Hosgeldiniz.... AyMaRaLCaN Bilgi Paylasim Platformuna..... Cay Isterseniz ( Hayali Büfe ) Smile Sagda Büfemiz Var Buyurun Bir Bardak Alin Afiyetle Icin Seker Bitmis ise Lütfen Zile Tiklayin Servisimiz Yardimci Olacaktir..... ..Keyifli Seyirler Dilerim Smile Bye ...
Yazar ---- > Wink AyMaRaLCaN
Hosgeldiniz.... AyMaRaLCaN Bilgi Paylasim Platformuna..... Cay Isterseniz ( Hayali Büfe ) Smile Sagda Büfemiz Var Buyurun Bir Bardak Alin Afiyetle Icin Seker Bitmis ise Lütfen Zile Tiklayin Servisimiz Yardimci Olacaktir..... ..Keyifli Seyirler Dilerim Smile Bye ...
Yazar ---- > Wink AyMaRaLCaN
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.



 
AnasayfaGüncel KonularGaleriAramaLatest imagesKayıt OlGiriş yap
En son konular
»  Acilinden Kaciyorum ...Görüsmek Umudu Ile <---- Bye
Azərbaycan dili → Əvəzlik Icon_minitimeCuma Ara. 14, 2012 7:05 am tarafından AyMaRaLCaN

» Bir Sarkisin Sen
Azərbaycan dili → Əvəzlik Icon_minitimeCuma Ara. 14, 2012 7:03 am tarafından AyMaRaLCaN

» MerHaba MerHaba :)
Azərbaycan dili → Əvəzlik Icon_minitimeCuma Ara. 14, 2012 6:58 am tarafından AyMaRaLCaN

» Azerbaycan Yemekleri,Azerbaycan Yemek Kültürü,Azerbaycan Mutfağı
Azərbaycan dili → Əvəzlik Icon_minitimeCuma Ara. 14, 2012 6:49 am tarafından AyMaRaLCaN

» ORHAN AFACAN SIIRLERI Tas Atan Cocuklar
Azərbaycan dili → Əvəzlik Icon_minitimeCuma Kas. 30, 2012 7:48 am tarafından AyMaRaLCaN

» Aşık Mahzuni Şerif - Bu Mezarda Bir Garip Var
Azərbaycan dili → Əvəzlik Icon_minitimeCuma Kas. 30, 2012 3:51 am tarafından AyMaRaLCaN

» Aşık Mahzuni Şerif - Bizden Geriler (Gam Kasavet)
Azərbaycan dili → Əvəzlik Icon_minitimeCuma Kas. 30, 2012 3:49 am tarafından AyMaRaLCaN

» Aşık Mahzuni Şerif - Benim Hayatım
Azərbaycan dili → Əvəzlik Icon_minitimeCuma Kas. 30, 2012 3:48 am tarafından AyMaRaLCaN

» Aşık Mahzuni Şerif - Babasını (Bir Fakirin Hatırını)
Azərbaycan dili → Əvəzlik Icon_minitimeCuma Kas. 30, 2012 3:46 am tarafından AyMaRaLCaN

Tarıyıcı
 Kapı
 Indeks
 Üye Listesi
 Profil
 SSS
 Arama
Istatistikler
Toplam 7 kayıtlı kullanıcımız var
Son kaydolan kullanıcımız: AyBüke

Kullanıcılarımız toplam 28063 mesaj attılar bunda 19753 konu
Arama
 
 

Sonuç :
 
Rechercher çıkıntı araştırma
Similar topics
Sosyal yer imi
Sosyal yer imi reddit      

www.ay-maral-can.yetkin-forum.com

Sosyal bookmarking sitesinde adresi saklayın ve paylaşın
En bakılan konular
Acilinden Kaciyorum ...Görüsmek Umudu Ile <---- Bye
Türkmenistan (3) - Türkmen İsimleri
Sinezenler..Sözleri
Bir Sarkisin Sen
Azərbaycan dili → Bəzi sait səslərin tələffüzü
Radyo icin Tema Resimleri Resimler Resim
MerHaba MerHaba :)
ŞİİR DİNLETİSİ SUNU METNİ
Çok Güzel Kalp Resimler,i Güller ve Kalpler,
Azerbaycan Bayragi

 

 Azərbaycan dili → Əvəzlik

Aşağa gitmek 
YazarMesaj
AyMaRaLCaN
Admin
AyMaRaLCaN


Üyelik tarihi : 11/06/08

Mesaj Sayısı : 12267

Rep Gücü : 29249

Rep Puani : 235


Azərbaycan dili → Əvəzlik Empty
MesajKonu: Azərbaycan dili → Əvəzlik   Azərbaycan dili → Əvəzlik Icon_minitimeSalı Haz. 07, 2011 1:38 pm

İsim, sifət, say və başqa nitq hissələrinin yerində işlənən sözlərə əvəzlik deyilir.
Məsələn: Anar əlaçı şagirddir. O, beşinci sinifdə oxuyur. Sinfimizdə əlaçı şagirdlər çoxdur. Həmin şagirdlər olimpiadada iştirak edəcəklər. Günay birinci sinifdə oxuyur. Günay neçənci sinifdə oxuyur? Müəllim təmkinlə danışırdı. Müəllim necə danışırdı? və s. Bu cümlələrdəki o, həmin, neçənci və necə əvəzlikləri sıra ilə ismin, sifətin, sayın və zərfinyerində işlənmişdir. Əvəzlik hansı nitq hissəsinin yerinə işlənirsə, onun da sualına cavab olur.

Əvəzliyin quruluşca növləri
Əvəzliklərin çoxu quruluşca sadədir. Məsələn: mən, biz, onlar, bu, həmin və s. Biri, birisi, kimsə əvəzlikləri düzəltmə;kim isə, heç kim, heç nə və s. əvəzlikləri isə mürəkkəbdir (tərkibi əvəzliklərdir)

Əvəzliyin mənaca növləri
Əvəzliyin mənaca aşağıdakı növləri vardır:
Şəxs əvəzlikləri
İsmin yerində işlənən və kim? nə? suallarını cavab verən əvəzliklərə deyilir.Şəxs əvəzlikləri kəmiyyətcə tək və cəmolur və şəxsə görə üç növəbölünür:
I şəxs (danışan): təkdə — mən, cəmdə — biz
II şəxs (dinləyən): təkdə — sən, cəmdə — siz
III şəxs (haqqında danışılan): təkdə — o, cəmdə — onlar.
I və II şəxsi bildirən əvəzliklər yalnız insana aid olur və kim? sualına cavab verir. III şəxsi bildirən əvəzliklər isə həm insana, həm də heyvana və cansızlara aid ola bilir. Məsələn: Qoyun ev heyvanıdır. O, ildə bir. bəzən də iki bala verir. Yaqut qiymətli daşdır O, Bədəxşanda olur və s. III şəxsi bildirən əvəzliklər heyvana və cansızlara aid olduqda nə? sualına cavab verir. Deməli, şəxs əvəzliyi heç də həmişə insana aid olmur. Burada "şəxs" sözü qrammatik mənadadır.
Şəxs əvəzlikləri quruluşca yalnız sadə olur. Şəxs əvəzlikləri isim kimi hallanır. Mən və biz əvəzlikləri hallandıqda yiyəlik halda -in şəkilçisi əvəzinə-im şəkilçisini qəbul edir. Müqayisə edin: dən ismi yiyəlik halda dən+in olur, mən əvəzliyi isə eyni halda mən+im olur. Şəxs əvəzlikləri mənsubiyyətə görə dəyişmir.

Qeyri — müəyyən əvəzliklər
ismin yerində işlənir və qeyri-müəyyən şəxsi və ya əşyanı bildirir.Qeyri-müəyyən əvəzliklər kim? nə? suallarına cavab olur.
Dilimizdə ən çox işlənən qeyri-müəyyən əvəzliklər bunlardır: biri, kim, kimsə (kim isə), nə isə, hamı, hərə, bəzisi, hər kəs, hər şey və s.
Bu əvəzliklərdən hamı, hərə quruluşca sadə; biri, kimi, kimsə düzəltmə; hər kəs, kim isə, nə isə, hər şey mürəkkəbdir (tərkibi əvəzlikdır).
Kim ısə, nə isə qeyri-müəyyən əvəzliklərindən başqa, qalan qeyri-müəyyən əvəzliklər hallanır.
Qeyri-müəyyən əvəzliklər cümlədə, əsasən, mübtəda və tamamlıqolur. Məsələn. Hamı gülür (mübtəda). Hərənizə bır sualım var (tamamlıq). Bu əvəzliklər də xəbərlik şəkilçisi qəbul etdikdə cümlədə xəbər olur. Məsələn: Bu işdə günahkar hamımızıq.

inkar əvəzlikləri
inkar əvəzliklərinin çoxu heç sözünün köməyi ilə düzəlir heç kim, heç nə, heç kəs, kimsə (heç kim mənasında).
İnkar əvəzlikləri də ismin yerində işlənir, kim? nə? suallarından birinə cavab olur və cümlədə mübtəda, tamamlıqolur.
Qeyd: Kimsə əvəzliyindən sonra gələn fel təsdiqdə olduqda o, qeyri-müəyyən əvəzlik olur.Məsələn:Kimsə səni soruşurdu. Bu əvəzlikdən sonra gələn fel inkarda olduqda isə o, inkar əvəzliyi olur. Məsələn: Kimsə bu sualın cavabını tapmadı.

İşarə əvəzlikləri
İşarə məqsədi ilə işlədilən əvəzliklərə deyilir.O, bu, elə, belə, həmin sözləri işarə əvəzlikləridir. O, bu, həmin işarə əvəzlikləri, əsasən, sifətin yerində işlənir və hansı? sualına cavab olur. Məsələn: Bu (hansı?) kitab maraqlıdır. O (hansı?) ağac çinardır. Həmin (hansı?) oğlan tələbədir və s.
Sifətin yerində işlənən bu əvəzliklər cümlədə təyin olur.
Elə, belə işarə əvəzlikləri isə həm sifətin, həm də zərfin yerində işlənir. Məsələn: Belə (elə) dostdan kim inciyər. Elə oxu ki, mən də eşidim.
Bu əvəzliklər sifətin yerində işləndikdə cümlədə təyin, zərfin yerində işləndikdə isə zərflik olur.
Bu, oəvəzlikləri omonimdir: həm işarə bildirir, həm də əşyanı göstərmək üçün işlədilir. Bu əvəzliklər əşyanı göstərmək üçün işlədikdə ismin xüsusiyyətlərini daşıyır. Bu halda onlar cəmlənir, hallanır və cümlədə mübtəda, tamamlıq və xəbər olur. Məsələn: Bu (nə?), uşağın kitabıdır. Bundan (kimdən?) muğayat ol. Onu (nəyi?) bura gətir. Təriflədiyim oğlan budur (kimdir?).
Mübtəda vəzifəsində işlədilən o, bu əvəzliklərindən sonra fel və köməkçi nitq hissələrindən başqa, qalan nitq hissələri ilə ifadə olunan cümlə üzvü gəldikdə vergül qoyulur.

Sual əvəzlikləri
Sual bildirən sözlərə deyilir.Bütün əsas nitq hissələrinin sualları, yəni kim? nə? hara? necə? nə cür? neçə? neçənci? niyə? nə zaman? nə etmək? və s. sual əvəzlikləridir. Bunlar isim, sifət, say və zərf, sual şəklində əvəz edir və ya cavab almaq məqsədi ilə işlədilir. Sual əvəzlikləri əvəz etdiyi nitq hissəsinin qrammatik xüsusiyyətlərini daşıyır. Məsələn, kim? nə? hara? ismin sualı olduğu üçün hallanır, cəmlənir, mənsubiyyətə görə dəyişir, cümlədə mübtəda və tamamlıq olur: Kim dərsə gəlməyib? Kimi istəyirsiniz? Kimin var? Haranız ağrıyır? Nələri görmədik? Kimlər gəldi, kimlər getdi?
Sual əvəzlikləri başqa nitq hissələri ilə yanaşı, əvəzliklərin də yerində işlənir. Məsələn: Hamı gülür. Kim gülür? Biz kəndə gedirik. Kim kəndə gedir?

Təyini əvəzliklər
Əşyanı ümumi şəkildə təyin etmək üçün işlədilir. Hər, bütün, filan, öz sözlərindən ibarətdir. Məsələn: Hər gözəlin bir eybi oiar. Mənim üçün bütün günlər gözəldir. Hər gülün öz ətri var. Təyini əvəzliklər hansı? sualına cavab verir və cümlədə təyin olur. Təyini əvəzliklər hallanmır.
Qayıdış əvəzliyi
Mənsubiyyət şəkilçisi qəbul etmiş öz əvəzliyinə deyilir:özüm, özün, özü, özümüz, özünüz, özləri. Qayıdış əvəzliyi ismin yerində işlənir və ismin xüsusiyyətlərini daşıyır: hallanır, cümlədə mübtəda və tamamlıq olur: Özüm (kim?) gəlmişəm. Özündən (kimdən?) küssün.
Qeyd: Mən, sən, o şəxs əvəzliklərinin və qayıdış əvəzliyinin qəbul etdikləri çıxışlıq hal şəkilçisi [-nan2] şəklində tələffüz olunur məndən — [mənnən], səndən — [sənnən], ondan — [onnan], ozümdən — [özümnən], özündən — [özünnən] və s.

Əvəzliyin cümlədə rolu
Əvəzlik cümlədə bütün cümlə üzvləri vəzifəsində işlənir. Şəxs, qeyri-müəyyən, inkar və qayıdışəvəzlikləri mübtəda, tamamlıqvə xəbər; işarəəvəzlikləri və təyini əvəzliklər, əsasən, təyin; sual əvəzlikləriisə bütün cümlə üzvləri olur.

Əvəzliyin təhlil qaydası
Əvəzlik aşağıdakı qaydada təhlil olunur:
1. Hansı nitq hissəsini əvəz etməsi və sualı
2. Quruluşca növü
3. Mənaca növü
4. Halı, mənsubiyyət şəkilçisi (əgər varsa)
5. Cümlədə rolu
Bir nümunə: O, sinifdə hamıdan biliklidir. O — ismin yerində işlənmişdir, kim? sualına cavab olur. Quruluşca sadədir, şəxs əvəzliyidir. Adlıq haldadır, cümlədə mübtədadır.
Hamıdan — ismi əvəz etmişdir, kimdən? sualına cavab olur. Quruluşca sadədir, qeyri-müəyyən əvəzlikdir. Çıxışlıq haldadır, cümlədə tamamlıqdır.

alinti
Sayfa başına dön Aşağa gitmek
https://ay-maral-can.yetkin-forum.com
 
Azərbaycan dili → Əvəzlik
Sayfa başına dön 
1 sayfadaki 1 sayfası
 Similar topics
-
» Azərbaycan dili → Say

Bu forumun müsaadesi var:Bu forumdaki mesajlara cevap veremezsiniz
 :: Azerbaycan Özel-
Buraya geçin: