MaRaLCaN Admin
Üyelik tarihi : 27/03/10
Mesaj Sayısı : 6713
Rep Gücü : 18340
Rep Puani : 218
| Konu: Tebriz.... Cuma Ocak 06, 2012 9:08 pm | |
| TERBIZ
Qollarım dolanar boynuna bir gün Yenə baş qoyaram dizinə, Təbriz Həsrətdən, hicrandan cana doymuşam Doyunca baxaram gözünə, Təbriz
Bulanlıq suların axsın, durulsun Təzə günlərindən busat qurulsun Səhənd cəmalına bir də vurulsun Bir qubar qonmasın üzünə, Təbriz
Gülüstan bağının seyrinə gəlim Lalə yamacında bir də dincəlim Ötən günlərimə yetişməz əlim Düşüm heç olmasa izinə, Təbriz
Ana təbəssümün ay ışığıdır Qolum qamətinin sarmaşığıdır Şe'rin bu dünyanın yaraşığıdır İncisi tükənməz xəzinə, Təbriz
Sən şair ömrümə vüqar veribsən Solub saralmayan gülizar veribsən E'tibar veribsən, ilqar veribsən Hər igid oğluna, qızına Təbriz
alinti
| |
|