AyBüke Admin
Üyelik tarihi : 27/08/11
Mesaj Sayısı : 344
Rep Gücü : 744
Rep Puani : 10
| Konu: Tebriz-Cavit Tebrizli Paz Şub. 19, 2012 8:58 pm | |
| Tebriz-Cavit Tebrizli
Tebriz-Cavit Tebrizli
Qollarım dolanar boynuna bir gün Yenə baş qoyaram dizinə, Təbriz Həsrətdən, hicrandan cana doymuşam Doyunca baxaram gözünə, Təbriz
Bulanlıq suların axsın, durulsun Təzə günlərindən busat qurulsun Səhənd cəmalına bir də vurulsun Bir qubar qonmasın üzünə, Təbriz
Gülüstan bağının seyrinə gəlim Lalə yamacında bir də dincəlim Ötən günlərimə yetişməz əlim Düşüm heç olmasa izinə, Təbriz
Ana təbəssümün ay ışığıdır Qolum qamətinin sarmaşığıdır Şe'rin bu dünyanın yaraşığıdır İncisi tükənməz xəzinə, Təbriz
Sən şair ömrümə vüqar veribsən Solub saralmayan gülizar veribsən E'tibar veribsən, ilqar veribsən Hər igid oğluna, qızına Təbriz | |
|