı zamanı, onun fondlarında artıq 20 minə qədər kitab vardı.Bakı
şəhərində 1923-cь ildə elektrik tramvay xətti зəkilməyi başlayır və bu
1924-cь il fevralın əvvəlində istismara verilir. 1926-cı ildə Sovet
İttifaqında ilk elektrik dəmir yolu - Bakı - Sabunзu elektrik dəmir yolu
işə salınmışdır.

Azərbaycan, Odlar Yurdu 83c4689d116f
1940
- 1945 illərdə iqtisadiyyatını cəbhə yoluna keзirilməsi məqsədi ilə
Respublikada bцyьk işlər gцrьlьrdь. Yьngьl və yeyinti sənayeləri cəbhə
ьзьn işləməyə başladı. Kiзik bir vaxtda Bakı dцyьşən ordunun ən mьhьm
arsenalına зevrildi. Akademik Yusif Məmmədəliyevin rəhbərliyi ilə hava
flotu (aviasiya) benzini almaq ьзьn yeni texnologiya yarandı. 1941-ci
ildə neftзilərimizin fədakar əməyi nəticəsində Azərbaycanın tarixində ən
зox 23,5 millyon ton neft istehsal olundu ki, bu da SSRİ-də istehsal
olunan neftin 71.4%-ni təşkil edirdi. Ьmumiyyətlə mьharibə illərində
Azərbaycan neftзiləri цlkəyə 75 milliyon ton neft, 22 milliyon ton
benzin və başqa neft məhsulları vermişlər. Qətiyyətlə demək olar ki,
faşizm ьzərində qələbənin qazanmasında Bakı nefti əsas amiliərdən biri
oldu.

Azərbaycan, Odlar Yurdu 36f12da05f23
1988-ci
il 17 noyabr - Azərbaycanda Milli Azadlıq hərəkati başlanmışdır.
1990-cı il 20 yanvar Bakıda Sovet Ordusu dinc əhaliyə qarşı qanlı qırğın
tцrətmişdir. Dağьstь parkda Şəhidlər xiyabanı yerləşir. Burada
Azərbaycanın mьstəqilliyi uğrunda şəhid olmuş qəhrəman oğul və
qızlarımızın qəbirləri var. Şəhidlər Xiyabanı bьtьn Azərbaycan xalqının
ziyarətgahıdır. 18 oktyabr 1991-ci ildə Azərbaycan Suveren Respublika
e"lan edildi. Bakı Sovet dцvrьndə olduğu kimi indiki mьstəqillik
dцvrьndə də Azərbaycanın paytaxtıdır.
Sayfa başına dön Aşağa gitmek
http://www.ay-maral-can.tr.gg
 
Azərbaycan, Odlar Yurdu
Sayfa başına dön 
1 sayfadaki 1 sayfası
 Similar topics
-
» Odlar yurdu - AZƏRBAYCAN
» SONSUZ AZAP YURDU CEHENNEM
» Azərbaycan - Rus Dilində

Bu forumun müsaadesi var:Bu forumdaki mesajlara cevap veremezsiniz
 :: Azerbaycan Özel-
Buraya geçin: