Hosgeldiniz.... AyMaRaLCaN Bilgi Paylasim Platformuna..... Cay Isterseniz ( Hayali Büfe ) Smile Sagda Büfemiz Var Buyurun Bir Bardak Alin Afiyetle Icin Seker Bitmis ise Lütfen Zile Tiklayin Servisimiz Yardimci Olacaktir..... ..Keyifli Seyirler Dilerim Smile Bye ...
Yazar ---- > Wink AyMaRaLCaN
Hosgeldiniz.... AyMaRaLCaN Bilgi Paylasim Platformuna..... Cay Isterseniz ( Hayali Büfe ) Smile Sagda Büfemiz Var Buyurun Bir Bardak Alin Afiyetle Icin Seker Bitmis ise Lütfen Zile Tiklayin Servisimiz Yardimci Olacaktir..... ..Keyifli Seyirler Dilerim Smile Bye ...
Yazar ---- > Wink AyMaRaLCaN
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.



 
AnasayfaGüncel KonularGaleriAramaLatest imagesKayıt OlGiriş yap
En son konular
»  Acilinden Kaciyorum ...Görüsmek Umudu Ile <---- Bye
Odlar yurdu - AZƏRBAYCAN Icon_minitimeCuma Ara. 14, 2012 7:05 am tarafından AyMaRaLCaN

» Bir Sarkisin Sen
Odlar yurdu - AZƏRBAYCAN Icon_minitimeCuma Ara. 14, 2012 7:03 am tarafından AyMaRaLCaN

» MerHaba MerHaba :)
Odlar yurdu - AZƏRBAYCAN Icon_minitimeCuma Ara. 14, 2012 6:58 am tarafından AyMaRaLCaN

» Azerbaycan Yemekleri,Azerbaycan Yemek Kültürü,Azerbaycan Mutfağı
Odlar yurdu - AZƏRBAYCAN Icon_minitimeCuma Ara. 14, 2012 6:49 am tarafından AyMaRaLCaN

» ORHAN AFACAN SIIRLERI Tas Atan Cocuklar
Odlar yurdu - AZƏRBAYCAN Icon_minitimeCuma Kas. 30, 2012 7:48 am tarafından AyMaRaLCaN

» Aşık Mahzuni Şerif - Bu Mezarda Bir Garip Var
Odlar yurdu - AZƏRBAYCAN Icon_minitimeCuma Kas. 30, 2012 3:51 am tarafından AyMaRaLCaN

» Aşık Mahzuni Şerif - Bizden Geriler (Gam Kasavet)
Odlar yurdu - AZƏRBAYCAN Icon_minitimeCuma Kas. 30, 2012 3:49 am tarafından AyMaRaLCaN

» Aşık Mahzuni Şerif - Benim Hayatım
Odlar yurdu - AZƏRBAYCAN Icon_minitimeCuma Kas. 30, 2012 3:48 am tarafından AyMaRaLCaN

» Aşık Mahzuni Şerif - Babasını (Bir Fakirin Hatırını)
Odlar yurdu - AZƏRBAYCAN Icon_minitimeCuma Kas. 30, 2012 3:46 am tarafından AyMaRaLCaN

Tarıyıcı
 Kapı
 Indeks
 Üye Listesi
 Profil
 SSS
 Arama
Istatistikler
Toplam 7 kayıtlı kullanıcımız var
Son kaydolan kullanıcımız: AyBüke

Kullanıcılarımız toplam 28063 mesaj attılar bunda 19753 konu
Arama
 
 

Sonuç :
 
Rechercher çıkıntı araştırma
Similar topics
Sosyal yer imi
Sosyal yer imi reddit      

www.ay-maral-can.yetkin-forum.com

Sosyal bookmarking sitesinde adresi saklayın ve paylaşın
En bakılan konular
Acilinden Kaciyorum ...Görüsmek Umudu Ile <---- Bye
Türkmenistan (3) - Türkmen İsimleri
Sinezenler..Sözleri
Bir Sarkisin Sen
Azərbaycan dili → Bəzi sait səslərin tələffüzü
Radyo icin Tema Resimleri Resimler Resim
MerHaba MerHaba :)
ŞİİR DİNLETİSİ SUNU METNİ
Çok Güzel Kalp Resimler,i Güller ve Kalpler,
Azerbaycan Bayragi

 

 Odlar yurdu - AZƏRBAYCAN

Aşağa gitmek 
YazarMesaj
AyMaRaLCaN
Admin
AyMaRaLCaN


Üyelik tarihi : 11/06/08

Mesaj Sayısı : 12267

Rep Gücü : 29249

Rep Puani : 235


Odlar yurdu - AZƏRBAYCAN Empty
MesajKonu: Odlar yurdu - AZƏRBAYCAN   Odlar yurdu - AZƏRBAYCAN Icon_minitimeC.tesi Nis. 09, 2011 5:49 pm

Biz sizə ecazkar bir diyardan - Azərbaycandan,
onun təkrarsız təbiətindən, çoxəsrlik mədəniyyətindən, tarixindən, bu
diyarın qədim sakinlərindən - onun həyatından, müxtəlif mədəniyyətlərə
və sivilizasiyalara məxsus elementləri ahəngdar şəkildə özündə
birləşdirən adət və ənənələrindən söhbət açmaq istəyirik.

Azərbaycan coğrafi addır. Bu ad bir tərəfdən bu ərazidə eradan çox-çox
əvvəl yaşayan əhalinin əksəriyyətinin atəşpərəst olması ilə bağlıdır.
Yəni bu ərazidə yaşayan əhali odu allah sayırdılar, oda tapınırdılar.
"Azər" - od, atəş deməkdir. O biri tərəfdən, Azərbaycan ərazisində qədim
zamanlarda türk soylu "Azər" sözündəndir. "Azər" - "az" və "ər"
tərkibindən ibarətdir. Türk dillərində "az"ın yaxşı niyyət, uğurlu tale
kimi anlamları var. "Azər" - yəni "ər kişi", "ər oğlu", "od qoruyan"
deməkdir. Deməli "Azərbaycan" bu ərazidə yaşayan qədim türk dilli
qəbilənin adından əmələ gəlmişdir.

Azərbaycan dünyanın ən qədim insan məskənlərindən biridir. Bəşəriyyət
bütün inkişaf dövrlərində bu torpaqda öz tarixini yaşamışdır. İnsanlığın
ilk çağlarında Azərbaycanda insan məskənləri olmuşdur. Bugünkü bəşər
mədəniyyətinin yaranması, tərəqqisi və dialektikasında Azərbaycanın öz
yeri, öz payı vardır.

Odlar yurdu - AZƏRBAYCAN 1982799254dcOdlar yurdu - AZƏRBAYCAN 09dd2a00cd98

Zaman uzun keçmişlərin bir çox arxeoloji və memarlıq abidələrini bizim
üçün qoruyub saxlamışdır. Qədim daş kitabələr, əlyazmalar, əsrlərin
dərinliklərindən yadigar qalmış xalça naxışları, onları oxumağı
bacaranlara, başlıcası isə oxumaq istəyənlərə çox şey danışa bilər.
Azərbaycanı tanımaq, onun haqqında həqiqəti bilmək üçün bu torpağa, onun
adamlarına dost gözü ilə baxmaq gərəkdir.

Azərbaycan qədim mədəniyyət ölkəsidir. Buraya köçüb gəlmış oğuz
tayfaları həmin ərazidə əsrlər boyu təşəkkül tapıb sabitləşmiş, dərin
köklərə malik mədəniyyətlə qarşılaşaraq, öz növbələrində bu mədəniyyəti
ümumtürk mədəni ənənələri ilə zənginləşdirmişlər. Xalqımızın istedadı və
yaradıcılıq qüdrəti "Kitabi-Dədə Qorqud", "Oğuznamə", "Koroğlu" və bir
çox başqa epik abidələrdə təcəssüm etmişdir.

Bu bərəkətli, səxavətli və mehriban torpaq bir çox mütəfəkkirlərin,
filosofların, alimlərin, şairlərin, memarların, müsiqiçilərin,
rəssamların beşiyi olmuşdur. Rəvayətə görə, Zərdüşt bu torpaqda dünyaya
göz açmışdır. Azərbaycan torpağı bəşəriyyətə Nizami Gəncəvi, Xaqani
Şirvani, Bəhmənyar, Nəsimi, Füzuli, Nəsirəddin Tusi, Şah İsmayıl Xətai,
Molla Pənah Vaqif, A.Bakıxanov, M.F.Axundov, M.Ə.Sabir,
C.Məmmədquluzadə, Hüseyn Cavid, C.Cabbarlı, Səməd Vurğun, Əliağa Vahid,
Rəsul Rza kimi dahilər bəxş etmişdir.

Doğma diyarın al-əlvan təbiəti Səttar Bəhlulzadə, Tahir Salahov, Toğrul
Nərimanbəyov, Mikayıl Abdullayev və digər istedadlı fırça ustalarının
boyakarlıq lövhələrində əksini tapmışdır.

Xalq müsiqimiz, muğamlarımız Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Qara
Qarayev, Fikrət Əmirov, Niyazi, Arif Məlikov kimi görkəmli bəstəkarları
bu gün bütün dünyada səsləndirilən əsərlər bəstələməyə ruhlandırmış,
Bülbül, Rəşid Behbudov kimi sehirli, ecazkar səsə malik müğənnilərə
ilham vermişdir.

Məşhur Azərbaycan xalçaları sanki təbiətin bütün rənglərini, boyalarını,
tarixin bütün nişanələrini özündə təcəssüm etdirir. Bu gün onlar uçan
xalçalar kimi, zaman və məkan hüdudlarını aşaraq Azərbaycandan çox-çox
uzaq olan ölkələrə gedib çıxırlar.

Dünyanın bir çox muzeylərində Azərbaycan ustalarının metal, keramika,
ipək və ağacdan yaratdıqları dekorativ sənət nümunələri saxlanılır.

Azərbaycanda elmin və maarifin çoxəsrlik tarixi vardır. 1919-cu ildə
açılmış Bakı Dövlət Universiteti, 1945-ci ildə yaradılmış Azərbaycan
Elmlər Akademiyasının institutları respublikada elmin, təhsilin və
mədəniyyətin inkişafında müstəsna rol oynamışlar. Bu gün respublika
alimlərinin maraq dairəsinə Xəzərin dərinlikləri, kosmosun ənginlikləri,
insan beyninin sirləri və s. problemlər daxildir.

Onlarla ali məktəb və texnikumlar, minlərlə məktəb, kollec və litseylər,
ilahiyyət məktəbi - budur bugünkü Azərbaycanın təhsil sisteminin
mənzərəsi.

Respublika alimlərinin həll etdikləri mühüm problemlərdən biri Xəzər
dənizinin, Azərbaycanın müxtəlif bölgələrinin ekologiyasının qorunub
saxlanmasıdır. Alimlərin səyləri sayəsində onlarla qoruq - Qızılağac,
Şirvan, Zaqatala, Ağgöl, Girkan və s. yaradılmışdır.

Onilliklər boyu ölkə sənayəsini neftçıxarma, neft-kimya və neft emalı,
kənd təsərrüfatını isə pambıqçılıq, üzümçülük, tərəvəzçilik və maldarlıq
təmsil etmişdir.

Azərbaycanın iqtisadiyyatını canlı orqanizmə bənzətsək, etiraf
edilməlidir ki, onun damarlarından neft axır. Azərbaycanda yer altından
neftin, yanar qazın çıxması bu yeri hələ qədim zamanlarda hər yerdə
məşhur etmişdir.

Azərbaycan ta qədimdən özünün əbədi yanan ocaqları, atəşgahları ilə
məşhurdur. Abşeronda Yanardağ deyilən yer var. Naxçıvanda, Kəlbəcərdə,
Masallıda, Lənkaranda, Babadağda� yerdən qaynar sular çıxır.

Odlar yurdu - AZƏRBAYCAN Fa7b6d21d774Odlar yurdu - AZƏRBAYCAN 9eccf6bed11c

Suraxanıda əbədi olaraq yanan və heç vaxt sönməyən Atəşgah vardır.
Əsrlər boyu dünyanın uzaq-uzaq ellərindən oda inanan, oda tapınan
atəşpərəstlər, hətta Hindistandan kahinlər odu axtara-axtara gəlib onu
Abşeronda tapıblar və özlərinin baş məbədlərini burada - Suraxanı
Atəşgahında yaratmışlar.


Bu gün də "Azərbaycan" deyəndə göz önünə onun əsas sərvəti olan neft
gəlir. Neft təkcə sərvət yox, həm də şöhrətdir. Uzaq zamanlarda bu
diyara yer altından çıxıb gölməçələrdə qərar tutan xüsusi qoxusu, rəngi
olan mayenin ardınca uzaq-uzaq ölkələrdən gəlirdilər. Min illər boyu
tuluqlara doldurulmuş nefti Şərqə, Qərbə dəvə karvanları ilə
aparırdılar. Azərbaycandan aparılan neftdən təkcə işıq üçün yox, həm də
bir çox xəstəliklərdə qiymətli dərman kimi istifadə edirdilər. Əsrlər
bir-birini əvəz etdikcə yaxın-uzaq ölkələrdə neftə olan tələbat durmadan
artırdı.


XIX əsrdən başlayaraq bütün dünyada sənayenin yüksəlişi ilə əlaqədar
olaraq neftə olan ehtiyac görünməmiş bir sürətlə artdı. Həmin əsrdən
başlayaraq neft məişət vasitəsindən çıxaraq siyasətə çevrilir. Tarixə
elm-texnika əsri kimi daxil olmuş XX əsrdə isə neft məsələsi dünya
məsələsinə çevrilir. Neft ölkələrində xüsusi neft siyasəti, neft
strateqiyası meydana gəlir.

Bu gün Azərbaycanda nəhəng enerji layihələri yerinə yetirilməkdədir.
Xəzər dənizinin Azərbaycana aid olan hissəsində neft və qaz layihələri
uğurla həyata keçirilir. Azərbaycan Xəzər dənizinin nəhəng enerji
potensialını ilk mənimsəyən və regionun inkişafında keyfiyyətcə yeni
iqtisadi modeli formalaşdıran, Avropa və Asiya arasında siyasi və
ticarət əlaqələrinin genişləndirilməsində, Qafqaz nəqliyyat dəhlizinin
inkişafında, nəhəng layihələrin gerçəkləşməsində Xəzəryanı və Qafqaz
regionunda mühüm rol oynayan bir dövlətə çevrilmişdir.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə və onun ağır
nəticələrinə (Ermənistan Dağlıq Qarabağ və onun inzibati sərhədlərindən
kənarda yerləşən 7 rayonu işğal edib. Ölkənin 8 milyonluq əhalisinin 1
milyonu qaçqın-köçkündür) baxmayaraq, ölkəmiz bütün potensialını
səfərbər edərək demokratik inkişaf yolunda böyük uğurlar əldə
etməkdədir. Azərbaycan mürəkkəb və sərt maneələri dəf edərək demokratik,
hüquqi, dünyəvi dövlət quruculuğu və vətəndaş cəmiyyəti formalaşması
istiqamətində mühüm və qətiyyətli addımlarını atmaqda davam edir.

Hazırda Azərbaycan Birləşmiş Millətlər Təşkilatı (BMT), Avropada
Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT), Avropa Şurası (AŞ),
Müstəqil Dövlətlər Birliyi (MDB), GUAM, İslam Konfransı Təşkilatı (İKT),
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QİƏT), İqtisadi Əməkdaşlıq
Təşkilatı (İƏT) kimi beynəlxalq təşkilatların üzvü olmaqla bərabər,
Avropa Birliyi, NATO, Beynəlxalq Valyuta Fondu, Avropa Yenidənqurma və
İnkişaf Bankı, İslam İnkişaf Bankı və digər təşkilatlarla da fəal
əməkdaşlıq edir, yeni-yeni kollektiv sənədlərə və beynəlxalq
müqavilələrə qoşulur.

alinti
Sayfa başına dön Aşağa gitmek
https://ay-maral-can.yetkin-forum.com
 
Odlar yurdu - AZƏRBAYCAN
Sayfa başına dön 
1 sayfadaki 1 sayfası
 Similar topics
-
» Azərbaycan, Odlar Yurdu
» SONSUZ AZAP YURDU CEHENNEM
» Coshqun Vilesh - Qarabag... Tani Qardas Tani Yurdu

Bu forumun müsaadesi var:Bu forumdaki mesajlara cevap veremezsiniz
 :: Azerbaycan Özel-
Buraya geçin: