Hosgeldiniz.... AyMaRaLCaN Bilgi Paylasim Platformuna..... Cay Isterseniz ( Hayali Büfe ) Smile Sagda Büfemiz Var Buyurun Bir Bardak Alin Afiyetle Icin Seker Bitmis ise Lütfen Zile Tiklayin Servisimiz Yardimci Olacaktir..... ..Keyifli Seyirler Dilerim Smile Bye ...
Yazar ---- > Wink AyMaRaLCaN
Hosgeldiniz.... AyMaRaLCaN Bilgi Paylasim Platformuna..... Cay Isterseniz ( Hayali Büfe ) Smile Sagda Büfemiz Var Buyurun Bir Bardak Alin Afiyetle Icin Seker Bitmis ise Lütfen Zile Tiklayin Servisimiz Yardimci Olacaktir..... ..Keyifli Seyirler Dilerim Smile Bye ...
Yazar ---- > Wink AyMaRaLCaN
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.



 
AnasayfaGüncel KonularGaleriAramaLatest imagesKayıt OlGiriş yap
En son konular
»  Acilinden Kaciyorum ...Görüsmek Umudu Ile <---- Bye
Azərbaycan dili → Leksika Icon_minitimeCuma Ara. 14, 2012 7:05 am tarafından AyMaRaLCaN

» Bir Sarkisin Sen
Azərbaycan dili → Leksika Icon_minitimeCuma Ara. 14, 2012 7:03 am tarafından AyMaRaLCaN

» MerHaba MerHaba :)
Azərbaycan dili → Leksika Icon_minitimeCuma Ara. 14, 2012 6:58 am tarafından AyMaRaLCaN

» Azerbaycan Yemekleri,Azerbaycan Yemek Kültürü,Azerbaycan Mutfağı
Azərbaycan dili → Leksika Icon_minitimeCuma Ara. 14, 2012 6:49 am tarafından AyMaRaLCaN

» ORHAN AFACAN SIIRLERI Tas Atan Cocuklar
Azərbaycan dili → Leksika Icon_minitimeCuma Kas. 30, 2012 7:48 am tarafından AyMaRaLCaN

» Aşık Mahzuni Şerif - Bu Mezarda Bir Garip Var
Azərbaycan dili → Leksika Icon_minitimeCuma Kas. 30, 2012 3:51 am tarafından AyMaRaLCaN

» Aşık Mahzuni Şerif - Bizden Geriler (Gam Kasavet)
Azərbaycan dili → Leksika Icon_minitimeCuma Kas. 30, 2012 3:49 am tarafından AyMaRaLCaN

» Aşık Mahzuni Şerif - Benim Hayatım
Azərbaycan dili → Leksika Icon_minitimeCuma Kas. 30, 2012 3:48 am tarafından AyMaRaLCaN

» Aşık Mahzuni Şerif - Babasını (Bir Fakirin Hatırını)
Azərbaycan dili → Leksika Icon_minitimeCuma Kas. 30, 2012 3:46 am tarafından AyMaRaLCaN

Tarıyıcı
 Kapı
 Indeks
 Üye Listesi
 Profil
 SSS
 Arama
Istatistikler
Toplam 7 kayıtlı kullanıcımız var
Son kaydolan kullanıcımız: AyBüke

Kullanıcılarımız toplam 28063 mesaj attılar bunda 19753 konu
Arama
 
 

Sonuç :
 
Rechercher çıkıntı araştırma
Similar topics
Sosyal yer imi
Sosyal yer imi reddit      

www.ay-maral-can.yetkin-forum.com

Sosyal bookmarking sitesinde adresi saklayın ve paylaşın
En bakılan konular
Acilinden Kaciyorum ...Görüsmek Umudu Ile <---- Bye
Türkmenistan (3) - Türkmen İsimleri
Sinezenler..Sözleri
Bir Sarkisin Sen
Azərbaycan dili → Bəzi sait səslərin tələffüzü
Radyo icin Tema Resimleri Resimler Resim
MerHaba MerHaba :)
ŞİİR DİNLETİSİ SUNU METNİ
Çok Güzel Kalp Resimler,i Güller ve Kalpler,
Azerbaycan Bayragi

 

 Azərbaycan dili → Leksika

Aşağa gitmek 
YazarMesaj
AyMaRaLCaN
Admin
AyMaRaLCaN


Üyelik tarihi : 11/06/08

Mesaj Sayısı : 12267

Rep Gücü : 29249

Rep Puani : 235


Azərbaycan dili → Leksika Empty
MesajKonu: Azərbaycan dili → Leksika   Azərbaycan dili → Leksika Icon_minitimeSalı Haz. 07, 2011 1:14 pm

Dildəki sözlərin hamısı birlikdə dilin leksikasını (lüğət tərkibini)təşkil edir.
Leksikanı öyrənən dilçilik bölməsi leksikologiya adlanır.
Leksikologiyada sözlərin mahiyyəti, onların formaca və məzmunca əmələ gətirdiyi qruplar, sözlərin mənşəyi və işlənmə dairəsi öyrənilir.
Dilimizdəki sözlərin çoxunun həm leksik, həm də qrammatik mənası vardır.
Sözün birbaşa ifadə etdiyi mənaya onun leksik mənası deyilir.Başqa sözlə dəsək, sözün leksik mənası onun məzmununu bildirməsi, hər hansı bir anlayışı ifadə etməsidir. Məsələn: «qələm» sözünün leksik mənası «yazı alətidir». Sözün leksik mənasini bir neçə yolla izah etmək olar:
1.Verilən sözə yaxın mənalı söz seçməklə. Məsələn:azadlıq -müstəqillik — sərbəstlik.
2. Əşyanın, hərəkətin əlamətlərini izah etməklə. Məsələn:dəmirçi — metaldan müxtəlif alətlər hazırlayan pesə sahibi.
3. Sözün hissələrinin mənasını açmaqla. Məsələn:mürəkkəbqabı — içində yazı üçün mürəkkəb saxlanılan qab.
Sözün leksik mənası ilə yanası, onun qrammatik mənası da olur. Sözün qrammatik mənası onun hər hansı bir əşyanın adını, əlamətini, miqdarını və s. bildirməsidir.Məsələn: «qələm» sözü əşyanın adını, «qırmızı» əlamətini, «bir» isə miqdarını bildirir. Buna görə də bu sözlərdən birincisi isim, ikincisi sifət, üçüncüsü isə saydır. Deməli, sözün qrammatik mənası onun hansı nitq hissəsi olması deməkdir.


Sözün həqiqi və məcazi mənası

Dilimizdəki sözlərin bır çoxu həm həqiqi, həm də məcazi mənada işlədılir. Sözün ilkin, əsas mənası onun həqiqi mənasıdır. Məsələn: «dəmir qapı», «daş divar», «yıımşaq çörək» və s. söz birləşmələrindəki birinci tərəflər həqiqi mənada işlənmişdir. Sözün sonradan qazandığı törəmə mənası isə onıın məcazi mənası adlanır. Məcazi məna çox vaxt bənzətmə vasitəsilə və ya insanlara məxsus hərəkətlərin cansız əşyalara aid edilməsi yolu ilə yaranır. Məsələn: «dəmir iradə», «daş ürək», «yıımşaq söz» və s. söz birləşmələrindəki birinci tərəflər -«dəmir», «daş» və “yumşaq" sözləri bənzətmə yolu ilə yaranmışdır. «Külək yatdı», «Təbiət gülür», «Təbiət oyanır», «Günəş gizləndi» və s. cümlələrindəki xəbərlər isə insana aid hərəkətin cansız əşya üzərinə köçürülməsi yolu ilə ortaya çıxmış məcazi mənalı sözlərdir.

Təkmənalı və çoxmənalı sözlər

Yalnız bir leksik mənası olan sözlərə təkmənalı sözlər deyilir. Məsələn: dənizçi, səkkiz, yaraşıqlı, yadırğamaq, sığırçın və s. kimi sözlər bir leksikmənada işlənən təkmənalısözlərdir.
Bir neçə yaxın mənada işlənən sözlərə isə çoxmənalı sözlər deyilir. Çoxmənalı sözlər əsas məna ilə bağlı əlavə mənalar da bildirir. Məsələn: «ayaq», «ağız», «boğaz», «almaq», "çəkmək" və s. sözləri eyni leksik məna ilə bağlı bir neçə yaxın mənalarda işlənir:
Ayaq — uşağın ayağı, masanın ayağı, kəndin ayağı və s.
Ağız — quşun ağzı, qazanın agzı, baltanın ağzı və s.
Boğaz — uşağin boğazı, bardağın boğazı, çəkmənin boğazı və s.
Almaq — kitabı almaq, tərbiyə almaq, xəbər almaq və s.
Çəkmək — ipi çəkmək, yol çəkmək, sıxıntı çəkmək və s.
Tutmaq — topu tutmaq, üz tutmaq, fıkri tutmaq və s.
Acı — acı dərman, acı xatirə, acı söz və s.
Ağır — ağır yük, ağır itkı, ağır cəza, ağır xasiyyət və s.
Çoxmənalı sözlərdə sözün mənalarından biri əsas, qalanları isə məcazi mənada işlədilir. Məsələn: «adamın gözü» birləşməsındəki «göz» sözü həqiqimənada, «bulağın gözü» bırləşməsində isə bu söz məcazi mənada işlənmişdir. Yuxarıdakı nümunələrdə də sözlərin bırinci mənalari uşağın ayağı, quşun ağlı və s.) həqıqı mənada, sonrakı mənalari ısə məcazi mənada işlənmişdir.
Çoxmənalı sözlər daha çox isim, sifət və fellərdənibarət olur. Çoxmənalılığı təşkil edən sözlər eyni bir nitq hissəsinə aid olur. Məsələn: uşağın dişi — darağın dişi — hər ikisi isimdir; şirin meyvə — şirin söhbət — hər ikisi sifətdir.
Çoxmənalı sözlərdə əsas məna ilə bağlılıq zəruri şərtdir.Bu bağlılıq olmadıqda həmın sözlər çoxmənalılıq yox, omonimlik xüsusiyyətini daşıyır.

alinti
Sayfa başına dön Aşağa gitmek
https://ay-maral-can.yetkin-forum.com
 
Azərbaycan dili → Leksika
Sayfa başına dön 
1 sayfadaki 1 sayfası
 Similar topics
-
» Azərbaycan dili → Leksika-2
» Azərbaycan dili → Fel

Bu forumun müsaadesi var:Bu forumdaki mesajlara cevap veremezsiniz
 :: Azerbaycan Özel-
Buraya geçin: