DEDIM
Bu fəna mülkünə bərbad olacaq xanə dedim
Qalacaq hər nə ki vardır yəni viranə,dedim.
Yaşanan dərdi-qəmi,hicri həqiqət bildim,
Fəqət insanlığa,düzgünlüyə əfsanə dedim.
Baxıb hər eşqə düşən insana məcnun dedilər
Nədir eşq anlamayan kəslərə divanə dedim.
Mənə çox eylədilər tənə,soruşdum səbəbin
Günahım bircə bu imiş sözü mərdanə dedim.
Bu gözəllərdə vəfa yoxdur əzəldən bildim
Nə şəm özmə,nə də bir dilbərə pərvanə dedim.
Araya 1-2 söz atdım hərə payın götürə,
Sizə bildirmədilər,bildilər amma nə dedim.
Dedilər: ”meyxana mey xanəsidir” ,ey Pərviz
Meyə meyl eyləmədim sadəcə meyxanə dedim.
Alinti