Turk ve Azerbaycan dıllerı ıle ortaq olan sozler
Axısqa türklərinin dilində türk ədəbi dili ilə ortaq olan sözlər də çoxdur. Belə sözlərin bir çoxuna müasir Azərbaycan dilində təsadüf olunmur. Ortaq əlamətləri aşağıdakı kimi göstərmək olar:
Axısqa türklərinin Türk ədəbi Müasir Azərb.
dilində dilində dilində
dişəri disari çöl, bayır
nasıl nasil necə
cocux jojuq uşaq
qari qari arvad
nerə nerə hara
lazut lazut qarğıdalı
kendi kendi öz
beklemek beklemek gözləmək
çarşi jarsi bazar
soxax jokak küçə
arxataş arkadas -
Müasir Azərbaycan dili ilə ortaq olan sözlər
Müasir Azərbaycan Axısqa türklərinin
dilində dilində
qurd qurd
keçi qeçi
xırman xarman
daş taş
tutmac tutmac
yorğan yorğan
ev əv
meşə meşa
neft-mazut nəft-mazut
Qeyd etmək lazımdır ki, bu əhalinin dilində türk ədəbi dili ilə müqayisədə müasir Azərbaycan dili ilə ortaq olan sözlərin işlənmə tezliyi daha çoxdur. Bunu tarixən həmin toplumun azərbaycanlılarla (Borçalıda yaşayan azərbaycanlılarla və s.) yaxın təması ilə əlaqələndirmək olar.
Bununla belə, bu toplumun dilində elə leksik vahidlər də vardır ki, onu Azərbaycan dilində tərcümə etməyə ehtiyac duyulur. Bunlardan bə"zi nümunələri göstərə bilərik:
Axısqa türklərinin dilində Azərbaycan dilində
dirqən yaba
tırpan kərənti
nəfəsluğ pəncərə
bişmiş xörək
kəsdənə şabalıd
sırt təpə
koşat tir
pimpila bibər
zərdə yerkökü
pırasa kəvər
şalğam turp
çarğala çuğundur və s.
Axısqa türklərinə məxsus olan bu sözlərin əksəriyyəti alınma olduğu üçün Azərbaycan dilinə yaddır.
Axısqa türkləri alınma sözləri öz dillərinə uyğunlaşdıraraq istifadə edirlər. Belə sözlər müasir Azərbaycan dilində işlənsə də, fərqli yazı formaları meydana çıxır. Aşağıdakı qarşılaşmadan - müqayisədən bu faktı görə bilərik:
Müasir Azərbaycan Axısqa türklərinin
dilində dilində
maşın maşina
şorba çorbay
sabun sabon
kartof qartopi*
papiros paproz
Leksik-terminoloji vahidlərin üç dildə oxşar və fərqli formaları
-----------------
*Qeyd: «Qartopi», «qartopu» frpmalarına Azərbayjan dilinin Qarabağ dialektində, o jümlədən Jəbrayıl keçid şivəsində rast gəlmək olur.
Bə"zi nümunələr:
Axısqa türklərinin Azərbaycan Türk ədəbi
dilində dilində dilində
adres ünvan adres
ayran ayran ayran
bəyaz ağ beyaz
müsafir qonaq misafir
komşu qonşu komsu
qavğa döyüş savas
şifaxana xəstəxana hastane
saxal saqqal sakal
tımrıq dımrıq tirmik
çorbay borş borj
valenok valyonka keje jirme
biznesmen biznesmen is adami
çatal çəngəl satal
dirqən yaba yaba
suç günah suj
vişna gilənar visne
yatırım yatırım yatirim
ekonomik iqtisadiyyat ekonomik
torun nəvə torun
şofer sürücü suruju
qurd canavar /qurd/ kurt
bazar bazar razar
dün dünən dun
jeton jeton yeton /fis/
yelək jilet yelek
soxax küçə sokak
şuba kürk /şuba/ kurk
hadisə hadisə olay
"Dədə Qorqud" və Axısqa dil uyğunluqları
Bu gün Axısqa türklərinin dilinin bir çox leksik-qrammatik xüsusiyyətləri "Kitabi-Dədə Qorqud" dastanının dili ilə eyniyyət təşkil edir. Dil uyğunluqlarını aşağıdakı qruplara ayırmaq olar:
a) Leksik uyğunluqlar
b) Morfoloji uyğunluqlar
v) Sintaktik uyğunluqlar
Leksik uyğunluqlar ayrı-ayrı leksik vahidlər arasında özünü göstərir. Bu uyğunluqların bir çoxu müasir Azərbaycan dili üçün arxaik hesab edilir. Məsələn:
Güz /payız/. Güz almasına bənzər al yanaqlarım [38, s. 35]; Güzə yaxın meyvələri döşrular (İlim Şahzadayev).
Arı /təmiz/. Ari sudan abdəst aldılar [38, s. 50]; Bu topraxda arı insannar yaşarmiş (Nağıllardan).
Altun. Qazan bəg ordusını, oğlanını-uşağını, xəzinəsini aldı, geri döndi altun təxtində [38, s. 50] - Qomşi altun inək aldi (danışıq dilindən).
Ətmək. Ağanuzın, ətməgi sizə halal olsun, - dedi [38, s. 60]; Bu dünyanın acluğuni gördux biz //Ətmək nədür, boş otuni yedux biz (Güləhməd Şahin).
Yaban. Beyrək aydır: "Mərə çobanlar, bir kişi yolda taş bulsa, yabana atar [38, s. 60]; Yaprax uldi kuçuk yürək bədəndə // Vətənsizəm - yabançıyam hər yerdə (Xeyransa Mirzəyeva).
Binar//pınar//puvar - bulaq, çeşmə. Dibində bir yaxşı binar vardı. Beyrək baqda gördi kim, kiçi qız qarındaşı binardan su almağa gəlür [38, s. 60]; Puvar, sərxoş axarsın /Mor-mənəmşə qoxarsın /mani/. Əğladuxca axar gözlərim yaşi, //Dupduri puvari haxlıma gəldi (İlim Şahzadayev).
Qaftan /Kaftan. Banıçiçək qaralar geydi, ağ qaftanını çıqardı [38, s. 58]; Toyda, dügündə təzə qaftan geyiniyer (danışıq dilindən).
Aqsəqa qəl"əsi / Axıska qalası. Məgər Başı açuk Tatyan qəl"əsindən, Aqsəqa qəl"əsindən kafərin casusı vardı [38, s. 69]-Axısqa qalası cənubi Gürcüstan ərazisindədir (danışıq dilindən).
Kömlək. "Mərə, bu nə kömləkdir? "Kömləki gericək bəklər ökür-ökür ağlaşdılar, zarlıqlara girdilər [38, s. 58]. Bir kömlək içində öldi Zeynəbim // Çiçəklər içində soldi Zeynəbim /Türkü/.
Kübə/Küpə - sırğa. "...qulağı altun kübəli" [38, s. 49]; Kızlar küpə taxiyerlər /danışıq dilindən/.
Tüy-tük. Həm "Kitabi-Dədə Qorqud"da, həm də Axısqa türklərinin dilində tüy şəklindədir: Bir keçi tüyündən çatlağucıydı [38, s. 48].
Yek/ey. Gəzdigindən öldigin yeg ola [38, s. 37]; Kendi ey yox, qəlbi ey olsun (əski söz).
Av/Av aldılar [38, s. 37]; Av elədux (danışıq dilindən).
Köks/Kösk. Köksi gözəl qaba tağa ava çıqdı [38, s. 37]; Başi yüksək köski dumanli tağlar /Alçax turun, o canalım görünsün (Beytal Qasım).
Döşurmax - toplamaq, yığmaq mə"nasında: Tağ çiçəgi döşürdilər [38, s. 39]; Guzə yaxın meyvələri döşrular (İ.Şahzadayev).
Morfoloji uyğunluqlar qədim fe"li bağlama şəkilçilərində özünü göstərir. "Kitabi-Dədə Qorqud"da işlənmiş -ıban, -ibən, -uban, -übən fe"li bağlama şəkilçisi bu dildə işləkliyini saxlamışdır. Məsələn, müqayisə et: Varıban peyğəmbərin yüzini görən, gəlübəni Oğuzda səhabəsi olan, acığı tutanda bıqlarından qan çıqan bığı qanlu Bügdüz Əmən çapar yetdi [38, s. 50]; Öz ətməgin, suyun bölübən verdin (Əzəldən qardaşıq dayimə dedin. Dənizlər keçibən çox çaylar aşdi) Qan qardaşlarına xalqım qarışdi (Müsəddin).
Təkrar olunan sözlərin yaratdığı uyğunluqlar. Vara-vara vardılar, Bayandır xanın tövləsindən ol eki atı gətürdilər [38, s. 75]; Vara-vara vardilər yüzə/Tərbiyə verürdi gəlinə, qıza (Səkinə xanım Bayraqdarova).
Arxaikləşmiş morfoloji göstəricilərin yaratdığı uyğunluqlar. Müasir türk dilləri üçün arxaikləşmiş alım, -əlim şəxs şəkilçisi fe"lin əmr şəklinin sonuna artırılır. "Dədə Qorqud"da özünü göstərən bu şəkilçi Axısqa türklərinin dilində də hazırda öz işləkliyini qoruyub saxlamışdır. Müqayisə et: Dədə aydır: "Verəlim!" Dedi görəlim, nə istəyirsən?" [38, s. 56]; Gəl bizim baxçaya edəlim seyran /Bülbül aşiq olmuş bir gülə heyran (Pir Sultan Abdal).
Axısqa türklərinin dilində fe"lin əmr şəklinin I şəxs təki qədim ayım, -əyim şəkilçisi ilə formalaşır. Müasir şe"r dilində bu göstərici geniş yayılmışdır:
Oyan da, oyan da ufaq da yavrum
Bən edəyim firğani
cabirim, gətirəyim tab,
Gözəllügə yoxdur hesab (c.Xalidov).
"Kitabi-Dədə Qorqud"un dilində də bu forma işlənmişdir: "Qurd yüzi mübarəkdir, qurdlən xəbərləşəyim" - dedi [38, s. 45].
"Şühədətnamə" və Fədainin dilində də bu forma işlək olmuşdur: Mana rüxsət ver ta varayım və məni satanlara vida edəyim (Şühədətnamə); Aparım satayım çövhər firuşə (Fədai).
Sintaktik uyğunluqlar. Axısqa türklərinin dilinin sintaksində "dı+fe"l" strukturlu cümlələr, fikrimizcə, "Kitabi-Dədə Qorqud"dakı cümlə quruluşuna tamamilə uyğun gəlir. Məsələn, müqayisə et: Ağ meydanın ortasında baxdı turdı. Buğa dəxi oğlana sürdi gəldi [38, s. 36]; Vəzir vəkilini yanına yığdi dedi ("Şah Abbasinən usta" nağılından), Zurnaçi zurnasıni vaqonun nəfəsluğundan çıxardı da vətən dağlarına doğri səsləndüriyerdi (Ş.Adıgünli).
Müasir Azərbaycan dilində bu cümlələr "ıb+fe"l", yə"ni "baxıb durdu", "sürüb gəldi", "yığıb dedi", "çıxarıb səsləndirdi" formalarında müşahidə olunur.
İnkar bağlayıcılı tabesiz mürəkkəb cümlələrdəki uyğunluqlar. Fe"li xəbərin belə cümlələrdə, daha doğrusu, ikinci tərkib hissədə buraxılmaması. Məsələn: Nə oğlan yenər, nə buğa yenər [38, s. 36]; Nə dağlux havasi yaradur, nə güz havasi yaradur (danışıq dilindən).
Müasir Azərbaycan dilində bu tabesiz mürəkkəb cümlələrin ikinci tərkib hissələrində fe"li xəbərlər ellipsisə uğrayır. Məsələn: Nə həyat gülür, nə insan (danışıq dilindən).
Alinti